Azərbaycan Çin şirkətilərilə notbuk, tekstil traktor və karton istehsalı üzrə anlaşdı
İqtisadi-ticarət əlaqələrinin inkişafına dair Azərbaycan-Çin sənədləri imzalanıbAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də hər iki ölkənin dövlət başçılarının iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub.
Marja İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, tədbir çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov və Çinin aidiyyəti dövlət qurumlarının rəhbərləri tərəfindən iqtisadi əməkdaşlığın genişləndirilməsinə dair bir sıra sənədlər imzalanıb.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi arasında sənaye sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəddə nəzərdə tutulan tədbirlərin icrası sənaye sahəsində, o cümlədən neft-qaz, bərpa olunan enerji, kimya, metallurgiya, mədənçıxarma, tekstil, avtomobil, tikinti materiallarının, əczaçılıq və qida məhsullarının istehsalı sahələrində əməkdaşlığın inkişafına imkan yaradacaqdır. Anlaşma Memorandumu həmçinin sənaye sahələrinin inkişafı nəticəsində iqlim dəyişikliyinə təsirlərin azaldılması, tullantıların idarəolunması (və ya emalı), sənaye sahəsinin rəqəmsallaşdırılması və dördüncü sənaye inqilabı texnologiyalarının tətbiqi istiqamətlərində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Kommersiya Nazirliyi arasında maneəsiz ticarət üzrə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə dair Anlaşma Memorandumunda iki ölkənin sənaye təşkilatları arasında mübadilə və koordinasiyanın gücləndirilməsi, əməkdaşlıq mexanizmlərinin qurulması, təchizatçılar və alıcılar üçün uyğunlaşma tədbirlərinin, ticarət yarmarkalarının, sərgilər və digər ticarət təşviqlərinin həyata keçirilməsi və s. əksini tapıb.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Kommersiya Nazirliyi arasında rəqəmsal iqtisadiyyatda investisiya əməkdaşlığının gücləndirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəd rəqəmsal iqtisadiyyatda əməkdaşlıq prioritetlərinin müəyyən olunması, yeni biznes formatları və modellərinin inkişafı, rəqəmsal iqtisadiyyatın inkişafının birgə təşviqi, texnoloji innovasiyaların dəstəklənməsi və hər iki ölkədə rəqəmsal investisiyalar üçün əlverişli ekosistemin yaradılmasını əhatə edir.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Milli Məlumat Administrasiyası arasında rəqəmsal iqtisadiyyat üzrə əməkdaşlığın gücləndirilməsinə dair Anlaşma Memorandumu isə informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən qurumlar və elmi-tədqiqat institutları arasında əməkdaşlığın dəstəklənməsi, Azərbaycan tərəfinin Çində keçirilən beynəlxalq sərgilərdə iştirakı və digər tərəfdaşlıq məsələlərini nəzərdə tutur.
İki ölkə arasında iqtisadi əlaqələrin inkişafı, o cümlədən investisiya əməkdaşlığı istiqamətində daha bir neçə sənəd aprel ayının 18-də Pekində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Azərbaycanın Çindəki ticarət nümayəndəsi Aparatı və Çinin Milli İnkişaf və İslahat Komissiyasının (NDRC) birgə təşkilatçılığı, Pekin şəhər İnkişaf və İslahat Komissiyasının dəstəyi ilə Çin-Azərbaycan Sənaye və İnvestisiya Əməkdaşlığının Təşviqi Konfransı çərçivəsində imzalanıb. İmzalanmış investisiya layihələrinin ümumi həcmi təxminən 335 milyon dollar təşkil edir.
Konfrans çərçivəsində KOBİA ilə Çin Xalq Respublikasının Milli İnkişaf və İslahatlar Komissiyasının Beynəlxalq Əməkdaşlıq Mərkəzi, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə Çin Xalq Respublikasının İnformasiya və Kommunikasiya Texnologiyaları Akademiyası (CAICT), 4SİM ilə Dünya Əşyaların İnterneti Konvensiyası Təşkilatı (WIOTC), AZPROMO ilə Çin Xalq Respublikasının Milli İnkişaf və İslahatlar Komissiyasının Beynəlxalq Əməkdaşlıq Mərkəzi arasında Anlaşma Memorandumları imzalanıb.
Eyni zamanda, AZPROMO Çinin Shenzhou Hasee şirkəti ilə notbuk istehsalı, Zhongjing United (Beijing) Trading Co., Ltd. şirkəti ilə boru istehsalı, Shandong Huafang Co., Ltd. şirkəti ilə tekstil istehsalı, Changzhou Dongfeng Agricultural Machinery şirkəti ilə traktor istehsalı, Vencou Vanhong şirkəti ilə karton istehsalı, Sino-Foreign şirkəti ilə investisiya layihələrinin həyata keçirilməsi üzrə Anlaşma Memorandumları imzalayıb.
İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ilə Çinin Vencou Vanhong şirkəti arasında Sumqayıt Kimya Sənaye Parkının ərazisində karton istehsalı layihəsinin həyata keçirilməsi üzrə niyyət sazişi bağlanıb. Layihə hazırda maliyyə və texniki əsaslandırma mərhələsindədir.
İmprotex və Changzhou Dongfeng Agricultural Machinery şirkətləri arasında traktor istehsalı layihəsinin həyata keçirilməsi üzrə Anlaşma Memorandumu, “Azəralüminium” MMC ilə China Machinery Engineering Corporation (CMEC) arasında investisiya layihələrinin həyata keçirilməsi və Çin maliyyə institutları tərəfindən maliyyə dəstəyi göstərilməsi üzrə əməkdaşlıq sazişi bağlanıb.
İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına dair imzalanmış sənədlərin icrası Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası çərçivəsində iqtisadi tərəfdaşlığın daha da genişləndirilməsinə töhfə verəcək. Qeyd edək ki, Komissiyanın sonuncu iclası aprelin 16-da Bakıda keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 gün sonra
- 21 d. əvvəl
-
-
27 d. əvvəl
Asiya İnkişaf Bankı Abşeron dairəvi xəttinin yenidən qurulmasına kömək edəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yeni ilə daha böyük bizneslə daxil olun: Unibank kampaniyanın müddətini uzatdı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Agentlik və Sahibkarlar Təşkilatının Milli Konfederasiyası Memorandum imzalayıb
-
2 saat əvvəl
Azərbaycan və Ermənistan nümayəndələri sərhəddə Zod mədəni ərazisinə baxış keçirib
-
2 saat əvvəl
Su təchizatı və kanalizasiya üzrə yarım qalmış işləri tamamlamaq 7,6 milyon manata başa gələcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dekabrın 13-də gözlənilən hava şəraiti
"Li Auto"nun Azərbaycanda yeni satış mərkəzi açıldı
Qarabağdakı klinika üçün 4,7 milyon manatlıq mebel və avadanlıqlar alınır - QALİB "VIVA MEDICAL GROUP"DUR
Su təchizatı və kanalizasiya üzrə yarım qalmış işləri tamamlamaq 7,6 milyon manata başa gələcək
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Misin qiyməti tarixi ən yüksək səviyyədə
Azərbaycanda 75 milyon manata su kanalı qurulacaq
Gümüşün qiymətində yeni rekord
Qızılın qiyməti son 7 həftənin ən yüksək səviyyəsinə yaxındır
"Rubl təxminən 10% ucuzlaşa bilər"















.jpg)






.jpg)


