"Dövlət büdcəsi xərclərinin artması daxili tələbi stimullaşdıran əsas amillərdən biridir"
2022-ci ilin 11 ayında dövlət büdcəsi xərclərinin 16.4% artması daxili tələbi stimullaşdıran əsas amillərdən biri olmuşdur.
Marja.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının "Faiz dəhlizinin parametrləri haqqında" press-relizində bildirilir.
Qeyd edilib ki, rəsmi və alternativ statistika iqtisadi aktivliyin yüksək olaraq qaldığını göstərir:
"2022-ci ilin 11 ayında ümumi daxili məhsul real ifadədə 4.8%, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 9.2% artmışdır.
Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqinin nəticələrinə görə noyabrda əvvəlki aya nəzərən qeyri-neft-qaz sənayesi müəssisələrində faktiki istehsal və istehsal güclərinin yüklənməsi səviyyəsi yüksəlmişdir.
İqtisadi artıma daxili tələbin həm istehlak, həm də investisiya komponentləri dəstək verir. 2022-ci ilin 11 ayında ötən ilin eyni dövrünə nəzərən pərakəndə ticarət dövriyyəsi 3%, qeyri-neft-qaz investisiyalarının həcmi isə 24.5% artmışdır. Bu dövrdə dövlət büdcəsi xərclərinin 16.4% artması daxili tələbi stimullaşdıran əsas amillərdən biri olmuşdur".
Xəbər verdiyimiz kimi, 16 Dekabr 2022-ci il tarixində ictimaiyyətə açıqlanan məlumata görə, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25% bəndi artırılaraq 8.25%-ə, faiz dəhlizinin aşağı həddi 1.25 faiz bəndi artırılaraq 6.25%-ə qaldırılmış, faiz dəhlizinin yuxarı həddi 9.25% səviyyəsində dəyişməz saxlanılmışdır.
"Dünya ərzaq qiymətlərindəki azalma dinamikası, ticarət tərəfdaşlarında inflyasiyanın nisbətən səngiməsi ölkədə inflyasiya səviyyəsinə zaman intervalı ilə təsir edir. Son 2 ayda faktiki illik inflyasiya sabitləşsə də hələ də ikirəqəmli olaraq qalir. Növbəti il üzrə inflyasiya mühiti ilə bağlı qeyri-müəyyənliklər yüksəkdir. Cari ilin sonuna pul bazasının ikirəqəmli səviyyədə artımı proqnozlaşdırılır. Bu şəraitdə məcmu tələbin izafi genişlənməsini məhdudlaşdırmaq üçün pul siyasətinin sərtləşdirilməsi məqsədəuyğun sayılmışdır. Maliyyə sektorunda likvidliyin idarə olunması və faiz dəhlizinin parametrlərinin qisamüddətli pul bazarında faiz dərəcələrinə təsirlərinin gücləndirilməsi məqsədilə faiz dəhlizinin eninin daraldırılması istiqamətində qərar qəbul olunmuşdur. Faiz dəhlizin parametrlərinin dəyişdirilməsi eyni zamanda milli valyutada yığımların cəlbediciliyini qorumağa xidmət edir.
Pul siyasətinin sərtləşdirilməsi tempi, səviyyəsi və bu səviyyədə qalma müddəti qarşıdakı dövrdə illik inflyasiya göstəricilərindəki dinamikadan və yenilənmiş proqnozlardan asılı olacaqdır. İllik inflyasiya göstəricilərinin və proqnozlarının azalması halında ilk olaraq pul siyasətinin sərtləşdirilməsi üzrə pauza və sonra onun azaldılması imkanları nəzərdən keçiriləcəkdir",- Mərkəzi Bank bildirib.
Xatırladaq ki, 28 oktyabr 2022-ci il tarixində ictimaiyyətə açıqlanan məlumata görə, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 8%-ə, faiz dəhlizinin aşağı həddi isə 1.00 faiz bəndi artırılaraq 5%-ə qaldırılmış, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
1 gün sonra
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
- 1 gün sonra
-
- 10 saat əvvəl
-
12 saat əvvəl
"Yaxın Şərqdən turist axınının artırılması üçün avia və turizm şirkətləri ilə danışıqlar aparırıq"
-
12 saat əvvəl
Azərbaycan ilə daha bir ölkə arasında vizasız rejim tətbiq oluna bilər
-
12 saat əvvəl
“Azercell Cup – 2026” proqramlaşdırma müsabiqəsinin ikinci mərhələsi başa çatdı
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azər-Türk Bankın xalis mənfəəti 48% artıb – depozit portfeli 1,5 milyard manata yaxınlaşıb
-
14 saat əvvəl
Milli Depozit Mərkəzi Pakistanın Mərkəzi Depozitar Şirkəti ilə memorandum imzalayıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Pul lazımdır? - 500 MANAT ÜÇÜN AYDA 25 MANAT ÖDƏ ®
Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
“Sizin Lombard”dan 75/25 “Şok yay” kampaniyası (®)
Azər-Türk Bankın xalis mənfəəti 48% artıb – depozit portfeli 1,5 milyard manata yaxınlaşıb
Milli Depozit Mərkəzi Pakistanın Mərkəzi Depozitar Şirkəti ilə memorandum imzalayıb
Birbank Invest: investisiyaya aparan rəqəmsal yol
ABB daha bir mühüm addım atıb - iTicket şirkəti ilə strateji tərəfdaşlıq sənədi imzaladı
Ümumi mənfəətin 83 faizə yaxını 5 bankın payına düşür - SİYAHI
Azərbaycan və Slovakiya qurumları Anlaşma Memorandumu imzalayıb



















