“Xankəndi” gəmisi ilə bağlı 300 milyon dollarlıq müqavilə
“Xankəndi” sualtı tikinti gəmisinin istismarı və texniki xidməti üçün yeni müqaviləbp Xəzər dənizində apardığı əməliyyatlara dəstək üçün “Xankəndi” sualtı tikinti gəmisinin istismarı və texniki xidməti üzrə yeni müqavilə bağlandığını bu gün elan edib.
bp-dən Marjaya verilən məlumata görə, dəyəri 300 milyon dollardan artıq olan bu müqavilə “Saipem Contracting Netherlands B.V.” və onun tərəfdaşları olan“BOS Shelf LLC” və “BOS Shelf International FZCO” şirkətlərindən ibarət konsorsiumla imzalanıb.
Qeyd edilib ki, müqavilə 2022-ci ildə başlamış rəqabət əsaslı tender prosesinin nəticəsində verilib və bp-nin və tərəfdaşlarının Xəzərdə öz dəniz əməliyyatlarının təhlükəsizliyini və səmərəliliyini daha da artırmaq üçün düşünülmüş vahid gəmi strategiyasının məqsədlərinə uyğundur.
Müqavilənin iş həcminə daxildir: “Xankəndi” gəmisinin ümumi operatorluğu və gəmiyə texniki xidmət, sualtı tikinti və quraşdırma fəaliyyətləri, sualtı müayinə, texniki xidmət və təmir işləri, bp-nin idarə etdiyi bütün obyektlər, sualtı boru kəmərləri və hasilat sistemi infrastrukturlarında ilk cavab tədbiri imkanının təmin olunması, habelə yataqların istismar müddətində tələb olunan xidmətlər üçün dəniz bazası dəstəyi.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda layihələr üzrə vitse-prezidenti Kahal Kelli: “İki ildən artıq davam edən bu mürəkkəb tender prosesini uğurla başa çatdırmağımızdan çox məmnunuq. Bu müqavilə bp və tərəfdaşlarının məhz vahid gəmi strategiyasından istifadə etmələri üçün düşünülüb. Bu o deməkdir ki, bundan sonra “Xankəndi” gəmisi dənizdəki bütün tikinti, quraşdırma, müayinə, təmir və texniki xidmət işlərimiz və fövqəladə hallara cavab tədbirlərimiz üçün əsas gəmi kimi istifadə olunacaq və bu da əməliyyatlarımızı daha təhlükəsiz və daha səmərəli edəcək. Bu geniş tender əməliyyatının aparılmasında və uğurla başa çatdırılmasında iştirak edən bütün insanlara minnətdarlığımı bildirir və çəkdikləri zəhmətə görə təşəkkür edirəm.”
Müqavilə ilkin olaraq üç il müddətinə (əlavə iki ilədək uzadılma imkanı ilə) imzalanıb.
“Xankəndi” - Xəzər dənizinin 378 milyon dollar dəyərində olan yeni flaqman gəmisi – 2017-ci ilin sentyabr ayında istismara verilib. Ən son texniki nailiyyətləri özündə birləşdirən bu sualtı tikinti gəmisi məxsusi olaraq Şahdəniz 2 layihəsi çərçivəsində Xəzər dənizində ən böyük sualtı hasilat sistemini quraşdırmaq üçün layihələndirilmiş və inşa edilmişdir.
Ən müasir sualtı hasilat texnologiyasını quraşdırmağa qadir olan bu mürəkkəb və əsl çoxfunksiyalı gəmi SOCAR, Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və Keppel O&M şirkətinin yaratdığı birgə müəssisə olan Bakı Gəmiqayırma Zavodunda layihələndirilib və inşa edilib.
Gəminin uzunluğu 155 metr, eni 32 metr və əsas göyərtə sahəsi isə 2000 kv.metr təşkil edir. Gəminin ümumi çəkisi 17600 tondur və suya oturumu 6,5 metr olmaqla daşıma gücü 5000 metrik ton təşkil edir. Gəmidə 6 ədəd 4,4MVt və 2 ədəd 3,2MVt gücündə generatoru olan iki mühərrik bölməsi var. O, 3,5 metr hündürlüyündə dalğalarda (Hs) fəaliyyət göstərə bilmək üçün dinamik mövqeləndirmə sistemi, 600 metrədək dərinlikdə sualtı əməliyyatlar aparmaq üçün 900 metrik tonluq əsas kran, iki ədəd 18 nəfərlik dalğıc kapsulu sistemi, iki ədəd məsafədən idarə olunan sualtı aparat və möhkəmləndirilmiş avadanlıq endirmə şaxtası ilə təchiz edilib. “Xankəndi” gəmisi lövbərlərə heç bir ehtiyac olmadan ən mürəkkəb işləri həyata keçirə bilər.
Gəmi heyəti və mütəxəssislər də daxil olmaqla “Xankəndi” gəmisinin göyərtəsi maksimum 175 nəfər üçün nəzərdə tutulub. Gəminin işçilərinin əksəriyyəti yerli mütəxəssislərdir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
- 36 d. əvvəl
-
-
46 d. əvvəl
Yaponiya faiz dərəcəsini son 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
-
1 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
1 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 1 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
KİV: ABŞ və İran arasında anlaşma memorandumu elektron formatda imzalanıb
-
11 saat əvvəl
"Salesforce" süni intellekt şirkəti "Fin"i 3,6 milyard dollara satın alır
-
13 saat əvvəl
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
SpaceX tarix yazdı: IPO-dan 85,7 milyard dollar cəlb edildi
Yaponiya faiz dərəcəsini son 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
Ən çox oxunanlar
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
İyunun 16-dan “Bonus-Malus” sistemi ləğv edilir
Aqrar sığorta ildırım zərərini də qarşılayır
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
İyunun 16-da gözlənilən hava şəraiti
























