Bank Respublika və IFC sahibkarlığın dəstəklənməsi üçün iri həcmli kredit sazişi imzalayıb
(®) Azərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından biri olan Bank Respublika, uğurlu fəaliyyəti sayəsində nəhəng beynəlxalq qurumlardan maliyyə vəsaitləri cəlb etməyə davam edir.
Bank bu dəfə, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə Azərbaycanda kiçik sahibkarlığın, eləcə də qadın sahibkarlığının dəstəklənməsi məqsədilə 40 milyon ABŞ dolları həcmində kredit sazişi imzalayıb. Qeyd edək ki, bu, son illər beynəlxalq maliyyə təşkilatları ilə Azərbaycan bankları arasında imzalanan ən böyük kredit müqavilələrindən biridir.
Layihə IFC-nin Qadın sahibkarları üçün maliyyə təşəbbüsü və Qadın sahibkarları üçün imkanlar proqramı tərəfindən dəstəklənir. Layihənin əsas məqsədi post-pandemiya dövründə iqtisadi fəallığı təşviq etməklə, bank tərəfindən mikro, kiçik və orta sahibkarların (MKOS-ların), o cümlədən qadın sahibkarların kreditləşməsini genişləndirməkdir.
“Bankımızın fəaliyyət strategiyasında real sektorun, xüsusən də mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi əsas hədəf olduğundan, bu sahənin inkişafına xüsusi diqqət göstəririk. Əminik ki, dünyanın aparıcı maliyyə qurumlarından olan IFC-nin strategiyamıza inam göstərərək dəstəkləməsi, “Bank Respublika”nın qarşıya qoyduğu hədəflərə uğurla çatmasında öz müsbət töhfəsini verəcək,” – deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.
“Qlobal miqyasda pandemiya məhz kiçik bizneslərə, xüsusilə qadın sahibkarlarına daha ciddi təsir göstərdi. Azərbaycan da burada istisna deyil. IFC-nin maliyyə paketi “Bank Respublika”ya bu zəruri biznesləri dəstəkləməyə kömək edəcək, o cümlədən maliyyə sektorunun dayanıqlığını artırmağa və post-pandemiya dövründə iqtisadiyyatı canlandırmaq səylərini möhkəmləndirməyə öz töhfəsini verəcək,” – IFC-nin Avropa üzrə regional direktoru Rəna Karadşeh qeyd edib.
IFC-nin ayırdığı maliyyə vəsaitləri, MKOS-lar üçün maliyyə əlçatanlığını və iqtisadiyyatın rəqabətə davamlılığını artırmaq kimi məqsədlər güdən Dünya Bankı Qrupunun Azərbaycan üzrə strategiyasına uyğundur. O, həmçinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də yer alan kiçik biznesləri dəstəkləyərək iqtisadi artımı sürətləndirmək və iş yerlərin yaradılmasını təşviq etmək kimi vəzifələrlə uzlaşır.
Azərbaycan 1995 ildən etibarən Beynəlxalq Maliyyə Korporasiyasının üzvüdür. Ötən dövr ərzində IFC Azərbaycanın maliyyə xidmətləri, infrastruktur və sənaye kimi bir sıra iqtisadi sahələrində icra edilmiş layihələrə 500 milyon ABŞ dollarına yaxın (o cümlədən digər kreditorlardan cəlb edilmiş 73 milyon dollar) məbləğində investisiyalar edib. Bundan əlavə, IFC ticarətin maliyyələşdirilməsi proqramı vasitəsilə təxminən 100 milyon dolları məbləğində ticarət dövriyyəsini dəstəkləyib və Bakı – Tbilisi – Ceyhan boru kəmərinin inşa edilməsinə 250 milyon dollar ayırıb. IFC həmçinin özəl bölmənin inkişafını dəstəkləmək məqsədilə müxtəlif məsləhət xidmətləri layihələrini icra edib.
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Dünya Bankı Qrupunun üzvü və inkişafda olan iqtisadiyyatlarda özəl sektorun artımına fokuslanmış ən iri inkişaf təşkilatıdır. Biz 100-dən çox ölkədə işləyir, kapital, təcrübə və təsirimizdən yararlanaraq inkişafda olan ölkələrdə yeni bazarlar və imkanlar yaradırıq. 2022-ci maliyyə ilində inkişafda olan ölkələrdəki özəl şirkətlərə və maliyyə müəssisələrinə 32.8 milyard ABŞ dolları məbləğində rekord maliyyə ayırmış, iqtisadiyyatlar qlobal mürəkkəbləşmə böhranlarının təsirləri ilə mübarizə apararkən, ifrat yoxsulluğa son qoymaq və ümumi rifahı artırmaq üçün özəl sektorun gücündən istifadə etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
6 saat əvvəl
Tramp: “Düşünürəm ki, İranla müharibə böyük ölçüdə başa çatıb”
-
-
17 saat əvvəl
"İran Azərbaycan, Kipr və Türkiyə ərazilərinə heç bir zərbə endirməyib"
-
18 saat əvvəl
Orban Macarıstanın Müdafiə və Enerji Təhlükəsizliyi şuralarının iclasını çağırdı
-
18 saat əvvəl
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Neftin qiyməti təxminən 30%-lik sıçrayışdan sonra yavaşlayıb
- 20 saat əvvəl
-
21 saat əvvəl
"Əgər neftin qiymətinin 200 dolları keçməsinə dözə bilirsinizsə, bu oyunu davam etdirin”
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: “Düşünürəm ki, İranla müharibə böyük ölçüdə başa çatıb”
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib
Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşlar bərpa edilib
Neftin qiyməti təxminən 30%-lik sıçrayışdan sonra yavaşlayıb
Ən çox oxunanlar
Avropada qazın qiyməti 1000 kubmetr üçün 800 dolları keçib
"Əgər neftin qiymətinin 200 dolları keçməsinə dözə bilirsinizsə, bu oyunu davam etdirin”
G7 ölkələri neft ilə bağlı təcili tədbir hazırlayır
Soya yağı və buğda qiymətlərində artım
Bazarlar sarsıldı - Neft 116 dolları keçdi
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir
Küveyt neft istehsalını azaltmağa məcbur oldu






















