“Qutunu açıb deyirlər ki, həqiqətən, qızıldandır?” - Gömrük Komitəsindən narazılıq
Azərbaycanda iş adamı şirkətinin müsabiqədə qazandığı mükafatı alan zaman Dövlət Gömrük Komitəsi tərəfindən problemlə üzləşib.
Bu barədə şirkət rəhbəri Orxan Kərimov “Facebook” hesabında paylaşım edib.
Onun sözlərinə görə, şirkətin adına gələn 10 mükafat üçün Bakı Karqo Terminalında saatlarla gözləyib:
“Mükafatı almağım yubandı. DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov bildirmişdi ki, yaxınlaşın, işiniz 20 dəqiqəyə həll olunacaq. Sabahın erkən saatlarından buradayam. Əgər mükafat şirkət adına gəlibsə, şirkət sahibi siz deyilsinizsə, mütləq şirkətin VÖEN sənədi yanınızda olmalıdır. Fotosu, surəti qəbul edilmir. Öncə yaxınlaşırsınız anbara, orada sizinlə birlikdə qutunu açırlar, “mükafat, həqiqətən, qızıldandır?” sualını verirlər.
Sonra isə “dəmir qapı” dedikləri yerə yaxınlaşırsınız. Gömrük əməkdaşı ilə dialoqlar sonrası mənə dedi ki, siz ancaq iki mükafatı ala bilərsiniz. Geri qalanı üçün rüsum ödəməlisiniz. Siz siz olun, iki mükafatdan çox qazanmayın. Dedim, ölkəyə “Oscar” da gəlsə, belə edəcəksiniz? Gülərək dedi, hə.
Bundan sonra brokerin yanına göndərilib bəyannamə üçün 40 AZN ödəniş etdim. Həmçinin 115 AZN rüsuma, 31 AZN isə mükafatların anbarda qalmasına görə ödədim. Bununla bitmir, daha dörd saat gözləyəcəyəm ki, bəyannaməmi kimsə sistemdə təsdiqlətsin. Ola bilər ki, sabaha qalsın”.
DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1.4-cü yarımbəndinin müddəalarına uyğun olaraq fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən, ümumi gömrük dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər.
“Eyni zamanda qeyd edirik ki, bu Qaydaların müddəalarında nəzərdə tutulan güzəştlər yalnız fiziki şəxslərə şamil olunur. Əlavə olaraq bildiririk ki, hüquqi şəxsin ünvanına beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə malların gətirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları” ilə tənzimlənir.
Gömrük məqsədləri üçün lazım olan sənədlər və məlumatlar, o cümlədən malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün bəyannamə ilə birgə təqdim olunan sənədlər həmin Qaydaların 2-ci bəndində öz əksini tapıb”, - deyə o əlavə edib.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© "Oxu"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
-
2 gün sonra
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
-
1 gün sonra
Daha ağıllı, daha sürətli və daha yaxşı ticarət edin - Hesabınızı açın
-
-
15 d. əvvəl
PAŞA Bankın dəstəyi ilə “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib
-
29 d. əvvəl
Mal-qara əkini məhv etdi, Aqrar Sığorta 8 614 manat ödədi – İLK DƏFƏ
- 50 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azercell və ADA Universiteti tələbələr üçün AI4Real Bootcamp proqramına start verir
- 1 saat əvvəl
-
2 saat əvvəl
Prime Cotton-da böyük dəyişiklik: İdarəetmə modeli tamamilə yenilənir
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
Böyük planların üçün rahat kredit təklifi - Expressbankda
Prezident bir sıra ölkələrə yeni səfirlər təyin edib
Azercell və ADA Universiteti tələbələr üçün AI4Real Bootcamp proqramına start verir
Ən çox oxunanlar
"Citadel" FED-dən sürpriz faiz artımı gözləyir
ABŞ–İran gərginliyinə baxmayaraq, şirkətlər Dubaya axışır
İri şəbəkə Ramanada yeni mağazasını açır
İyulun 29-da gözlənilən hava şəraiti
Sığorta bazarında ödəniş təzyiqi güclənir: Ödənişlər haqlardan 4,4 dəfə sürətlə artıb
Məşhur pudra qalmaqalı: 76 min xərçəng iddiası – Johnson & Johnson böyük ödənişə razılaşdı










.webp)








