“Azərbaycan Dəmir Yolları”: ADY barəsində Dövlət Xidmətinin qərarı məhkəmə tərəfindən ləğv edildi
ADY: Yükdaşıma sifarişlərindən imtinalar əsassız olmayıb, Dövlət Xidmətinə müraciət etmiş şirkətlərin ADY-yə külli miqdarda borc öhdəlikləri olduğuna görə imtina edilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) məlumatı:
Ötən ay İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Dəmir Yolları” QSC-yə qarşı yükdaşıma sifarişlərinin təsdiqindən əsassız imtina, törəmə şirkətlərə güzəştlərin tətbiqi nəticəsində rəqabətin məhdudlaşdırılması üzrə qanun pozuntularının aşkarlanması ilə bağlı qərar qəbul edib və icrası ilə bağlı göstəriş verib. “Alliance Logistics” MMC və “Caspian Rail” MMC-nin müraciəti əsasında Dövlət Xidməti tərəfindən “pozuntu” adlandırılan məsələyə hüquqi qiymət verilməsi üçün ADY tərəfindən məhkəməyə iddia ilə müraciət edilib.
Qeyd etmək lazımdır ki, yükdaşıma sifarişlərindən imtinalar əsassız olmayıb, Dövlət Xidmətinə müraciət etmiş şirkətlərin ADY-yə külli miqdarda borc öhdəlikləri olduğuna görə imtina edilib. ADY-nin borclu təşkilatların yüklərini pulsuz daşımaq kimi bir öhdəliyi olmadığını və daşımalarla əlaqədar tarif və əmsallar barədə məlumatların ADY tərəfindən eyni tarixdə bütün fraxt-agentlərə kommunikasiya və tətbiq edildiyini nəzərə alsaq, hər hansı qanun pozuntusuna yol verilmədiyini əminliklə demək olar.
Qeyd edək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti iki il bundan öncə də ADY-yə qarşı oxşar məzmunlu qərar və göstəriş qəbul edib. Qərarda ADY-yə qarşı onun törəmə müəssisələrinin ekspeditor fəaliyyətinin dayandırılması, ADY-nin balansında olan vaqon parkının özü tərəfindən idarə edilməsi, tarif və güzəştlərin tətbiq edilməsi mexanizminin müəyyənləşdirilməsi və s. tələblər irəli sürülüb. Həmin qərar ADY tərəfindən mübahisələndirilib və bütün məhkəmə instansiyaları tərəfindən qanunsuz hesab edilərək ləğv edilib.
Regionun və Avropanın əksər ölkələrinin dəmiryol administrasiyalarında olduğu kimi, Azərbaycanda da ADY-nin yükdaşımalar üzrə ekspeditor fəaliyyəti göstərən törəmə şirkətləri var. ADY bu sahədə şəffaflığı daim qoruyur və həm törəmə, həm də özəl agent-ekspeditor şirkətləri ilə vahid şərtlər, bərabər yanaşma və tariflər əsasında əməkdaşlıq edir. Həmçinin ADY-nin törəmə şirkətləri bazarda “marketmeyker” (bazar tənzimləyicisi) funksiyasını yerinə yetirir. Bununla da xidmətlərin son müştəriyə ADY-nin təqdim etdiyi tariflərdən fərqli, böyük marja ilə satılmasının, yəni süni qiymət (tarif) artımının qarşısı alınır.
Məhkəmə tərəfindən qəbul edilmiş qərar bu cür fəaliyyətin tam qanunauyğun olduğu və heç bir pozuntu və ya rəqabətin məhdudlaşdırılmasına yol açmadığının bariz nümunəsidir.
Dövlət Xidməti: "Azərbaycan Dəmir Yolları"na 246 241 manat sanksiya tətbiq olunub
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəqabət mühitinin qorunması, hökmran mövqedən sui-istifadə və inhisarçı davranışlarla mübarizə tədbirləri çərçivəsində müxtəlif bazarlarda rəqabət qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarəti həyata keçirir.
Xidmətin yaydığı məlumatda bildirilir ki, bu xüsusda təsərrüfat subyektlərindən daxil olan şikayətlər əsasında Dövlət Xidməti tərəfindən ekspeditor xidmətləri və konteyner daşımaları bazarında təsərrüfat subyektlərinin müstəqilliyinin əsassız olaraq məhdudlaşdırılması və onlara qarşı dempinqin tətbiqi üçün şərait yaradılması, müqavilələrin bağlanmasında ayrı-seçkiliyə yol verilməsi, kontragentə (qarşı tərəf) sərfəli olmayan müqavilə şərtlərinin məcburi qəbul etdirilməsi, bazarda rəqabətin məhdudlaşdırılmasına səbəb olan üfüqi və şaquli sazişlərin bağlanması, rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması əlamətləri ilə bağlı araşdırmalar aparılıb. Nəticədə, "Azərbaycan Dəmir Yolları" QSC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
İşə baxılma zamanı müvafiq sahədə təbii inhisar subyekti olan “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən müvafiq bazarda fəaliyyət göstərən təsərrüfat subyektlərinin yüklərin daşınması ilə bağlı verdiyi sifarişlərdən əsassız olaraq imtina edildiyi, tabeliyində olan təsərrüfat subyektinə yüklərin daşınması ilə bağlı dempinqin tətbiqi üçün şərait yaradıldığı və infrastrukturdan istifadə ilə bağlı xüsusi güzəştlərin tətbiq edildiyi aşkarlanıb. “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən qeyd edilən inhisarçı davranışlar nəticəsində bazarda fəaliyyət göstərən digər təsərrüfat subyektlərinin fəaliyyət və rəqabət imkanlarının məhdudlaşdırıldığı, təbii inhisar subyektinin tabeliyində olan törəmə müəssisələrinə birtərəfli rəqabət üstünlüklərinin qazandırıldığı müəyyənləşdirilib.
“Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulduğu əsas götürülərək “Azərbaycan Dəmir Yolları” QSC-yə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən 24 iyun 2024-cü il tarixində 246 241 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub və müvafiq bazarda sahə inhisarçılığı hallarının aradan qaldırılması məqsədilə bir sıra icrası məcburi göstərişlər verilib.
Qeyd edilib ki, hazırda təbii inhisar subyektlərinin fəaliyyətinin əsasları 1 iyul tarixindən qüvvəyə minən Rəqabət Məcəlləsi ilə tənzimlənir.
Müştərilərin xəbərləri

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər
SON XƏBƏRLƏR
-
23 saat sonra
Regionun aparıcı innovasiya festivalı üçün biletlər artıq satışdadır ®
-
3 saat əvvəl
Azərbaycan məhsulu Dünyanın nüfuzlu müsabiqəsində qızıl medala layiq görülüb
-
2 gün əvvəl
“PAŞA Holding” Qurban Bayramı münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırır
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
3 gün əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
3 gün əvvəl
Qızıl Dəyərində İdarəetmə və Liderlik - METAK 4-cü dəfə bu nüfuzlu mükafata layiq görüldü
-
3 gün əvvəl
Facility Management Group (FMG) Qurban bayramını uşaqlarla birlikdə qeyd etdi
- 3 gün əvvəl
- 3 gün əvvəl
- 3 gün əvvəl
- 3 gün əvvəl
-
3 gün əvvəl
"40 milyon manatlıq məhsula zərər dəyməsi ilə bağlı müraciət daxil olub"
- 3 gün əvvəl
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Son Xəbərlər

“PAŞA Holding” Qurban Bayramı münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırır

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir

Dövlət büdcəsində 3,4 milyard manat artıqlıq yaranıb

m10 yenilənir!
Ən çox oxunanlar

Özünü plastik cərrah kimi təqdim edən Nihad Aslanova görə hüquq-mühafizə orqanlarına müraciət ediləcək

Azərbaycan Çinə toyuq ayaqları ixrac edəcək

Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı

Azərbaycan Çində yeni ticarət və şərab evləri aça bilər

10 İyun tarixi üçün rəsmi məzənnə müəyyən olunub

Azərbaycanla Çin arasında birgə müəssisə yaradılacaq
