“Zaqatala” futbol klubu və “Music Gallery” müqavilə imzaladı - FOTOLAR
Fevralın 12-si Futbolun İnkişaf Fondunun vasitəçiliyi ilə “Zaqatala” futbol klubu və “Music Gallery” arasında sponsorluq müqaviləsinin imzalanma mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan FİF-in icraçı direktoru Tural Piriyev FİF-in vasitəsilə ölkə futboluna daha bir özəl sektor nümayəndəsinin cəlb olunmasından qürur duyduğunu bildirib və "AGA Group"un rəhbərliyinə bölgə klubuna dəstəyə görə təşəkkür edib.
Daha sonra “Zaqatala” PFK-nın İdarə Heyətinin üzvü Musa Qurbanov, “AGA Group”un təsisçisi Aydın Demirçi və icraçı direktoru Qafar Demirçi ilə yanaşı, “Music Gallery”nin direktoru Məsməxanım Ağayeva çıxış edib.
Çıxışlardan sonra imzalanma mərasimi baş tutub. Tərəfdaşlıq müqaviləsini “Zaqatala” futbol klubunun İdarə Heyətinin sədri Şaban Şirdanov və “AGA Group”un təsisçisi Aydın Demirçi imzalayıblar. Hər iki tərəf bölgə futboluna dəstəyin vacibliyini vurğulayaraq, əməkdaşlığın uğurlu olacağına inandıqlarını bildiriblər.
Məlumat üçün bildirək ki, Fond Zaqatala PFK-ya bir çox sahədə dəstək olur. Bu il üçün qarşıya qoyulan əsas məqsədlər klubun dayanıqlı inkişaf strategiyasının hazırlanması, gəlirlərin diversifikasiyası və idarəetmə strukturunun təkmilləşdirilməsidir. Gəlirlərin diversifikasiyası ilə əlaqədar hazırda "Biznes klub" layihəsi tətbiq olunur və oyun günü gəlirlərinin artırılması yönündə işlər aparılır.
Qeyd edək ki, 1993-cü ildən Azərbaycanda fəaliyyət göstərən “Music Gallery” mağazalar şəbəkəsi artıq 30 ildir ki, müasir ev üçün məişət texnikası, elektronika məhsulları və musiqi alətlərinin aparıcı ticarət şəbəkəsi olaraq fəaliyyətinə davam edir. “Music Gallery” özünəməxsus məhsul çeşidi, yüksək keyfiyyət, üstün xidmət və cəlbedici qiymət standartlarını özündə birləşdirir.
Hal-hazırda mağazalar şəbəkəsinin Bakı şəhərində Gənclik, İnşaatçılar, 28 May, Əhmədli, İnqilab, “Bakıxanov Mall” və “28 Mall”da yerləşən 7, Şirvan şəhərində isə 1 mağazası olmaqla, ümumilikdə 8 mağazası fəaliyyət göstərir. Şirkətin məqsədi müştərilərə yüksək keyfiyyətli xidmət, rahatlıq və fərdi yanaşma nümayiş etdirməkdir.
“Music Gallery” Azərbaycanda “Yamaha” və “Sharp” brendlərinin eksklüziv, “Sony”, “Samsung”, “Bosch”, “Beko”, “LG”, “Gorenje”, “Philips”, “Honor”, “Vestel”, “Braun”, “Delonghi”, “Kenwood” kimi tanınmış brendlərin isə rəsmi tərəfdaşıdır.
Müştərilərin xəbərləri
Laboratoriya analizi və texniki inspeksiya xidmətləri - "STV Engineering" şirkəti "Rebuild Karabakh" sərgisindədir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat sonra
-
11 d. əvvəl
Ağdamda yeni şirkət: Un istehsalı həyata keçiriləcək - 12 milyon manatlıq layihə
-
-
33 d. əvvəl
19 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub - SİYAHI, YENİLƏNİR
-
43 d. əvvəl
“AccessBank”ın kredit portfeli 1,4 milyard manatı ötüb – Biznes kreditləri 1 milyard manatdan çoxdur
-
52 d. əvvəl
Unibankın biznes kreditləri 32% artıb – Kredit portfeli 1,5 milyard manatı keçib
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nərimanovda 2 otaqlı studiyadan başlayaraq yeni mənzillər satışda – SATIŞ ŞƏRTLƏRİ YENİLƏNDİ! ®
-
11 saat əvvəl
Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb
-
11 saat əvvəl
“Xalq Bank”ın kredit portfeli böyüyüb, 1,9 milyard manatı ötüb
-
12 saat əvvəl
Premium Bank 9 ayda 13 milyon manata yaxın xalis mənfəət əldə edib - 43%-LİK ARTIM
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
“PAŞA Bank” 134 milyon manata yaxın xalis mənfəət açıqladı
Ən çox oxunanlar
“Xalq Bank”ın kredit portfeli böyüyüb, 1,9 milyard manatı ötüb
“TuranBank”ın mənfəəti 36% artıb
“VTB Azərbaycan” 9 ayda 20 faizdən çox böyüyüb - 7,7 MİLYON MANAT MƏNFƏƏT ƏLDƏ EDİB
“Rabitəbank”ın kredit portfeli 1 milyard manatı ötüb, gəlirləri artıb – Maliyyə nəticələri
"Rabitəbank" maliyyə nəticələrini açıqladı - 9 ayda 13,8 milyon manat xalis mənfəət əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

























