Bakıda beşinci CEO Lunch keçirilib
Caspian European Club və Caspian American bu gün (5 iyul) Bakıda beşinci CEO Lunch təşkil edib.
Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin bildirdiyinə görə, “networking”in aparıcı vasitəsi olan CEO Lunch şirkət rəhbərlərinin qeyri-rəsmi şəraitdə ünsiyyətinə imkan yaratmaq və əlaqələr qurmaq məqsədilə təşkil olunur.
O qeyd edib ki, Caspian European Club və Caspian American Club hər ayın üçüncü çərşənbə günü Bakıda CEİBC şirkətlərinin top-menecerlərinin iştirakı ilə CEO Lunch keçirir.
Telman Əliyev bildirib ki, Bakıda növbəti CEO Lunch 2017-ci il sentyabrın 20-də Caspian Energy Transport Forum və Caspian Energy İST Forum çərçivəsində təşkil olunacaq. O həmçinin xatırladıb ki, Tbilisidə birinci CEO Lunch cari il sentyabrın 29-də baş tutacaq və sonradan hər ayın sonuncu cümə günü keçiriləcək.
Fəxri qonaq qismində CEO Lunch-da Azərbaycan Respublikasının Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov iştirak ediblər.
Akademik Ziyad Səmədzadə qeyd edib ki, hal-hazırda qanunvericilik sahəsində xeyli işlər görülür, Azərbaycanda sahibkarlığın inkişafı üzrə proqramlar həyata keçirilir. Mirqasımov Vahabov vurğulayıb ki, Dövlət Gömrük Komitəsi Caspian European club və Caspian American Club-la sıx əməkdaşlıq edir, Klub tərəfindən keçirilən tədbirlərdə fəal iştirak edir, Kluba üzv şirkətlərin xahiş və təkliflərinə diqqətlə yanaşır. “Biz bu gün CEİBC ilə qurulmuş səmərəli əməkdaşlıqdan çox məmnunuq və onun gələcəkdə davam edəcəyinə ümid edirik”, - deyə Mirqasım Vahabov qeyd edib.
Klubun yeni formatda təşkil olunmuş tədbirini dəstəkləyən qonaqlar bunun dövlətlə özəl sektor arasında daha sıx əməkdaşlıq qurmağa imkan verəcəyini qeyd edərək, görüş iştirakçılarına təmsil etdikləri dövlət qurumları ilə əməkdaşlığı genişləndirmək imkanları barədə məlumat verib və onların fəaliyyətləri, həmçinin gələcək planları haqqında danışıblar. Tədbir iştirakçıları üçün Veka Construction və MONT MMC-nin təqdimatı keçirilib.
Qeyri-rəsmi şəraitdə sahibkarların qarşılaşdıqları problemlər müzakirə olunub, ölkənin müxtəlif regionlarında biznesin tətbiqi üzrə onları maraqlandıran məqamlara, həmçinin iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi ilə bağlı təkliflərə toxunulub.
Caspian European Club və Caspian American Club-a daxil olan və burada iştirakını davam etdirən şirkətlərə sertifikatlar təqdim olunub.
Telman Əliyev Caspian European Club-un 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradıldığını xatırladıb. Caspian European Club-un sədrinin Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev olduğu bildirilib.
Onun sözlərinə görə, təsis olunduğu ilk gündən Caspian European Club neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb edilməsinə kömək edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club dünyanın 50 ölkəsində fəaliyyət göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır.
Caspian Energy, Caspian Energy Forum, Caspian Energy Award, Caspian Energy Club, Caspian European Club, Caspian Business Club, Caspian American Club, Caspian American Forum, CEO, CEO lunch, Brand Award və digərləri qeydiyyatdan keçmiş ticarət markalarıdır və Caspian Energy International Media Group-a məxsusdurlar.
* Material, informasiya, məqalələrin dərci, video və audio süjetlərin hazırlanması zamanı Caspian European Club və Caspian American Club-un tədbirinə istinad etmək mütləqdir.
Əlavə məlumat üçün:
E-mail: info@caspianenergy.net; info@caspenergy.com
URL: www.caspianenergy.net; www.caspianenergy.org; www.caspianenergyforum.com
Müştərilərin xəbərləri
Kağız əsaslı nəqliyyat sənədlərinin elektron formata keçirilməsi - Azərbaycanlı mütəxəssis Orxan Namazovun təqdimatı diqqət çəkib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 5 d. əvvəl
-
19 d. əvvəl
Bank of Baku-da SƏHİYYƏ işçilərinə özəl fürsət var: 80.000 AZN-dək kredit 0 % KOMİSSİYA ilə ®
-
- 47 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın xarici balansında qeyri-neft kəsiri yüksək olaraq qalır
-
1 saat əvvəl
Neft-qaz gəlirləri tədiyə balansını gücləndirdi – Profisit 9 milyard dolları keçdi
-
1 saat əvvəl
Azərbaycanda avtomobil bazarında ucuzlaşma davam edir – Qiymətlər avqustda da geriləyib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
-
4 saat əvvəl
Azərbaycana daxil olan xarici valyuta çıxan valyutanı 1,4 milyard dollar üstələyib
-
4 saat əvvəl
Bil Qeytsdən süni intellekt və səhiyyə ilə bağlı xəbərdarlıqlar
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Mərkəzi Bank yoxladı, məhkəmələr cərimələdi – “Azmaş lizinq”, “TAHK” və “Anex Lombard”la bağlı qərarlar
Xalq Bank və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Ovuc ilə ödənişlər artıq “Araz”da! ®
Ən çox oxunanlar
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Bil Qeytsdən süni intellekt və səhiyyə ilə bağlı xəbərdarlıqlar
2026-cı ilin ilk 6 ayında kapital və maliyyənin hərəkəti balansında 3 milyard dolıar kəsr yaranıb
Fitch SOCAR-ın İtaliyadakı alışını müsbət qiymətləndirdi




























