Azərbaycana birbaşa xarici investisiyalar formasında 4,6 milyard dollar cəlb edilib
2022-ci ilin 9 ayı üzrə Azərbaycanın tədiyə balansının əsas göstəricilərinə görə, birbaşa investisiyalar üzrə xalis maliyyə aktivləri 40.1 milyon dollar artmış, xalis maliyyə öhdəlikləri isə 3.7 milyard azalmışdır.
Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın 2022-ci ilin 9 ayı üzrə Tədiyə balansında bildirilir.
"Birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 4.6 milyard dollar, xaricə yatırılmış birbaşa xarici investisiyaların həcmi isə 0.8 milyard dollar olmuşdur. Ümumilikdə birbaşa xarici investisiyalar üzrə 3.7 milyard dollar mənfi saldo yaranmışdır. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 69.8% təşkil etmişdir. 2022-ci ilin 9 ayı üzrə tədiyə balansında birbaşa xarici investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-5 milyard 16 milyon dollar) azalması neft-qaz sektoru üzrə cəlb olunmuş investisiya ilə (3 milyard 196.5 milyon dollar) həmin sektor üzrə kapitalın repatriasiyası (8 milyard 212.5 milyon dollar, əsasən beynəlxalq neft-qaz konsorsiumların payına düşən xam neft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqdən formalaşır. Qiymətləndirmələrə görə qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 2.4 dəfə artaraq 1.4 milyard dollar olmuşdur",- Hesabatda bildirilir.
2022-ci ilin 9 ayı üzrə ölkənin xalis maliyyə aktivləri 5 milyard 746.6 milyon dollar artmışdır. Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (40.1 milyon dollar), portfel investisiyaları (569.3 milyon dollar) və digər investisiyalar (5 milyard 137.2 milyon dollar) hesabına formalaşmışdır.
Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 3 milyard 848.7 milyon dollar azalmışdır ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (-3 milyard 659.6 milyon dollar), neft bonusu (452.2 milyon dollar), portfel investisiyaları (-235.8 milyon dollar) və digər investisiyalar (-405.5 milyon dollar) hesabına formalaşmışdır.
Birbaşa investisiyalar ölkənin rezidenti tərəfindən digər ölkənin rezidentinə məxsus müəssisənin idarə edilməsində nəzarəti həyata keçirməsinə hüquq verən sərmayədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 gün sonra
- 18 saat əvvəl
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
İlk dəfə Rabitəbankdan nağd pul krediti götürən müştərilər üçün sərfəli fürsət!
-
1 gün əvvəl
PAŞA Bank biznes kreditləri üzrə yeni kampaniyaya start verir
-
1 gün əvvəl
Almaniyada təxminən 10 min ölüm halı anomal istilərlə əlaqələndirilib
-
1 gün əvvəl
İyulda dövlət büdcəsinin 174 milyon manat vəsaiti banklarda depozitə yerləşdirilib - 6,52% - 7,24%
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
-
1 gün əvvəl
Qırğızıstanda “Bakı” möcüzəsi: İssık-Kul sahilində nəhəng kurort açıldı
-
1 gün əvvəl
AzInTelecom 2026-cı ilin ilk yarısında əldə olunan nəticələri açıqlayıb
-
1 gün əvvəl
AZAL həftəlik reyslərin sayını İstanbul üzrə 17-dən 21-ə, Tbilisi üzrə 42-dən 46-ya qaldırıb
Son Xəbərlər
Xalq Bank nağd pul kreditinin şərtlərini yenilədi
İş elanlarına bax - azvak.az
BYD dünyanın 100 ən böyük şirkəti sırasına daxil oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AZAL həftəlik reyslərin sayını İstanbul üzrə 17-dən 21-ə, Tbilisi üzrə 42-dən 46-ya qaldırıb
Azərbaycan ilə Qırğızıstan arasında sənədlər imzalanıb
İnternetdən narazı olanların NƏZƏRİNƏ – Bu sorğuda iştirak edin
Avqustun 1-də gözlənilən hava şəraiti
AccessBank-ın OK kredit kartı ilə alış-veriş daha sərfəlidir
























