Dollar ilə bağlı kritik məlumatlar açıqlanacaq
Bu gün Bakı vaxtı ilə saat 16:30-da investorların bir həftədir böyük maraqla gözlədikləri, Amerikanın əmək bazarı ilə bağlı statistik məlumatlar açıqlanacaqdır
Amerikanın əmək bazarında internet texnologiyaları sahəsində ixtisaslaşan kommersiya təşkilatının (ing.: "Automatic Data Processing, ADP") cümə axşamı yayımladığı məlumatlarda ABŞ-da qeyri-kənd təsərrüfatı sahələrində məşğulların sayı iyun ayında 158 000 nəfər artıb. Bu isə may ayının 230 000 nəfərlik artım sayından və maliyyə bazarlarında gözlənilən 185 000 nəfərlik artım sayında çox aşağıdır. Beləliklə, göstərici cari ilin minimum səviyyəsinə kimi azalmaqla yanaşı, Amerikanın əmək bazarında müşahidə edilən yaxşılaşmanın dinamikasında da azalmanı göstərir.
100 000 $ VİRTUAL PUL İLƏ FOREX-DƏ TİCARƏT ET, TƏCRÜBƏ QAZAN
Cümə axşamı açıqlanan "ADP" göstəricisi hökümətin bu gün açıqlamalı olacağı məlumatdan (işsizlik və qeyri-kənd təsərrüfatı sahələrində işləyənlərin sayında dəyişiklik göstəricisi (ing.: "Nonfarm Payrolls, NFP") 1-2 gün öncə dərc olunur və investorlar üçün yaxşı proqnoz hesab olunur. Maliyyə bazarlarında isə mütəxəssislər ABŞ-ın qeyri-kənd təsərrüfatı sahələrində iş tapanların sayında (ing.: "NFP") artımın iyun ayında 179 000 nəfər olacağını proqnozlaşdırırlar. May ayında isə "NFP" üzrə artım 138 000 nəfər olmuşdur. Ümumiyyətlə, Amerikanın işsizlik səviyyəsi son 16 ilin minimum səviyyəsinə kimi azalsa da, iş yerlərinin artım dinamikası keçən ilin iyun ayından etibarən 292 00 nəfərdən 11 000 nəfərə kimi azalıb. Bu göstərici hətta 2015-ci ilin noyabr ayında 353 000 nəfərə çatırdı.
Beləliklə, son müddət Amerika iqtisadiyyatında inflyasiyanın FED-in 2%-lik hədəfindən uzaqlaşması ilə bərabər, yeganə müsbət tendensiya müşahidə edilən işsizlik səviyyəsi fonunda şübhələr də arta bilər. Lakin yenə də bu gün açıqlanacaq əmək bazarı ilə bağlı rəsmi statistik məlumatları gözləmək və sürprizlərə hazır olmaq lazımdır.
Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiyməti gözlənildiyi kimi ucuzlaşmaqda davam edir. Belə ki, dollar indeksi cari həftə ərzində 1.0%-ə kimi ucuzlaşıb. Foreks bazarlarında dolların ucuzlaşması, avronun da 1.1424$-a kimi bahalaşmasına təsir edib və yenidən 1.1445$ kimi bahalaşarsa, əlavə olaraq 1.1540$-a kimi də bahalaşacağı proqnozlaşdırılır.
© İnvestAZ
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 d. əvvəl
- 5 d. əvvəl
-
-
38 d. əvvəl
Ziraat Bank Azərbaycan çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir ®
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan-Rusiya ticarətində ciddi geriləmə - İdxal təxminən 1 milyard dollar azalıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ərzaq idxalı 1,83 milyard dollara çatıb – ümumi idxal azalsa da, ərzaq artır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Fiziki şəxslər xarici ticarətdən sürətlə çəkilir – say 16,6 min azalıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycan neftinin qiyməti 128 dolları keçib
İran müharibəsinin Pentaqona xərci 38 milyard dollara çatıb
Azərbaycanın Hindistana ümumi ixracı 249 dəfə artıb
Azərbaycan idxalının dörddə biri Çindən gəlir
Ən çox oxunanlar
Meyvə-tərəvəz ixracı 637 milyon dolları keçib
Azərbaycan eyni həcmdə qaza görə daha az gəlir əldə edib
Azərbaycanın xarici ticarət profisiti 5 dəfədən çox artıb – 8 ayda 10,4 milyard dollarlıq müsbət saldo
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid avtomobillərin gətirilməsi 60%-dən çox düşüb

























