ABB səhmlərini alanlar məmnun olacaqlar – 6 AYDA 200 MİLYONA YAXIN XALİS MƏNFƏƏT
Nüfuzlu audit şirkəti ABB ilə bağlı təhlil apardı. Bank yarım ildə 200 milyon manata yaxın xalis mənfəət əldə edib.
"ABB" (“Azərbaycan Beynəlxalq Bankı” ASC) 30 iyun 2024-cü il tarixində cari ilin birinci yarımili üzrə konsolidə edilmiş maliyyə hesabatlarını açıqlayıb. Konsolidə edilmiş və təhlil olunmuş maliyyə hesabatı "ABB"-nin maliyyə nəticələri ilə bərabər, onun törəmə şirkətlərinin - "ABB-Moskva" Bankının, "ABB-GEO" QSC-nin, "Azərikard" MMC-nin, "Beynəlxalq Lizinq Şirkəti" MMC-nin və "ABB-İnvest İnvestisiya Şirkəti” QSC-nin (birlikdə Qrup) maliyyə göstəricilərini də əks etdirir. Qeyd edək ki, ABB qrupunun 6 aylıq nəticələrini qlobal audit, konsaltinq, vergi və əməliyyat xidmətləri şirkəti olan EY təhlil edib.
Marja.az hesabatlara istinadən xəbər verir ki, ABB Qrupunun xalis mənfəəti 2024-cü ilin ilk 6 ayında (yanvar-iyun) ötən ilin eyni dövrü ilə müqayisədə 33 milyon 597 manat və ya 20,6% artaraq 196 milyon 801 min manat təşkil edib. Bank 2023-cü ilin ilk 6 ayında 163 milyon 204 min manat xalis mənfəət əldə etmişdi.
GƏLİRLƏRİ ARTIB
ABB Qrupunun 2024-cü ilin ilk 6 ayında cəmi faiz gəlirləri 89 milyon 972 min manat və ya 24,2% artaraq 461 milyon 447 min manat, haqq və xalis komissiya gəlirləri isə 11 milyon 947 min manat və ya 17% artaraq 80 milyon 896 min manat təşkil edib.
Müqayisə olunan dövrdə ABB-nin müştərilərə verilmiş kreditlərdən faiz gəlirləri 105 milyon 282 min manat və ya 48,8% artaraq 320 milyon 907 min manat təşkil edib.
ABB Qrupunun 2024-cü ilin ilk 6 ayında qiymətli kağızlara investisiyalardan gəliri 9 milyon 887 min manat və ya 19,9% artaraq 59 milyon 493 min manat təşkil edib. Ötən ilin ilk 6 ayında Bankın qiymətli kağızlara investisiyalardan gəliri 49 milyon 606 min manat olmuşdu.
ABB-nin 2024-cü ilin yanvar-iyun dövründə əməliyyat mənfəəti 247 milyon 116 min manat, mənfəət vergisi xərci 50 milyon 315 min manat təşkil edib. Bank keçən ilin eyni dövründə 204 milyon 692 min manat əməliyyat mənfəəti əldə etmiş və 41 milyon 488 min manat mənfəət vergisi hesablanmışdı.
BÖYÜKLÜYÜ 14 MİLYARD MANATA YAXINLAŞIB
ABB Qrupu 30 iyun 2024-cü il tarixində 13 milyard 684 milyon 768 min manat cəmi aktivlərə malik olub. Qrup ötən ilin sonunda 13 milyard 929 milyon 329 min manat cəmi aktivlərə malik idi.
KREDİT PORTFELİ 5,7 MİLYARD MANATA YAXINLAŞIB
ABB Qrupu tərəfindən müştərilərə verilmiş kreditlər ötən ilin sonu ilə müqayisədə 756 milyon 432 min manat və ya 15,4% artaraq 30 iyun 2024-cü il tarixində 5 milyard 666 milyon 435 min manata çatıb.
QİYMƏTLİ KAĞIZLARA YATIRIMLARINI KƏSKİN ARTIRIB
ABB Qrupunun 2024-cü ilin ilk 6 ayında qiymətli kağızlara investisiyaları 665 milyon 923 min manat və ya 32,4% artaraq 2 milyard 718 milyon 192 min manata yüksəlib.
MÜŞTƏRİ HESABLARINDA 10 MİLYARD MANATA YAXIN VƏSAİT VAR
30 iyun 2024-cü il tarixində ABB-dəki müştəri hesablarında vəsaitlər 9 milyard 536 milyon 42 min manat təşkil edib.
Xəbər verdiyimiz kimi, 24 sentyabr 2024-cü il tarixində ABB-nin yeni səhmlərinin yerləşdirilməsi yekunlaşdırıb. ABB səhmlərinə 33 mindən çox investor 50 min ədədə yaxın sifariş yerləşdirib və bütün sifarişlər icra olunub. Beləliklə, ABB-nin səhmdarlarının sayı 1,794 nəfərdən 35 105 nəfərə qədər artıb. Səhmlərin yerləşdirilməsindən sonra Bankda özəl səhmdar payı 7,8%-ə qədər artıb, dövlətə məxsus pay isə 92,2%-ə düşüb.
ABB 2023-cü ilin mənfəətindən 2024-cü ildə səhmdarlarına 185 milyon manat dividend ödəyib. 2023-cü ildə səhmdarlara ödənilən dividend isə 156,6 milyon manat olub.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 ay sonra
Aviabilet • Otel axtarışı • Qrup səyahətləri • Turlar - Xidmətlər bir arada
-
1 gün sonra
Bakıda tələbə və məzunlar üçün karyera festivalı keçiriləcək - ŞİRKƏTLƏR İŞTİRAK EDƏ BİLƏRLƏR
-
2 gün əvvəl
ABŞ səfirliyi Baku Steel Company-də: API sertifikatından sonra yeni üfüqlər
-
- 2 gün əvvəl
-
2 gün əvvəl
Unibank ADA və UNEC tələbələri üçün dayanıqlı maliyyə seminarları təşkil edib
-
2 gün əvvəl
Cari ilin ilk rübündə 8 mindən çox avadanlığın idxalına xüsusi icazə verilib
- 2 gün əvvəl
-
2 gün əvvəl
Aqrar Kredit və İnkişaf Agentliyi son 3 ildə ayırdığı vəsaitlərin məbləğini açıqlayıb
-
2 gün əvvəl
"Avrora Qrup" Azərbaycanın ən böyük ixracatçıları siyahısındadır - 15 QAT ARTIM
-
2 gün əvvəl
Birbank “Best Private Banking Azerbaijan” mükafatına layiq görüldü
- 2 gün əvvəl
- 2 gün əvvəl
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Son Xəbərlər

Bakıda tələbə və məzunlar üçün karyera festivalı keçiriləcək - ŞİRKƏTLƏR İŞTİRAK EDƏ BİLƏRLƏR

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

AZCON-un icraçı direktoruna müavin təyin edilib
.jpg)
Birbank “Best Private Banking Azerbaijan” mükafatına layiq görüldü

Azərbaycanda buraxılış kartı alan taksilərin sayı açıqlanıb
Ən çox oxunanlar

Bakıda avtobusların sayı artırılacaq
Kino Agentliyinin Müşahidə Şurasına sədr təyin olunub

"Bu il Azərbaycanda fermerlərə dəymiş zərər 50-70 % arta bilər"

Sabah leysan yağacaq, güclü külək əsəcək

Banka yeni sədr təyin edilib
