Avropa bankı Azərbaycan bankına növbəti dəfə iri həcmdə kredit ayırdı
Bank Respublika və EBRD Azərbaycanda real sektorun dəstəklənməsi məqsədilə növbəti irihəcmli saziş imzalayıb
Ölkənin aparıcı banklarından biri olan real sektorun aktiv dəstəkçisi Bank Respublika və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Avropa İttifaqının dəstəyi ilə Avropa Davamlı İnkişaf Fondunun Plus (EFSD+) proqramı çərçivəsində mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinin genişləndirilməsi məqsədilə kredit sazişi imzalayıblar.
Marja.az "Bank Respublika"ya istinadən xəbər verir ki, sazişə əsasən, EBRD “Bank Respublika”ya 10 milyon ABŞ dolları məbləğində, 3 il müddətinə, milli valyutada (AZN) sintetik kredit təqdim edəcək.
EFSD+ proqramı çərçivəsində həyata keçirilən bu təşəbbüs mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək, onların rəqabətqabiliyyətini və inkişaf potensialını artırmaq məqsədi daşıyır. Cəlb olunan vəsait ölkə və Bank üçün prioritet sayılan real sektorun maliyyələşdirilməsinə, xüsusilə, regionlarda fəaliyyət göstərən sahibkarların dəstəklənməsinə yönəldiləcək.
Qeyd edək ki, Bank Respublika uzun illərdir Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına töhfə verir. Geniş filial şəbəkəsi, innovativ bank məhsulları və KOB sahəsində zəngin təcrübəsi sayəsində bank ölkədə biznes fəallığının artmasına, yeni iş yerlərinin yaradılmasına və daxili istehsalın güclənməsinə effektiv şəkildə dəstək göstərir.
““Avropa Yenidənqurma və İnkişaf Bankı kimi dünyanın aparıcı maliyyə institutlarından birinin növbəti dəfə Bank Respublikaya kreditin ayırması, nəhəng beynəlxalq maliyyə qurumlarının bankımıza göstərilən yüksək etimadın aydın təzahürüdür. Cəlb edilən vəsaitlər ölkə və Bank Respublika üçün prioritet sahə olan real sektorun inkişafına yönəldiləcək. Bu isə öz növbəsində Bank Respublika-nın davamlı iqtisadi inkişafa verdiyi strateji dəstəyin növbəti təsdiqidir.” – deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib.
"Bank Respublika ilə olan uğurlu əməkdaşlığımızı regionlarda mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün maliyyə imkanlarını daha da genişləndirəcək yeni kredit sazişi vasitəsilə davam etdirməkdən olduqca məmnunuq. Aşağı gəlirli regionlarda inklüziv artımın dəstəklənməsi və iqtisadi dayanıqlığın gücləndirilməsi bizim üçün əsas prioritet olaraq qalır.", – deyə Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Nataly Mouravidze bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 d. əvvəl
Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı və nağdsız əməliyyatların həcmi kəskin artıb
-
9 d. əvvəl
Əliyev: İran Prezidentinin Azərbaycana səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Yerli sahibkarlar ölkəmizi tərk etmədən Dubaydakı biznesləri üçün xidmətlərdən faydalana biləcəklər
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Əgər müəssisə daha az inkişaf edibsə, orada AZCON-un iştirakı daha fəal olacaq" - MÜSAHİBƏ
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Avropa bankı Azərbaycan bankına növbəti dəfə iri həcmdə kredit ayırdı
- 3 saat əvvəl
-
4 saat əvvəl
Ermənistan silahlı qüvvələri Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub
Son Xəbərlər

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı və nağdsız əməliyyatların həcmi kəskin artıb

Əliyev: İran Prezidentinin Azərbaycana səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür

Expressbank ABA-nın ağacəkmə aksiyasında iştirak edib

"Əgər müəssisə daha az inkişaf edibsə, orada AZCON-un iştirakı daha fəal olacaq" - MÜSAHİBƏ

Azərbaycan bankı 200 milyon dollar kredit cəlb etdi

Bank Cəlilabadda yeni konseptli filialını açdı
Ən çox oxunanlar

Ziraat Bank Azərbaycan ekoloji təşəbbüsə dəstək verib

Martda bankların əhaliyə verdikləri kreditlər üzrə portfeli azalıb

Bank sektorunda xalis mənfəət 20 faizə yaxın azalıb

Bank sektoru ilə bağlı yeni göstəricilər açıqlandı

Danimarka İxrac və İnvestisiya Fondu ilə Azərbaycan arasında əməkdaşlıq müzakirə olunub

Rəsmi məzənnələr açıqlandı
