“PAŞA Həyat” 2022-ci ilin maliyyə göstəricilərini açıqladı - YENİ REKORD
Ölkənin lider həyat sığortası şirkəti olan “PAŞA Həyat Sığorta” ASC 2022-ci ilin beynəlxalq standartlara uyğun hazırlanmış maliyyə hesabatlarını ictimaiyyətə açıqlayıb.
Şirkətin yaydığı press-relizdə bildirilir ki, 2022-ci ildə PAŞA Həyat yığımlarına görə sığorta bazarı iştirakçıları arasında birinci yerdə qərarlaşıb. Şirkət ölkənin sığorta bazarında bütün məhsulları üzrə 407 milyon manat sığorta yığımları əldə edərək, bazarda yeni rekord nəticəyə imza atmaqla öz rekordunu yeniləyib.
Eyni zamanda, şirkət müştərilərinə 221 milyon AZN sığorta ödənişi həyata keçirib. Bu da öz növbəsində 2021-ci il üzrə illik göstəricidən 17% daha çoxdur.
Məlumatda qeyd edilib ki, audit olunmamış ilkin göstəricilərə əsasən, PAŞA Həyat 2022-ci ili 24 milyon manat cəmi məcmu gəlirlə başa vurub. Şirkətin məcmu kapitalı 70 milyon AZN, məcmu öhdəlikləri isə 492 milyon AZN təşkil edib.
Dayanıqlı şirkətlərdən olan PAŞA Həyat-ın məcmu aktivləri 2022-ci ilin 31 dekabr tarixinə 562 milyon manat təşkil edib.
"Daim müştərilərə ən yaxşı xidmət və rəqəmsal həllər təqdim etmək üzərində çalışan PAŞA Həyat 2021-ci ildən etibarən yeni Rəqəmsal Transformasiya strategiyanı tətbiq edir. Şirkət ötən il ərzində yeni proseslər icra edərək yeni məhsulların yaradılması, Data Analitika, Agile idarəetmə, digər biznes proseslərin optimizasiyası istiqamətində bir çox layihələr həyata keçirib. İşçilərinə xüsusi diqqət ayıran şirkət peşəkar korporativ mədəniyyətin qorunmasını və daha da təkmilləşdirilməsini təmin etmək məqsədilə beynəlxalq konsaltinq şirkəti olan “Willis Towers Watson”un dəstəyilə “Employee Engagement” sorğusu keçirmişdir",- press-relizdə bildirilir.
Əlavə edilib ki, rəqəmsallaşma istiqamətində görülən işlərin nəticəsi olaraq 2022-ci ildə PAŞA Həyat "NETTY2022" Azərbaycanın Milli internet mükafatının 17-ci mükafatlandırma mərasimində "Maliyyə və Banklar" kategoriyası üzrə "İlin ən yaxşı Vebsaytı" nominasiyası üzrə qalib olub. Həmçinin innovativ və müştəri təcrübəsinə əsaslanan mobil tətbiqin hazırlanması sürətlə davam edir və 2023-cü ilin əvvəlində ilkin versiyanın müştərilərə təqdim edilməsi planlaşdırılır.
"Mövcud dövrdə seçim əlbəttə ki, etibarlı və dayanıqlı həyat sığorta şirkətindən yana olmalıdır. İstənilən durumda sizin vəsaitiniz əminliklə qorunmalı və sizə gəlir gətirməlidir. Bunun üçün PAŞA Həyat ən doğru seçimdir",- məlumatda qeyd edilib.
Lider sığorta şirkəti - “PAŞA Həyat Sığorta” ASC 2010-ci ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2022-ci il tarixinə şirkətin məcmu aktivləri 562 mln. AZN təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, yığım tərkibli “Həyatın yaşam sığortası” məhsullarını təklif edir.
Müştərilərin xəbərləri
“ZƏKA” Milli Süni İntellekt Mükafatı təqdim olunacaq - MÜRACİƏTLƏRİN QƏBULUNA TEZLİKLƏ START VERİLƏCƏK
SON XƏBƏRLƏR
- 2 gün sonra
-
1 gün sonra
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
-
16 saat sonra
Daha ağıllı, daha sürətli və daha yaxşı ticarət edin - Hesabınızı açın
-
- 4 d. əvvəl
-
21 d. əvvəl
Neft, Trampın “ABŞ İranı sərt vuracaq” açıqlamasından sonra 7% bahalaşıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
İlon Mask X-i maliyyə platformasına çevirir: “X Money” istifadəyə verildi
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Trampdan İrana yeni təhdid - “Onları sərt şəkildə vuracağıq, ağır zərbə alacaqlar”
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
FED faiz qərarını açıqladı
“ZƏKA” Milli Süni İntellekt Mükafatı təqdim olunacaq - MÜRACİƏTLƏRİN QƏBULUNA TEZLİKLƏ START VERİLƏCƏK
Azərbaycanda avtomobil kreditlərinin orta faizi yüksəlib
Ən çox oxunanlar
Taleh Kazımov bankların rəhbər şəxsləri ilə görüşüb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Əmlak bazarında qiymət sıçrayışı: Yasamal artımda liderdir
Kredit bazarında "qırmızı işıq": Gecikmiş borclar 37% artıb
"TuranBank" Beynəlxalq İslami Ticarət Maliyyə Korporasiyasından 2 milyon dollar da cəlb edib









.webp)










