"Unicapital" bazarların həftəlik analitikasını təqdim edir
"Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi bazarların həftəlik analitikasını təqdim edir:
Daxili bazar
16 dekabr tarixində AR Mərkəzi Bankı faiz dəhlizinin parametrləri ilə bağlı bu ilin son iclasını keçirdi. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25% bəndi artırılaraq 8.25%-ə, faiz dəhlizinin aşağı həddi 1.25 faiz bəndi artırılaraq 6.25%-ə qaldırılmış, faiz dəhlizinin yuxarı həddi 9.25% səviyyəsində dəyişməz saxlanılmışdır.
Faiz artımı qərarına əsas səbəb olan amil inflyasiyanın yüksək olaraq qalmasıdır. Qeyd edək ki, Azərbaycanda inflyasiya artaraq 13.7%-dən 13.8%-ə yüksəlmişdir. İdxal qiymətlərinin artım tempi 22% təşkil etmişdir. Ərzaq məhsullarında inflyasiya 20.8%, noyabrdan-noyabra ümumi bahalaşma isə 15,1% olub. AR Mərkəzi Bankının verdiyi məlumata əsasən inflyasiya əvvəlki ayda pik həddə (15.6%) çatmış və bundan sonra onun düşmə istiqamətində hərəkət edəcəyi gözlənilir. 2023-cü il üzrə inflyasiya proqnozunun təkrəqəmli səviyyədə olmasına baxmayaraq, inflyasiya mühiti ilə bağlı qeyrimüəyyənliklər yüksək qalır.
Ötən həftə Azərbaycanda ÜDM artım məlumatı açıqlandı. 2022-ci ilin yanvar-noyabr aylarında ölkədə 121,4 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,8% çox ümumi daxili məhsul istehsal olunmuşdur. Əhalinin hər nəfərinə düşən ÜDM 12 min 64,2 manata bərabər olmuşdur.
Ötən həftə AR Mərkəzi Bankının not hərraclarında gəlirliliklərdə əsaslı artım müşahidə edilmişdir. Belə ki, bundan öncəki hərraclarla müqayisədə orta ölçülmüş Əmtəə Bazarları Son Həftəlik↑↓ İlin əvvəli↑↓ Neft WTI 74,29 4,60% -2,35% Neft Brent 79,98 5,22% 2,02% Qızıl 1791,34 0,23% -0,56% Gümüs 23,14 -0,56% 1,05% Azərbaycana aid avrobondlar (Gəlirlilik) 2 illik vs 10 illik ABŞ xəzinə istiqrazları Gəlirlilik əyriləri (İnkişaf etmiş ölkələr) gəlirliliklər 3.78%-5.94% aralığından 4.12%-6.69% aralığına dəyişdi. 168 və 252 günlük not hərraclarında gəlirliliklər müvafiq olaraq, 5.28%-dən 6.14%-ə və 5.94%- dən 6.69%-ə yüksəldi.
Bu həftə AR Maliyyə Nazirliyi 200 milyon AZN həcmində 1 illik və 150 milyon AZN həcmində 3 illik istiqraz hərracı keçirəcək. Bu alətlərdə də faizlərin artımı ehtimal edilir.
Xarici bazar
Ötən həftə ABŞ-da inflyasiya gözləntilərdən aşağı, 7.1% açıqlandı. Ötən ay inflyasiya 7.7% olmuşdu və analitiklər bu göstəricinin 7.3%-ə azalacağını proqnoz etmişdilər. Ərzaq qiymətlərində artım olsa da, enerji qiymətlərindəki azalma inflyasiyaya azaldıcı təsir göstərib.
14 dekabr tarixində ABŞ Federal Ehtiyatlar Sistemi faiz qərarını açıqladı. Azalan inflyasiya fonunda FES 0.75% artımlarını səngidərək bu dəfə faizləri 0.50% artırdı və faizlər 3.75%-4.00%-dən 4.25%-4.50%-ə yüksəldildi. Xatırladaq ki, FES ardıcıl 4 dəfə 0.75% faiz artımı etmişdi.
Avropa Mərkəzi Bankı da keçən həftə uçot faiz dərəcəsini 0.50% artırmaq barədə qərarını verdi, faizlər 2.00%-dən 2.50%-ə dəyişdirildi.
Avrozonada illik inflyasiya 0.1% artaraq 10.0%-dən 10.1%- ə çatıb. Bloomberg analitikləri Avrozonada inflyasiyanın dəyişməz olaraq, 10.0% qalacağını proqnoz etmişdilər.
Həftəlik analitikanı "Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi təqdim etdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
2 həftə sonra
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
-
11 saat sonra
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
-
- 9 saat sonra
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bir ton qarğıdalının orta idxal dəyəri 378 dollardan 470 dollara yüksəlib
-
3 saat əvvəl
140-dan çox ölkəyə anında beynəlxalq pul köçürmələri - KOMİSSİYASIZ
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan və “Limak Group” investisiya layihələrinin həyata keçirilməsini nəzərdən keçirir
-
5 saat əvvəl
Bitki və heyvan mənşəli yağların idxalı 136 milyon dollara yaxınlaşıb
-
5 saat əvvəl
PAŞA Bankın “ZirvədəSən 2026” ödənişli təcrübə proqramına start verildi
- 5 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Pul lazımdır? - 500 MANAT ÜÇÜN AYDA 25 MANAT ÖDƏ ®
140-dan çox ölkəyə anında beynəlxalq pul köçürmələri - KOMİSSİYASIZ
Avrozonada 7,8 milyard avroluq ticarət kəsiri
Azərbaycan daha az buğda idxal edib, amma daha çox pul xərcləyib
Azərbaycana çay idxalı azalıb – 6 ayda 40 milyon dollara yaxın xərc
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kərə yağı idxalında geriləmə – Orta dəyər də aşağı düşüb
Azərbaycana ət idxalı 20% bahalaşıb – 6 ayda 57 milyon dollara yaxın vəsait xərclənib
Azərbaycanda idxal 3,2 milyard dollar azalıb – maşın və avadanlıqların alınmasına 2 milyard dollar xərclənib




















