"Azərbaycan “Şahdəniz”dən aldığı və Rusiyadan idxal etdiyi qazı dayandıracaq"

“Abşeron” yatağında qaz hasilatına başlanıldı Gündəlik hasilat 4 milyon kubmetr qaz, 12 min barel kondensatdır Azərbaycanın energetika sektorunda daha bir mühüm hadisə baş verdi. “TotalEnergies” şirkəti və onun tərəfdaşı SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Xəzər dənizində, Bakıdan, təxminən, 100 kilometr cənubşərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi üzrə hasilata başlandığını elan etdi.
Xatırladaq ki, adıçəkilən yatağın ilk işlənmə mərhələsi sualtı hasilat quyusunu SOCAR-ın Neft Daşlarındakı mövcud qurğuları ilə əlaqəli yeni qaz emalı platformasına birləşdirir. Onun hasilat gücü gündəlik 4 milyon kubmetr qaz və 12 min barel kondensat təşkil edır. “Abşeron” qazının Azərbaycanın daxili bazarına satılacağı nəzərdə tutulur.
“Yataqların kəşfiyyatı üzrə mütəxəssislərimizin uğurunun nəticəsi olan “Abşeron” qaz yatağından hasilatın başlanmasını elan etməkdən məmnunuq. Bu layihə şirkətin artan qaz tələbatının ödənilməsi strategiyasına uyğundur və SOCAR şirkəti ilə tərəfdaşlığımızı gücləndirir”, – deyə “TotalEnergies”in kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terraz bildirib.
JOCAP (Absheron Petroleum Birgə Əməliyyat Şirkəti) tərəfindən idarə olunan layihədə TotalEnergies və SOCAR hər biri 50 faiz paya malikdir.
Yeri gəlmişkən, SOCAR-ın tərəfdaşlarından sayılan “TotalEnergies” şirkəti Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir. Şirkət “Abşeron” qaz-kondensat yatağında 50 faiz, Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri layihəsində isə 5 faiz paya sahibdir. Məlumat üçün bildiririk ki, “Abşeron” yatağı ötən əsrin 60-cı illərində Azərbaycan geoloqları tərəfindən kəşf edilib. O zaman mövcud texnika və texnologiyalar Xəzər dənizinin dərinliklərində qazma işlərinə imkan vermədiyindən yatağın istismarı mümkün olmayıb. Nəhayət, 1997-ci ildə “Abşeron” yatağı üzrə hasilatın pay bölgüsünə dair birinci beynəlxalq müqavilə imzalanıb. Layihə çərçivəsində görülən işlər uğursuz nəticələndiyindən 2005-ci ildə müqaviləyə xitam verilib. Bununla belə, Azərbaycan geoloqları, Azərbaycan Dövlət Neft Şirkətinin mütəxəssisləri “Abşeron” yatağında məhsuldar layların olması ilə bağlı fikirlərində israrlı idilər. Eyni zamanda, xarici tərəfdaşlar da burada kifayət qədər karbohidrogen ehtiyatlarının olmasına inanırdılar. Məhz bu inamın nəticəsi olaraq 2009-cu il fevralın 27-də Azərbaycan Dövlət Neft Şirkəti ilə “Total” şirkəti arasında “Abşeron” yatağı üzrə yeni müqavilə imzalanıb. 2015-ci ildə isə “SOCAR” və “Total” birgə “JOCAP” (-oined Operating Company Absheron Petroleum) əməliyyat şirkətini yaradıblar. Beləliklə, “SOCAR Absheron” və “Total E P Absheron” törəmə şirkətlərinin bərabər paylarla iştirak etdiyi JOCAP (-oined Operating Company Absheron Petroleum) birgə müəssisəsi “Abşeron” yatağının operatoru elan olunub. Müqavilənin 30 il müddətinə həyata keçirilməsi nəzərdə tutulur. 747 kvadratkilometr ərazini əhatə edən müqavilə sahəsində aparılan ilkin kəşfiyyat işləri uğurla nəticələnib. 2011-ci ilin sentyabr ayında “Abşeron”da çox böyük qaz ehtiyatlarının aşkar olunması rəsmən elan edilib.
2020-ci il sentyabrın 19-da isə “Abşeron” qaz-kondensat layihəsinin reallaşdırılması istiqamətində mühüm hadisə baş verib. Həmin gün Prezident İlham Əliyev Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib. Xatırladaq ki, “Abşeron” yatağında quraşdırılacaq dörd əsas dayaq bloku və digər sualtı qurğular SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən tikilib. Tikinti işlərinə ümumi çəkisi 10 min tona yaxın olan əsas və köməkçi dayaq bloklarının, körpülərin, estakadaların, məşəl sisteminin, sualtı qurğuların, boru xəttinin, modulların inşası və quraşdırılması daxildir. Xəzər dənizində, “Azəri–dıraq– Günəşli” yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşən “Abşeron” yatağının ehtiyatları 350 milyard kubmetr qaz və 100 milyon tona yaxın kondensat həcmində qiymətləndirilir. Elə bu zənginliyinə görə də “Abşeron” yatağının bir neçə mərhələdə işlənməsi nəzərdə tutulur. Yatağın işlənməsinin birinci mərhələsində ildə 1,5 milyard kubmetr qaz və 750 min ton kondensat hasilatı nəzərdə tutulur. Növbəti illərdə isə burada illik hasilatın ən azı 4 milyard kubmetrə qədər artırılacağı gözlənilir. Bütövlükdə isə, yatağın istismarı Azərbaycanın təbii qaza artmaqda olan daxili tələbatının təmin edilməsinə əhəmiyyətli töhfə verəcək. Yeri gəlmişkən, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) bir qədər əvvəl açıqladığı hesabatında bildirilirdi ki, “Şahdəniz” və “Abşeron” yataqları 2023-cü ildə Azərbaycanda maye karbohidrogen hasilatının artımının təkanverici qüvvələri olacaq. Hesabatda o da qeyd olunurdu ki, Azərbaycanın köhnə yataqlarında hasilatın əsas azalmasının digər yataqlar hesabına kompensasiya olunacağı gözlənilir. Bu artımın isə, əsasən, “Şahdəniz” və “Abşeron” yataqları hesabına baş verəcəyi proqnozlaşdırılır. Göründüyü kimi, “Abşeron” yatağının karbohidrogenlərlə zənginliyi artıq beynəlxalq səviyyədə də qəbul olunur.
İlham ŞABAN, Neft Araşdırmaları Mərkəzinin rəhbəri:
“Abşeron” yatağından ilk qazın əldə edilməsi Azərbaycan üçün son dərəcə əhəmiyyətli bir hadisədir. Özü də bunun dünya enerji bazarı üçün heç də yaxşı olmayan dövrə təsadüf etməsi ikiqat əlamətdardır. Düzdür, ötən illə müqayisədə müəyyən irəliləyişlər müşahidə olunsa da, ancaq bu gərginlik, hələlik, qalmaqdadır. Belə olan təqdirdə Azərbaycan dünyanın enerji bazarında davam edən gərginliyin aradan qaldırılması üçün yeni bir şans qazanır. “Abşeron” yatağının ilkin işlənmə mərhələsi çərçivəsində çıxarılacaq qaz bütünlüklə Azərbaycan bazarına daxil olacaq. Bu da ildə 1,5 milyard kubmetr “mavi yanacaq” deməkdir. Bununla da, ölkəmiz özünün qaza olan tələbatının ödənilməsi üçün “Şahdəniz” yatağından aldığı, eləcə də qısa müddətli sazişlər əsasında Rusiyadan idxal etdiyi qazı dayandıracaq. Əvəzində isə, bu həcmdə qaz Avropa və Türkiyədəki istehlakçıların tələbatının ödənilməsinə yönəldiləcək. Yəni, əgər biz bu il üçün cari proqnozlara baxsaq, görərik ki, Azərbaycan qaz satışını Avropaya təqribən 500 milyon kubmetr, Türkiyəyə isə 1 milyard kubmetr artırmağı planlaşdırır. “Abşeron” yatağının ilkin işlənmə mərhələsi çərçivəsində də elə bu qədər– ildə 1,5 milyard kubmetr qaz hasil olunacaq. Bu resursların isə bir-birini tamamlamağı özlüyündə maraqlı görünməyə bilməz. Digər tərəfdən isə, növbəti 1-2 ildə Azərbaycan “Azəri-dıraq-Günəşli” yataqlar blokunun dərin qatlarından qaz hasilatına başlayacaq. Bununla da, “Abşeron” yatağının birinci mərhələsindən daha çox qaz çıxarmağa nail olunacaq. dünki ilkin araşdırmalar ona dəlalət edir ki, orada qazılacaq 2 istismar quyusunun hər biri, ən azı, 1 milyard kubmetr qaz çıxarmağa imkan yaradacaq. Beləliklə də, Cənub Qaz Dəhlizi öz resurslarını Azərbaycan qazının ixracı hesabına mərhələli şəkildə tam təmin edə bilər.
© Mirbağır, Yaqubzadə, “Xalq qəzeti”
Müştərilərin xəbərləri

“Cahan Şirkətlər Qrupu”nun təşəbbüsü ilə Naxçıvanda yaşayan şəhid ailələri azad edilmiş ərazilərə səfər ediblər
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
14 saat əvvəl
"Cəfər Cabbarlı" - "Nizami"ni birləşdirəcək tunel tikiləcək - Hazırlıq işlərinə başlanılır
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
İlk 6 ayda Azərbaycanda 577 yol qəzası baş verib, 313 nəfər həlak olub
-
16 saat əvvəl
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” – Video
-
16 saat əvvəl
Azərbaycan şirkəti Özbəkistan və Qırğızıstana balıq yemi məhsulu ixrac edir
-
16 saat əvvəl
Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edə biləcəklər
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycandakı kiçik və orta biznesdən 48 milyard manatlıq dövriyyə
- 18 saat əvvəl
Son Xəbərlər

"Cəfər Cabbarlı" - "Nizami"ni birləşdirəcək tunel tikiləcək - Hazırlıq işlərinə başlanılır

PAŞA Bankın 40 milyonluq istiqrazlarına böyük maraq

“Cahan Şirkətlər Qrupu”nun təşəbbüsü ilə Naxçıvanda yaşayan şəhid ailələri azad edilmiş ərazilərə səfər ediblər

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Kapital Bank “İş dünyasının Oskarı”na layiq görüldü

Azərbaycandakı kiçik və orta biznesdən 48 milyard manatlıq dövriyyə
Ən çox oxunanlar

Azercell ilk 6 ayda 2,5 milyondan çox müraciət qəbul edib

Avqustun 15-də gözlənilən hava şəraiti açıqlanıb

Bank Yeni Gəncə filialının təmir-tikintisi üzrə tender elan edir

“PAŞA Bank”ın idarəetmə orqanlarına dair məsələlər müzakirə ediləcək

Qlobal bazarlar Tramp-Putin görüşünü gözləyir -GÜNƏ BAXIŞ

Ödəniş sektoru şirkətləri kapital tələbini pozurlar - MƏRKƏZİ BANK GÖSTƏRİŞLƏR VERDİ
