Naxçıvanda 102 dövlət əmlakı özəlləşdirilib - 7 DƏFƏYƏ YAXIN ARTIM

Dövlət əmlakının özəlləşdirilməsi sahəsində işlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyidən Marja-ya verilən məlumata görə, Nazirliyin yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin 6 ayı ərzində 102 dövlət əmlakının özəlləşdirilməsi başa çatıb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,8 dəfə çox olub.
Naxçıvanda özəlləşdirmə və icarədən daxilolmalar 5,5 dəfə artıb
Cari ilin yanvar-iyun ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 911,9 min manat təşkil edib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 dəfə çoxdur.
Hesabat dövründə dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar 137,3 min manat təşkil edib, ötən ilin eyni dövrü ilə müqayisədə 65,8 faiz artım qeydə alınıb.
Ümumilikdə cari ilin ilk 6 ayında özəlləşdirmədən və icarədən 1,4 milyon manata yaxın vəsait daxil olub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 dəfə çoxdur.
Naxçıvanda 22 əmlakın satışı həyata keçirilib
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən rəqabətli formada hərracların təşkili davam etdirilir. Belə ki, cari ilin ilin birinci yarımili ərzində 22 əmlakın hərracla satışı həyata keçirilib. Bunlardan 5-i qeyri-yaşayış obyekti, 15-i torpaq sahəsi, 1-i nəqliyyat vasitəsi və 1-i faydalı qazıntı yatağıdır. Hesabat dövründə keçirilən hərracların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 29,4 faiz artıb.
Naxçıvanda keçirilmiş hərraclardan xidmət haqqı 3,4 dəfə artıb
2024-cü ilin 6 ayı ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan əmlakların özəlləşdirilməsi, icarəyə verilməsi və satışı diqqətdə saxlanılıb, bu sahədə şəffaflaşmanın tətbiqi nəticəsində daxil olan xidmət haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 dəfə artıb.
Elektron müraciətlərin sayı dəfələrlə artıb
2024-cü ilin 6 ayı ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin fəaliyyət istiqamətlərində dövlət xidməti üzrə vətəndaşlardan, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərdən, bələdiyyələrdən, dövlət qurumlarından 2 mindən artıq elektron müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 dəfə çoxdur.
Naxçıvanda iyulun 9-da növbəti hərrac keçirilib
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 11 nəqliyyat vasitəsi özəlləşdirilib.
Nəqliyyat vasitələri üzrə sifarişlərin çoxluğu hərracı rəqabətli edib. Hərraca çıxarılan avtomobillərə edilən təkliflər start qiymətindən çox olub.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə http://emlak.nakhchivan.az/ rəsmi internet saytında müsabiqələr və hərraclar bölməsinə daxil olmaqla tanış olmaq mümkündür.
Vurğulanıb ki, hərraclarda mövcud qanunvericilik əsasında bələdiyyə mülkiyyətində, xüsusi mülkiyyətdə olan əmlakların, torpaqların, qeyri-yaşayış sahələrinin, nəqliyyat vasitələrinin, özəlləşdirilməsi, icarəyə verilməsi və satışı həyata keçirilir.
Yaxın gələcəkdə elektron hərracın tətbiqi ilə hərracların tamamilə elektron müstəviyə keçirilməsi nəzərdə tutulub.
Cari ay üzrə növbəti hərraclar 11,16 və 18 iyul tarixlərində keçiriləcək
Naxçıvanda elektron xidmətlərdən istifadə 4 dəfə artıb
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın elektron qeydiyyatı aparılıb, vətəndaşların elektron xidmətlərə əlçatanlığı təmin edilib, torpaqların elektron kadastr uçotu informasiya sistemi yaradılıb və dövlət əmlakının registrinin elektron platformaya keçirilməsinə nail olunub.
Həyata keçirilən tədbirlərin nəticəsi olaraq 2024-cü ilin 6 ayında elektron xidmətlərdən istifadə edənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfə artıb.
Naxçıvanda “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin hədəf və missisiyası açıqlanıb
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinın rəis müavini, rəsi vəzifələrini müvəqqəti icra edən Müslüm Cabbarzadə xidmətin hərraclar vasitəsi ilə satışı sahəsindəki funksiyalarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2024-cü il 9 fevral tarixli Fərmanı ilə yaradılmış “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin həyata keçirdiyini qeyd edib.
Mərkəzin missiyasının dövlət sifarişi əsasında dövlət əmlakının, dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət nəfinə keçməklə müsadirə olunan, üzərinə həbs qoyulan dövlət əmlakının, dövlət mülkiyyətinə keçirilən əmlakların, eləcə də bələdiyyə torpaqlarının müraciət əsasında hərraclarda satışı olduğu bildirilib.
Hərrac iştirakçıları üçün şəffaf və rəqabətli hərracların keçirilməsi qarşıya qoyulan hədəflərdən olduğu vurğulanıb.
Naxçıvanda keçirilən hərracların əhatə dairəsi genişlənib
Müxtəlif növ dövlət və qeyri-dövlət əmlaklarının satışı üzrə hərracların keçirilməsi üçün Hərracların Təşkili Mərkəzində müvafiq hazırlıq işləri başa çatdırılıb. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin şəhər (rayon) icra və probasiya şöbə və bölmələri, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Geodeziya və Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi” publik hüquqi şəxsi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsi və müvafiq bələdiyyələrlə müqavilələr bağlanılıb.
Müştərilərin xəbərləri

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər
SON XƏBƏRLƏR
-
2 gün sonra
Regionun aparıcı innovasiya festivalı üçün biletlər artıq satışdadır ®
-
1 gün əvvəl
“PAŞA Holding” Qurban Bayramı münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırır
-
1 gün əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
-
1 gün əvvəl
Qızıl Dəyərində İdarəetmə və Liderlik - METAK 4-cü dəfə bu nüfuzlu mükafata layiq görüldü
-
1 gün əvvəl
Facility Management Group (FMG) Qurban bayramını uşaqlarla birlikdə qeyd etdi
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"40 milyon manatlıq məhsula zərər dəyməsi ilə bağlı müraciət daxil olub"
- 2 gün əvvəl
-
2 gün əvvəl
BYD Avropada ultra sürətli enerji doldurma şəbəkəsi qurmağı planlaşdırır
Son Xəbərlər

“PAŞA Holding” Qurban Bayramı münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırır

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər

m10 yenilənir!

Özünü plastik cərrah kimi təqdim edən Nihad Aslanova görə hüquq-mühafizə orqanlarına müraciət ediləcək

Azərbaycan Çinə toyuq ayaqları ixrac edəcək

Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı

Azərbaycan Çində yeni ticarət və şərab evləri aça bilər

10 İyun tarixi üçün rəsmi məzənnə müəyyən olunub

Azərbaycanla Çin arasında birgə müəssisə yaradılacaq
