"Yapı Kredi Bank Azərbaycan" 8,3 milyon manat xalis mənfəət əldə edib

Türkiyə bankının Azərbaycandakı törəməsi "Yapı Kredi Bank Azərbaycan" QSC 2024-cü ilin 9 ayını (yanvar-sentyabr) 8 milyon 303 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 10 milyon 93 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Yapı Kredi Bank Azərbaycan"ın xalis mənfəəti 1 milyon 790 min manat və ya 17,7% azalıb. Xalis mənfəətin azalması xərclərin və mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrılan vəsaitin artması ilə əlaqədardır. 2024-cü ildə "Yapı Kredi Bank Azərbaycan" böyüyüb, kredit portfeli artıb.
ƏMƏLİYYAT GƏLİRİ ARTIB
Marja.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, "Yapı Kredi Bank Azərbaycan"ın faiz gəlirləri 2023-cü ilin 9 ayında 27 milyon 300 min manat ikən, 2024-cü ilin 9 ayında 32 milyon 66 min manat təşkil edib (4 milyon 766 min manat və ya 17,5% artıb). Bankın qeyri-faiz gəlirləri isə 2 milyon 617 min manat və ya 13,8% artaraq 18 milyon 927 min manata yüksəlib.
2024-cü ilin 9 ayında "Yapı Kredi Bank Azərbaycan"ın cəmi əməliyyat gəlirinin (faiz və qeyri-faiz gəlirləri) 7 milyon 383 min manat artmasına qarşılıq, cəmi əməliyyat xərci (faiz və qeyri-faiz xərcləri) daha çox - 9 milyon 88 min manat artıb. Bu səbəbdən Bankın əməliyyat mənfəəti 1 milyon 705 min manat azalaraq 2023-cü ilin 9 ayındakı 14 milyon 368 min manatdan 2024-cü ilin 9 ayında 12 milyon 663 min manata düşüb. Həmçinin, bu il Bank tərəfindən mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrılan məbləğ 621 min manat artaraq 1 milyon 931 min manat təşkil edib. Həm əməliyyat mənfəətinin azalması, həm də mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrılan vəsaitin artması "Yapı Kredi Bank Azərbaycan"ın xalis mənfəətinin düşməsinə səbəb olub.
KREDİT PORTFELİ ARTIB
2023-cü ilin sonu ilə müqayisədə 2024-cü ilin 9 ayı ərzində "Yapı Kredi Bank Azərbaycan"ın kredit portfeli 33 milyon 283 min manat və ya 11,4% artaraq 30 sentyabr 2024-cü il tarixində 325 milyon 61 min manat təşkil edib. O cümlədən, Bankın istehlak kreditləri portfeli 8 milyon 459 min manat artaraq 76 milyon 473 min manata, biznes kreditləri portfeli 12 milyon 786 min manat artaraq 201 milyon 668 min manata, ipoteka kreditləri portfeli isə 12 milyon 38 min manat artaraq 46 milyon 919 min manata çatıb.
BANK BÖYÜYÜB
2023-cü ilin sonu ilə müqayisədə 2024-cü ilin 9 ayı ərzində "Yapı Kredi Bank Azərbaycan"ın cəmi aktivləri 56 milyon 10 min manat və ya 10,9% artaraq 30 sentyabr 2024-cü il tarixində 570 milyon 871 min manat təşkil edib.
2023-cü ilin sonu ilə müqayisədə 2024-cü ilin 9 ayı ərzində "Yapı Kredi Bank Azərbaycan"da depozitlər 36 milyon 574 min manat və ya 9% artaraq 403 milyon 269 min manata yüksəlib.
MƏCMU KAPİTALI 100 MİLYON MANATA YAXINLAŞIB
30 sentyabr 2024-cü il tarixində "Yapı Kredi Bank Azərbaycan" QSC 97 milyon 248 min manat məcmu kapitala malik olub. Bank 2023-cü ilin eyni tarixində 92 milyon 965 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 ay sonra
Aviabilet • Otel axtarışı • Qrup səyahətləri • Turlar - Xidmətlər bir arada
-
1 gün sonra
Bakıda tələbə və məzunlar üçün karyera festivalı keçiriləcək - ŞİRKƏTLƏR İŞTİRAK EDƏ BİLƏRLƏR
-
2 gün əvvəl
ABŞ səfirliyi Baku Steel Company-də: API sertifikatından sonra yeni üfüqlər
-
- 2 gün əvvəl
-
2 gün əvvəl
Unibank ADA və UNEC tələbələri üçün dayanıqlı maliyyə seminarları təşkil edib
-
2 gün əvvəl
Cari ilin ilk rübündə 8 mindən çox avadanlığın idxalına xüsusi icazə verilib
- 2 gün əvvəl
-
2 gün əvvəl
Aqrar Kredit və İnkişaf Agentliyi son 3 ildə ayırdığı vəsaitlərin məbləğini açıqlayıb
-
2 gün əvvəl
"Avrora Qrup" Azərbaycanın ən böyük ixracatçıları siyahısındadır - 15 QAT ARTIM
-
2 gün əvvəl
Birbank “Best Private Banking Azerbaijan” mükafatına layiq görüldü
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər

Bakıda tələbə və məzunlar üçün karyera festivalı keçiriləcək - ŞİRKƏTLƏR İŞTİRAK EDƏ BİLƏRLƏR

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

AZCON-un icraçı direktoruna müavin təyin edilib
.jpg)
Birbank “Best Private Banking Azerbaijan” mükafatına layiq görüldü

Azərbaycanda buraxılış kartı alan taksilərin sayı açıqlanıb
Ən çox oxunanlar

Bakıda avtobusların sayı artırılacaq
Kino Agentliyinin Müşahidə Şurasına sədr təyin olunub

"Bu il Azərbaycanda fermerlərə dəymiş zərər 50-70 % arta bilər"

Sabah leysan yağacaq, güclü külək əsəcək

Banka yeni sədr təyin edilib
