7 şirkət texnologiyalar parkının rezidenti oldu
Texnologiyalar parkının rezidenti olaraq texnoparkdan kənar fəaliyyət üçün ilk qeydiyyat şəhadətnamələri təqdim edildi!İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən sistem inteqrasiyası və proqram təminatının hazırlanması və inkişafı sahələrində fəaliyyət göstərən 7 şirkətə texnologiyalar parkının (texnoparkdan kənar) rezidenti olaraq fəaliyyət göstərmələri üçün texnoparkın qeydiyyat şəhadətnaməsi verilib.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində 1 mart 2023-cü il tarixində keçirilmiş təqdimat mərasimində İdarə Heyətinin sədr müavini Rəşad Xalıqov şirkət rəhbərlərinə texnologiyalar parkının rezidenti olaraq texnoparkdan kənar fəaliyyəti özündə əks etdirən “Qeydiyyat Şəhadətnaməsi”ni təqdim edib. Bu şirkətlər rezident olmaqla 10 il müddətində gəlir və mənfəət vergisi, dividend, əmlak, torpaq vergisindən azad olunacaqlar. Eyni zamanda sosial sığorta ödənişi üçün təqdim edilən güzəşt və seçim imkanlarından yararlana biləcəklər. Həmin şirkətlərdə əmək fəaliyyətinə cəlb edilən informasiya və kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan əcnəbi mütəxəssislərə iş icazəsinin alınması tələb olunmayacaq.
Qeyd edək ki, normativ aktlara edilmiş bir sıra əlavə və dəyişikliklərə əsasən sistem inteqrasiyası və (və ya) proqram təminatının hazırlanması və inkişafı sahəsində texnoparkdan kənar fəaliyyət göstərən rezidentlər texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq - 10 il müddətinə:
-bir sıra vergilərdən (gəlir və mənfəət vergisi, dividend, əmlak, torpaq) azad olunurlar.
-gəlir vergisində bir sıra güzəştlərdən yararlanacaqlar: 8000 manatadək olduqda 0 faiz, 8000 manatdan çox olan məbləğin 5 faizi, 01.01.2026-cı ildən 7 il müddətinə isə gəlirin 5%-i həcmində ödəniləcək.
-2023-cü ilin yanvarın 1-dən 10 il müdətində seçimlərindən (rezident və əməkdaşları) asılı olaraq məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından və ya muzdlu işdən əldə edilən gəlirlərdən ödəniləcək.
-texnoparkdan kənar fəaliyyət göstərmək üçün cəlb olunan əcnəbi mütəxəssislərə iş icazəsinin alınması tələb olunmayacaq.
Texnologiyalar parkının rezidenti olaraq texnoparkdan kənar fəaliyyəti üçün proqram təminatı və sistem inteqrasiyası üzrə fəaliyyət göstərən fiziki və hüquqi şəxslər idda.az saytına daxil olaraq müraciət edə bilərlər.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs yaradılmışdır.
Agentliyin əsas məqsədi, ölkədə rəqəmsal sahənin inkişafına töhfə vermək, rəqəmsal transformasiya və innovasiya sahəsində fəaliyyətini təşkil etmək, nüvə elmi və texnologiyalarının sınaq təcrübəsini aparmaq, fiziki və hüquqi şəxslərə innovasiya yönümlü elmi-tədqiqatlarına və innovativ layihələrinə (Startapları) maliyyə dəstəyi vermək, müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 həftə sonra
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
- 6 gün sonra
-
- 4 gün sonra
- 11 d. əvvəl
- 13 d. əvvəl
-
22 d. əvvəl
Goranboydakı “Süd Bulağı” MMC xarici bazarlara çıxmaq istəyir
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycanda turizm sahəsində yeni subsidiya mexanizmləri tətbiq ediləcək
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
ABDF ilk 6 ayda sahibkarlara 136,5 milyon manat güzəştli kredit verib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Pul lazımdır? - 500 MANAT ÜÇÜN AYDA 25 MANAT ÖDƏ ®
Təhsil işçiləri üçün sərfəli kredit kampaniyası başladı
Rəsmi məzənnələr açıqlandı
Porsche-nin satışı son 6 ilin ən aşağı səviyyəsinə düşüb
Ukrayna Azərbaycan karbamidinin əsas alıcısıdır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
6 ayda 2242 nəfərə ipoteka krediti verilib
Süni intellekt üçün internet Bakcelldən
Cənubi Koreya və Yaponiya uşaq sayının ən az olduğu ölkələrdir






















