Azərbaycan, Qazaxıstan və Özbəkistan "yaşıl" enerjinin inkişafı və ötürülməsi sahəsində saziş imalayacaq
Energetika naziri Pərviz Şahbazov Çində Kəmər və Yol Enerji Nazirlərinin iclası çərçivəsində keçirilən “İnnovativ texnologiyaların səmərəliliyindən istifadə edərək enerji təhlükəsizliyini gücləndirmək” adlı Forumda enerji təchizatını daha da şaxələndirmək üçün enerji bağlantıları üzrə əməkdaşlıq mövzusunda çıxış edib.
Çıxışda diversifikasiyanın bərpa olunan enerji mənbələrinə əsaslanan müasir qlobal enerji arxitekturasının da əsas prioritet olduğu vurğulanaraq bildirilib ki, biz enerji təhlükəsizliyi və şaxələndirmənin sadəcə seçim deyil, vacib zərurət olduğu bir dünyada yaşayırıq. Bazar sabitliyi, etibarlı təchizat və bərpa olunan enerjidə dəyişkənliyin səmərəli idarə edilməsi üçün diversifikasiya vacibdir.
Qeyd olunub ki, Azərbaycanın təşəbbüsü olan Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi layihələri tarixdə ilk dəfə Xəzər dənizini Aralıq və Adriatik dənizləri ilə birləşdirərək, Avropanın enerji xəritəsini dəyişən, şaxələndirilmiş enerji mənbələri və marşrutlarının unikal modelinə çevrilmişdir: “Şaxələndirilmiş marşrutlar sayəsində Azərbaycan 10 ölkəni qaz, 30-a yaxın ölkəni isə neftlə təchiz edir. Ötən il neft ixracımızın 75%-i, qaz tədarükümüzün isə 50%-i Avropanın payına düşüb. Azərbaycan beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş olduğunu sübuta yetirib. İndi isə ölkəmizin enerji təchizatında rolunu “yaşıl enerji” ilə daha da şaxələndirən və genişləndirən strateji əhəmiyyətli gündəlik həyata keçirilir. Türkiyə, Avropa və Mərkəzi Asiya istiqamətlərində “yaşıl enerji dəhliz”lərinin yaradılması bu gündəliyin mühüm prioritetləridir,”- deyə nazir bildirib.
“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının ilkin hesabatının COP29 çərçivəsində keçiriləcək “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə Liderlər Sammiti”ndə təqdim ediləcəyi, 2025-ci ildən isə layihənin fəal icra mərhələsinə daxil olacağı bildirilib. “Yaşıl Enerji Zonası” Konsepsiyasının tərkib hissəsi kimi reallaşdırılan və 1 QVt ötürmə gücünə malik “Azərbaycan-Türkiyə-Avropa” yaşıl enerji dəhlizinin isə texniki-iqtisadi əsaslandırmasına başlanıldığı, həmçinin COP zamanı “Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Hökumətlərarası Saziş”in imzalanacağı barədə məlumat verilib. Energetika naziri deyib ki, bu dəhlizlər şəbəkə dayanıqlığının artırılmasında, regionlar arasında daha geniş bərpa olunan enerjinin inteqrasiyasının dəstəklənməsində və balanlaşmanın təmin edilməsində interkonnektorların mühüm rolu ilə bağlı qlobal çağırışlara cavab verən unikal layihələrdir. Təchizatın təhlükəsizliyini gücləndirəcək, eyni zamanda “təmiz enerji”yə keçidi sürətləndirəcək bu “yaşıl enerji dəhliz”ləri “Kəmər və Yol” təşəbbüsünün də enerji təhlükəsizliyi, ekoloji dayanıqlılıq və iqtisadi inkişafla bağlı məqsədlərinə töhfə verəcək.
Həmçinin Azərbaycanın “yaşıl enerji dəhliz”ləri və interkonektorların inkişafını özünün COP29 Sədrliyinin əsas enerji təşəbbüsü kimi elan etdiyi də diqqətə çatdırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
1 saat əvvəl
Tramp: “Düşünürəm ki, İranla müharibə böyük ölçüdə başa çatıb”
-
-
12 saat əvvəl
"İran Azərbaycan, Kipr və Türkiyə ərazilərinə heç bir zərbə endirməyib"
-
12 saat əvvəl
Orban Macarıstanın Müdafiə və Enerji Təhlükəsizliyi şuralarının iclasını çağırdı
-
13 saat əvvəl
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Neftin qiyməti təxminən 30%-lik sıçrayışdan sonra yavaşlayıb
- 14 saat əvvəl
-
15 saat əvvəl
"Əgər neftin qiymətinin 200 dolları keçməsinə dözə bilirsinizsə, bu oyunu davam etdirin”
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: “Düşünürəm ki, İranla müharibə böyük ölçüdə başa çatıb”
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib
Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşlar bərpa edilib
Neftin qiyməti təxminən 30%-lik sıçrayışdan sonra yavaşlayıb
Ən çox oxunanlar
Avropada qazın qiyməti 1000 kubmetr üçün 800 dolları keçib
"Əgər neftin qiymətinin 200 dolları keçməsinə dözə bilirsinizsə, bu oyunu davam etdirin”
G7 ölkələri neft ilə bağlı təcili tədbir hazırlayır
Soya yağı və buğda qiymətlərində artım
Bazarlar sarsıldı - Neft 116 dolları keçdi
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir
Küveyt neft istehsalını azaltmağa məcbur oldu























