Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - MƏBLƏĞ

7 fevral 2023-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 50 milyon manatlıq Dövlət Qısamüddətli İstiqrazları (DQİ) üzrə hərrac keçiriləcəkdir.
Birjanın yaydığı məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri:
Dövlət istiqrazının növü: Diskontlu, qısamüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN kodu: AZ0101030028
Emissiya həcmi: 50 000 000 manat
Nominal dəyəri: 100 manat
İstiqrazların tədavül müddəti: 364 gün
Ödəmə tarixi: 06.02.2024
Anderrayter: Paşa Kapital İŞ QSC
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.
Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 17 saat əvvəl
- 20 saat əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 20 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
22 saat əvvəl
Avropa Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasını alqışlayır
-
23 saat əvvəl
İlham Əliyev: ABŞ-ın “EXIM Bank”ı ilə maliyyə məsələləri müzakirə olunur
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
"Əminəm ki, “Exxon” və SOCAR arasındakı Anlaşma Memorandumu əhəmiyyətli layihə ilə nəticələnəcək"
-
1 gün əvvəl
Tramp: Siz böyük lidersiniz. Əliyev: Böyük lider mənim yanımda əyləşib
Son Xəbərlər

SALOĞLU-nun Fabrik qiymətinə kampaniyasında son 5 gün

Azərbaycan neftinin son qiyməti

Sabahın hava proqnozu açıqlanıb

İlham Əliyevin ABŞ-a səfərinin 8 mühüm nəticəsi - SİYAHI

Tramp və Putin avqustun 15-i Alyaskada görüşəcək

"Bu, pul gətirir, iş yerləri yaradır, siyasi təsir yaradır"
Ən çox oxunanlar

"Əminəm ki, “Exxon” və SOCAR arasındakı Anlaşma Memorandumu əhəmiyyətli layihə ilə nəticələnəcək"

Birgə Bəyannamənin TAM MƏTNİ

Prezidenti İlham Əliyev: Bu gün biz sülh sazişinə start veririk

Zəngəzur dəhlizi “Tramp Rifah və Sülh Marşrutu” adlandırılacaq
