Azərbaycandakı bank Avropa bankı ilə saziş imzalayıb - 15 milyon avroya qədər vəsait ayıracaq
AccessBank yerli kiçik və orta müəssisələrə (KOB) verilən kreditlər üzrə riskin yarısını Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə bölüşəcək. AYİB fərdi kreditlər üzrə riskin 50%-ə qədərini bölüşəcək ki, bu da öz növbəsində AccessBank-a maliyyə resurslarina çıxışı olmayan kiçik bizneslərin kreditləşməsini genişləndirməyə imkan yaradacaq.AYİB Azərbaycanda yerli tərəfdaş bankla Risk Bölgüsü Mexanizmini yenidən işə salır. Yerli bizneslər 15 milyon avro dəyərində yeni vasitdən faydalanacaqlar. Saziş AccessBank-ın kredit imkanlarının artırılmasını nəzərdə tutur.
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) yerli kiçik və orta müəssisələrə (KOB) verilən kreditlər üzrə riskin bölüşdürülməsi məqsədilə AccessBank ilə əməkdaşlıq edərək Azərbaycanda Risk Bölgüsü Mexanizmini (RSF) yenidən bərpa edir.
Bu barədə Marja-ya AccessBank-dan bildirilib.
Qeyd edilib ki, RSF sazişinə əsasən, AYİB AccessBank-a yerli şirkətlərə təqdim edilən kreditlərə dair riskləri bölüşmək üçün 15 milyon avroya qədər vəsait ayıracaq. AYİB fərdi kreditlər üzrə riskin 50%-ə qədərini bölüşəcək ki, bu da öz növbəsində AccessBank-a maliyyə resurslarina çıxışı olmayan kiçik bizneslərin kreditləşməsini genişləndirməyə imkan yaradacaq.
Bundan əlavə, mexanizm AccessBank-a maliyyələşdirmə mənbələrini şaxələndirmək, balans strukturunu yaxşılaşdırmaq və bank sektorunun daha böyük iştirakçıları ilə rəqabət aparmaq imkan verəcək.
AccessBank-ın Baş Ofisində keçirilən imzalanma mərasimində AYİB-ın Türkiyə və Qafqaz üzrə idarəedici direktoru Elisabetta Falcetti bildirib: “Məmnuniyyətlə Bakıda, layihə qrupları ilə birlikdə RSF proqramının bərpasını qeyd edirik. Biz şadıq ki, Azərbaycan bizneslərinin maliyyələşdirilməsini artırmaqla yanaşı, bu saziş AccessBank-a ölkə daxilində KOB-ın səmərəli kreditləşməsi üçün yeni metodllar və nou-hau üsullar əldə etməyə imkan yaradacaq”.
AccessBank-ın İdarə Heyətinin Sədri David Tsiklauri deyib: “Biz fəxrlə qeyd edirik ki, AYİB Azərbaycanda RSF proqramını AccessBank ilə tərəfdaş olaraq yenidən bərpa edib. Biz, AYİB ilə bu əməkdaşlıqdan məmnunuq və inanırıq ki, bu Saziş AccessBank-a KOB-ların maliyyələşdirilməsinin genişləndirilməsi ilə yanaşı sahibkarlığın artımına və Azərbaycanın ümumi iqtisadi inkişafına töhfə vermiş olacaq”.
RSF – AYİB-ın kiçik biznesə dəstək proqramı çərçivəsində özəl sektorun inkişafına hədəflənən strateji təşəbbüsüdür. RSF tərəfdaş banklara dövriyyə kapitalına ehtiyacı olan müəssisələrə ayrılan kreditlər üzrə riski bölüşdürmək imkanı verir ki, bu da öz növbəsində KOB-ların böyüməsinə və daha rəqabətli olmasına kömək edir.
Bu günə qədər AYİB 42 yerli maliyyə institutu ilə əməkdaşlıq edərək, kiçik və orta müəssisələrə ümumi dəyəri 1,07 milyard avrodan çox olan 425-dən çox RSF sub-kreditinin verilməsini təmin edib.
AccessBank Azərbaycanda KOB-lar üzrə ixtisaslaşan və 2002-ci ildən onlara sərfəli maliyyə xidmətləri təklif edən kommersiya bankıdır.
AYİB Azərbaycanın ən böyük institusional investordur. Bank ölkə iqtisadiyyatının şaxələndirilməsini dəstəkləmək üçün 190 layihəyə 3,7 milyard avrodan çox sərmayə ayırıb.
Müştərilərin xəbərləri
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
4 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qubada alma istehsalı kəskin azalıb – Fermerlər minlərlə manat ziyana düşüblər
-
1 saat əvvəl
“Toyota” və “Google”un şirkəti sürücüsüz taksilər istehsal edəcək – Razılaşma əldə olunub
- 1 saat əvvəl
-
17 saat əvvəl
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
-
18 saat əvvəl
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azərbaycan yol mühəndisliyinin Avropadakı imzası – “Azvirt”
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Ən çox oxunanlar
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib ®
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"





















