Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan “Sony”ni ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alıb

“Sony Interactive Entertainment Network Europe Limited” ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alınıb. Azərbaycan vətəndaşlarından “Sony” şirkəti tərəfindən təqdim edilən xidmətlərin alınmasına görə ödənişlər zamanı banklar ƏDV məbləği hesablamır.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan “Sony”ni ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Vergi orqanları tərəfindən elektron ticarətin vergiyə cəlb olunması istiqamətində aparılan islahatlar çərçivəsində xarici şirkətlərin ƏDV məqsədləri üçün uçota alınması prosesi davam etdirilir.

Marja.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, daha bir nüfuzlu beynəlxalq şirkət elektron qaydada Dövlət Vergi Xidmətinin (DVX) Portalında vergi uçotuna alınıb. “Sony Interactive Entertainment Network Europe Limited” Şirkətinin Azərbaycan Respublikasında ƏDV məqsədləri üçün qeydiyyatı 2025-ci il aprelin 1-dən qüvvəyə minib.

Reklam_3_11

Vergi Məcəlləsinin 33.8-1-ci və 169.8-ci maddələrinin tələblərinə uyğun olaraq, göstərilən tarixdən etibarən, adıçəkilən şirkət tərəfindən təqdim edilən xidmətlərin alınmasına görə fiziki şəxslərin həyata keçirdikləri ödənişlər zamanı banklar ƏDV məbləği hesablamır.

“Sony Interactive Entertainment Network Europe Limited” video oyun sənayesi və rəqəmsal əyləncə xidmətləri sahəsində, eləcə də rəqəmsal məzmun və oyunların lisenziyalaşdırılması və satışı üzrə fəaliyyət göstərən beynəlxalq şirkətdir. Birləşmiş Krallıqda qeydiyyatdadır və fəaliyyətini qlobal səviyyədə həyata keçirir.

Qeyd edək ki, bundan əvvəl “Apple Distribution International Limited” və “Adobe Systems Software Ireland Limited” şirkətləri də Azərbaycanda Respublikasında ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alınıb. DVX bu prosesin davamlı olması üçün müvafiq tədbirlər həyata keçirir. Bu addımlar rəqəmsal xidmətlərin vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və ədalətli rəqabət mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir

22.04.2025 15:17
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ