Dünya Bankından ərzaq və əmtəə qiymətləri proqnozu
Dünya Bankı qlobal ərzaq və əmtəə qiymətlərinin 2025-ci ildə son beş ildə ən aşağı səviyyəyə düşəcəyini gözləyir.Dünya Bankı "Əmtəə Bazarlarına Baxış" hesabatının 2024-cü ilin oktyabr buraxılışını dərc edib.
Marja xəbər verir ki, hesabatda qlobal əmtəə qiymətlərinin 2026-cı ilə qədər azalacağı gözlənilir.
Hesabatda, ümumi əmtəə qiymətlərinin artacağına baxmayaraq, Yaxın Şərqdə daha geniş münaqişənin qiymət təsirlərini məhdudlaşdırmaq üçün kifayət qədər böyük olan neft bolluğuna görə qlobal əmtəə qiymətlərinin 2025-ci ildə son beş ildə ən aşağı səviyyəyə düşəcəyi qeyd edilib. Eyni zamanda qlobal əmtəə qiymətləri Covid-19 epidemiyasından əvvəlki beş illə müqayisədə 30% nisbətində yüksək olaraq qalmağa davam edəcəyi vurğulanıb.
Əmtəə qiymətlərinin düşməsinə neft bolluğu səbəb olur
Hesabatda əmtəə qiymətlərinin bu il 3,4 faiz azaldıqdan sonra 2025-ci ildə 5,1 faiz, 2026-cı ildə isə 1,7 faiz azalacağı gözlənilir ki, bu da qiymətlərin 2020-ci ildən bəri ən aşağı səviyyələrə düşməsinə səbəb olacaq.
Bankın hesabatında qlobal əmtəə qiymətlərinin 2024-cü ildən 2026-cı ilə qədər təxminən 10 faiz azalacağı təxmin edildiyi bildirilib.
Hesabatda proqnozlaşdırılan ucuzlaşmalara neft qiymətlərinin səbəb olduğu vurğulanıb və təbii qaz qiymətlərindəki artımların, metallar və kənd təsərrüfatı xammalı üzrə stabil proqnozun bu enişləri məhdudlaşdırdığı bildirilib.
Hesabatda gələn il qlobal neft təklifinin tələbi orta hesabla gündəlik 1,2 milyon barel üstələyəcəyi gözlənildiyi bildirilib. Xatırladılıb ki, əvvəllər cəmi iki dəfə; 2020-ci ildə epidemiya zamanı və 1998-ci ildə neftin ucuzlaşması zamanı bolluq yaşanıb.
Dünya Bankının hesabatında qeyd olunub ki, Brent tipli xam neftin qiyməti 2024-cü ildə orta hesabla 80 dollar/barel olacağı, 2025-ci ildə 73 dollara, 2026-cı ildə isə 72 dollara enəcəyi proqnozlaşdırılır.
Ərzaq və enerji qiymətlərində azalma gözləntiləri
Hesabatda qlobal ərzaq qiymətlərinin bu il 8,5 faiz, 2025-ci ildə isə 4 faiz ucuzlaşdıqdan sonra sabitləşəcəyinin gözlənildiyi və ərzaq qiymətlərinin 2015-2019-cu illər arasında orta səviyyədən təxminən 25 faiz yuxarı qalacağı bildirilib.
Hesabatda enerji qiymətlərinin bu il 5,8%, gələn il 6,2%, 2026-cı ildə isə 2,% azalacağına diqqət çəkilərək, ərzaq və enerji qiymətlərindəki azalmanın mərkəzi bankların inflyasiyaya nəzarətini asanlaşdıracağı ifadə edilib.
Bankın hesabatında vurğulanıb ki, silahlı münaqişələrin artması enerji təchizatını pozaraq, ərzaq və enerji qiymətlərini artıra bilər.
Hesabatda Yaxın Şərqdə münaqişələrin güclənməsi ehtimalının yaxın perspektivdə enerji qiymətləri üçün əhəmiyyətli yüksəliş riski yaratdığı qeyd edilib və bunun digər əmtəələr üçün potensial zərbə ola biləcəyi qeyd edilib.
Bu il qızılın orta qiymətinin rekord qıracağı gözlənilir
Hesabatda "təhlükəsiz sığınacaq" axtaran investorların məşhur seçimi olan qızılın orta qiymətinin bu il rekord qıraraq 2023-cü ildə orta qiymətdən 21 faiz yuxarı qalxmasının gözlənildiyi qeyd edilib.
Hesabatda aktivlər arasında xüsusi mövqeyə malik olan qızılın qiymətinin münaqişələr də daxil olmaqla, geosiyasi və siyasi qeyri-müəyyənlik dövrlərində tez-tez yüksəldiyi və önümüzdəki iki ildə qızıl qiymətlərinin Covid-19 epidemiyasından əvvəlki beş ilin orta göstəricisindən 80 faiz yüksək qalacağı və yalnız bir qədər azalma göstərəcəyi gözlənilir.
Hesabatda qeyd olunub ki, sənaye metalı qiymətlərinin 2025-2026-cı illərdə sabit qalacağı gözlənilir, çünki Çinin daşınmaz əmlak sektorundakı zəiflik enerji keçidi nəticəsində bəzi metallara artan tələblə balanslaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 5 gün sonra
-
- 12 d. əvvəl
-
19 d. əvvəl
Gələn il orta pensiya məbləği açıqlandı - 8 faizə yaxın artması gözlənilir
- 26 d. əvvəl
- 45 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Yapı Kredi Bank Azərbaycan" müştərilərinə Çinə birbaşa köçürmə imkanı təqdim edir!
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Yaşayış minimumu və ehtiyac meyarı artırılır
Bazar dəyəri təxminən 32 milyard dollar azaldı - Süni intellektlə (AI) əlaqəli şirkətlər dəyər itirir
Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib
"Yapı Kredi Bank Azərbaycan" müştərilərinə Çinə birbaşa köçürmə imkanı təqdim edir!
Ən çox oxunanlar
Birdən-birə ixracda 1-ci yeri tutan Şirinov 8 il azadlıqdan məhrum edildi - 326 milyonluq qaçaqmalçılıq
Azərbaycan neftinin son qiyməti
Hər tərzə uyğun yatırım hesabı
Rəsmi məzənnələr açıqlandı
"Qızılın qiymətinin 3800–4050 dollar/unsiya aralığında qalmasına təəccüblənməmək lazımdır"







.webp)

.jpg)









.jpg)


