İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
Hörmətli həmvətənlər!
Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza bahar əhval-ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə nailiyyətlər arzulayıram.
Öz mənşəyini tariximizin dərin qatlarından alan qədim Novruz bayramı ulu babalarımızın yüksək həyat eşqini, zəngin mənəviyyatını, geniş dünyagörüşünü və gələcəklə bağlı nikbin düşüncələrini dolğun təcəssüm etdirir. Onda cəmiyyətin təbiətlə vəhdətinin və insanlığa xas ali dəyərlərin – xeyirxahlığın, mərhəmətin, şəfqətin təntənəsi vardır. Milli özünüdərkin təşəkkülündə mühüm rol oynamış bu əziz bayram yurdumuzda, yüz illər əvvəl olduğu kimi, indi də xoş ovqatda rəngarəng mərasimlər və çoxsaylı el şənlikləri ilə qarşılanır.
Novruz ənənələrimiz çoxəsrlik mədəni keçmişinə həmişə xüsusi ehtiram göstərmiş müdrik xalqımızın bəşər sivilizasiyasına misilsiz töhfələrindəndir. Əcdadlarımızın müqəddəs yadigarı olan bu ənənələrin qorunub layiqincə yaşadılması və sonrakı nəsillərə çatdırılması hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
Builki Novruz bayramı ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası şəraitində həyatımızın yeni mərhələsinin başlanğıcına təsadüf etməsi ilə əlamətdardır. Yaz fəslinin yeniləşdirici ab-havası daha güclü Azərbaycan naminə hər birimizin qurub-yaratmaq əzmini artırır. Əminəm ki, azadlığına qovuşmuş əzəli torpaqlarımıza əbədi qayıdışımızı qalibiyyət duyğusundan aldığımız böyük ruh yüksəkliyi ilə ən qısa zamanda uğurla gerçəkləşdirəcəyik.
Qəlbləri nurla dolduran Novruz bayramının hər evə, hər ocağa bol sevinc, ruzi‑bərəkət və firavanlıq gətirməsini diləyirəm.
Bayramınız mübarək olsun!
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
2 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
2 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 4 d. əvvəl
- 13 d. əvvəl
-
20 d. əvvəl
Dövlət qurumu inzibati binasını 7,15 milyon manata təmir etdirir
-
25 d. əvvəl
Xınalıqda tarixi evlərin bərpası “QARA QAYA” şirkətinə həvalə edilib - 628 min manatlıq müqavilə
-
39 d. əvvəl
Dünyada dizel qıtlığı dərinləşir – Beynəlxalq Enerji Agentliyindən təcili çağırış
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çin rekord həcmdə qızıl alır – Qiymətin 5500 dollara yüksələcəyi proqnozlaşdırılır
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda orta maaş bir ildə 79 manat artıb
Xınalıqda tarixi evlərin bərpası “QARA QAYA” şirkətinə həvalə edilib - 628 min manatlıq müqavilə
Rəsmi məzənnələr açıqlandı
“TikTok”la “Instagram”a girişdə problem yarandı
Trampın Rusiya və Ukrayna arasında “enerji atəşkəsi” elan etməsindən sonra neft ucuzlaşıb
“Shaurma N1” daha 2 yeni restoran açacaq – ÜNVANLAR
Trampdan Zelenskiyə sərt mesaj: "Artıq getməyin vaxtıdır"
Oktyabrın 12-də gözlənilən hava şəraiti
İlham Əliyev və Ramazan Kadırov “Bakı Ağ Şəhər”də olublar























