Söyüdlüdə şirkətin fəaliyyəti dayandırıldı
Baş nazir Əli Əsədovun yanında Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılmış Komissiyanın ikinci iclası keçirilib
İyulun 13-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun yanında Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Nazirlər Kabinetinin 2023-cü il 21 iyun tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın ikinci iclası keçirilib.
Marja.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, Baş nazir Əli Əsədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 11-də 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Gədəbəy rayonun Söyüdlü kəndində iyunun 20-də yaranmış narahatedici və xoşagəlməz hadisə ilə əlaqədar monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi üzrə Komissiyanın fəaliyyətinə dair iradlar bildirərək müvafiq tapşırıq vermişdir.
Verilən tapşırığın təxirəsalınmadan icrası ilə əlaqədar Komissiyada aşağıdakı məsələlərə baxılmışdır.
Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Söyüdlü kəndində tullantıxana sahəsində və ətraf ərazilərdə aparılmış monitorinqlərin nəticələri barədə geniş məlumat verib.
Baş nazir Ə.Əsədov Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən şirkətin fəaliyyət göstərdiyi ərazidə 2018-ci ildən bəri monitorinqin aparılmamasını ciddi nöqsan adlandırıb. Bildirilib ki, Nazirlik öz səlahiyyətlərinə aid olan dövlət nəzarət funksiyalarını layiqincə yerinə yetirməyib.
Baş nazir icra hakimiyyəti orqanları ilə razılaşdırılmadan tullantı anbarında müxtəlif illərdə üç dəfə inşaat işlərinin aparılması, tullantı su anbarının tikintisinə dair layihə sənədlərinin ekspertizadan keçirilməməsi, bəndin dayanıqlığının qiymətləndirilməsinin aparılmaması, tullantı anbarının istismar imkanlarının artırılması ilə əlaqədar şirkət qarşısında heç bir tələbin qoyulmaması, tullantı sularını nəql edən boruların sanitar-mühafizə zonası müəyyənləşdirilməməsi, məhdudlaşdırıcı hasarlarım çəkilməməsi, boru xətti boyu və tullantıxana sahəsində məlumatverici və qadağanedici lövhələrin quraşdırılmaması və digər nöqsanların ciddi araşdırılması və aradan qaldırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Fövqəladə Hallar Nazirliyinə tapşırıqlar verib.
Qeyd olunub ki, ərazidə fəaliyyət göstərən müəssisədə ekoloji və geoloji audit aparılması məqsədilə beynəlxalq şirkət müəyyənləşdirilərək dəvət olunub və onun yaxın günlərdə ölkəmizə səfəri gözlənilir. Bu şirkət tərəfindən ətraf mühit, təhlükəsizlik və sağlamlıq məsələləri qiymətləndiriləcəkdir.
İclasda həmçinin aparılan monitorinqlərin nəticələrinə dair Komissiya üzvlərinin məruzələri dinlənilib.
Səhiyyə nazirinin müavini Nadir Zeynalov bildirib ki, Söyüdlü kənd və müəssisə ətrafında yerləşən yaşayış məntəqələrində müvafiq müayinələr və monitorinqlər aparılır.
Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov qeyd edib ki, Söyüdlü kəndində və ətraf ərazilərdə heyvan sağlamlığı, arıçılıq, bitkiçilik, bitki mühafizəsi və torpaq münbitliyi sahələrində monitorinqlər həyata keçirilib, kompleks müşahidələr aparılıb, örüş-otlaq sahələrinin və təsərrüfatların mövcud vəziyyəti qiymətləndirilib.
Baş nazir aparılan monitorinqlərin daha da sərtləşdirilməsi və mütəmadi qaydada keçirilməsi ilə bağlı tapşırıqlarını verib.
Ə.Əsədov Söyüdlüdə təbiətə, insanların sağlamlığına yaranmış təhlükəni nəzərə alaraq şirkətin fəaliyyətinin müvəqqəti olaraq dayandırılması ilə bağlı qərar qəbul etdiyini deyib.
Cəlb edilmiş beynəlxalq şirkət tərəfindən aparılacaq qiymətləndirilmənin nəticələrinə və veriləcək tövsiyələrə uyğun olaraq işini təşkil edəcəyi təqdirdə müəssisənin fəaliyyətinin bərpa edilməsi məsələsinə baxıla bilər.
Baş nazir qeyd edib ki, ərazidə fəaliyyət göstərən şirkət tərəfindən növbəti dövrdə istehsalatda müasir texnika və yeni texnologiyaların tətbiqi təmin edilməlidir.
Bildirilib ki, bu müddət ərzində müəssisə müəyyən edilən bütün nöqsanları aradan qaldırmalı, fəaliyyətini müvafiq qanunvericiliyin tələblərinə uyğun qurmalıdır, o cümlədən işçilər qarşısında sosial öhdəliklərini yerinə yetirməlidir.
Vurğulanıb ki, beynəlxalq şirkətlər cəlb edilməklə mövcud tullantı anbarı və gölün bəndinin dayanıqlığının yoxlanılması və istifadə imkanlarının qiymətləndirilməsi, həmçinin ərazidə fəaliyyət göstərən şirkətin sosial-korporativ öhdəlikləri çərçivəsində yerli icmalarla münasibətlərin yaxşılaşdırılması, habelə bütün digər məsələlərin həllində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi və Komissiyaya üzv olan dövlət qurumlarının iştirakı ilə əlaqələndirilmiş şəkildə ciddi və mütəmadi iş aparılmalıdır. Eyni zamanda Səhiyyə Nazirliyinə aidiyyəti üzrə daimi nəzarətin həyata keçirilməsi və kənd əhalisinin, o cümlədən müəssisədə çalışan əməkdaşların vaxtaşırı dispanzerizasiya onunmalarının təmin edilməsi ilə bağlı Səhiyyə Nazirliyinə göstəriş verilib.
Baş nazir Komissiya üzvlərinin yaxın günlərdə Söyüdlü kəndinə bir daha səfər etmələri ilə bağlı tapşırıq verib, kənd sakinlərinin müraciətlərinin ən ciddi şəkildə araşdırılmasının davam etdirilməsinin zəruriliyini vurğulayıb.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

“Cahan Şirkətlər Qrupu”nun təşəbbüsü ilə Naxçıvanda yaşayan şəhid ailələri azad edilmiş ərazilərə səfər ediblər
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
12 saat əvvəl
"Cəfər Cabbarlı" - "Nizami"ni birləşdirəcək tunel tikiləcək - Hazırlıq işlərinə başlanılır
- 12 saat əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
İlk 6 ayda Azərbaycanda 577 yol qəzası baş verib, 313 nəfər həlak olub
-
14 saat əvvəl
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” – Video
-
15 saat əvvəl
Azərbaycan şirkəti Özbəkistan və Qırğızıstana balıq yemi məhsulu ixrac edir
-
15 saat əvvəl
Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edə biləcəklər
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycandakı kiçik və orta biznesdən 48 milyard manatlıq dövriyyə
- 16 saat əvvəl
Son Xəbərlər

"Cəfər Cabbarlı" - "Nizami"ni birləşdirəcək tunel tikiləcək - Hazırlıq işlərinə başlanılır

PAŞA Bankın 40 milyonluq istiqrazlarına böyük maraq

“Cahan Şirkətlər Qrupu”nun təşəbbüsü ilə Naxçıvanda yaşayan şəhid ailələri azad edilmiş ərazilərə səfər ediblər

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Kapital Bank “İş dünyasının Oskarı”na layiq görüldü

Azərbaycandakı kiçik və orta biznesdən 48 milyard manatlıq dövriyyə
Ən çox oxunanlar

Azercell ilk 6 ayda 2,5 milyondan çox müraciət qəbul edib

Avqustun 15-də gözlənilən hava şəraiti açıqlanıb

Bank Yeni Gəncə filialının təmir-tikintisi üzrə tender elan edir

“PAŞA Bank”ın idarəetmə orqanlarına dair məsələlər müzakirə ediləcək

Qlobal bazarlar Tramp-Putin görüşünü gözləyir -GÜNƏ BAXIŞ

Ödəniş sektoru şirkətləri kapital tələbini pozurlar - MƏRKƏZİ BANK GÖSTƏRİŞLƏR VERDİ
