Çəltik əkən fermerlər texnika tapmır - MƏHSUL İTKİSİ

Son illər dünyada bir-birinin ardınca meydana çıxan xəstəliklər səbəbindən ciddi həyəcan təbili çalınmaqdadır. Həmin xəstəliklərin böyük əksəriyyəti qidalarla əlaqələndirilir. Bu səbəbdən ekoloji cəhətdən təmiz qidaların istifadəsi tövsiyə olunur. Azərbaycanın torpaq və iqlim şəraiti isə bu cür qidaların istehsalına imkan verir. Belə məhsullardan biri də düyüdür.
Doğrudur, hazırda ölkəmizdə düyüyə olan tələbat əsasən idxal hesabına ödənilir. Lakin son illər aqrar sektorun digər sahələri ilə paralel olaraq çəltikçilikdə də xeyli irəliləyişlər müşahidə olunmaqdadır. Dövlət səviyyəsində verilən dəstək bu sahəyə böyük perspektivlər vəd edir.
Çəltikçiliyin inkişaf etdiyi rayonlar arasında Ağdaş da var. Ağdaşdan söz düşəndə yada düşən bu yerin heyvası olur. Amma rayonda yetişdirilən yumru düyü də bu gün yerli bazarda adla tanınır. Bu düyü ürək-damar sistemi, böyrəklər üçün çox xeyirlidir. Tərkibi vitaminlər, mikroelementlər, zülallar və karbohidratlarla zəngindir.
Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Elsevər Baxışov dedi ki, cari il rayon ərazisində 2100 hektar sahədə çəltik əkilib və təxminən 90 faizində çıxış alınıb. Hələlik yeni əkilən yerlərdə tam çıxışa nail olunmayıb.
Çəltik su sevən bitkidir. Ağdaşda isə Şirvan kanalı və Türyançay kimi iri su mənbələri var. Ona görə də əsas əkin həmin ərazilərdəki kəndlərdə aparılır. Ən çox çəltik Qaradağlı, Aşağı Nemətabad, Yenicə, Gürcüvar, Aşağı Ləki, Orta Ləki və Yuxarı Ləki kəndlərində əkilir.
Keçən il rayonda 1250 hektarda çəltik əkilmişdi. Lakin gözlənilən qədər məhsul götürülmədi. Səbəb texnika ilə bağlı oldu. Çəltik əsasən oktyabr ayında biçilir. Həmin vaxt yağış çox yağdığından biçin zamanı kombaynlar itkiyə yol verdi. Ona görə də bu il biçin zamanı əlverişli günlərdə biçinə daha çox kombayn cəlb edilməsi nəzərdə tutulur.
Cari il hər hektardan orta hesabla 30-40 sentner məhsul gözlənilir. Əslində çəltiyin məhsuldarlığı 50-60 sentner olmalıdır. Amma bunun üçün texnika lazımdır. Məsələn, zəncirli kombaynlar olsa, yağışlı havalarda çəltik biçinini ən yüksək səviyyədə aparmaq mümkündür. Lakin həmin kombaynın qiyməti çox baha olduğundan sahibkar onu risk edib almaq istəmir. Odur ki, məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə müraciət olunub.
Ağdaş rayon Qaradağlı bələdiyyəsinin sədri Əli Musayevlə çəltik əkini sahəsində, iş başında görüşdük. Dedi ki, ağlı kəsəndən kəndlərində çəltik görüb. Kəndin yaşlı sakinləri həm düyüyə olan tələbatlarını ödəmək, həm də şoranlığın qarşısını almaq üçün çəltik əkiblər. Nəticədə həmin sahələr arpa, buğda, qarğıdalı və digər əkin sahələri üçün də yararlı vəziyyətə gətirilib.
Əli Musayev onu da qeyd etdi ki, dövlət müstəqilliyinin bərpasından sonrakı ilk illərdə təsərrüfat sistemi pozulanda belə, kənd sakinləri azı 2-3 hektar sahədə çəltik əkiblər. Son illər isə dövlət səviyyəsində bu sahəyə diqqət yetirilməsi fermerlərin əl-qolunu daha da açıb. Bu gün dövlət çəltiyin hər hektarına 100 manat subsidiya ayırır. Məhsul isə bir çox hallarda bazara çıxarılmamış sahədə satılır. Satış qiyməti də pis deyil.
Fermer dedi ki, bu il 40 hektarda çəltik əkiblər. Bu, keçən ildəkindən 10 hektar çoxdur. Keçən il təxminən 73 ton məhsul götürmüşlər. Əsas hissəsini elə sahədəcə satıblar. Hazır düyü və toxum kimi ayırdıqları məhsulların müştərisi də çox oldu. Bu il də Ə.Musayevin təsərrüfatında əkilən çəltik əsasən yerli sortdur. Təsərrüfatda 16 nəfər çalışır. Onlardan 4-ü daimi işçidir.
Çəltikçilik gəlirli olsa da, əziyyəti az deyil. Əvvəlcə əkin üçün nəzərdə tutulan toxum təmizlənir, suda cücərdilir, normal cücərti alındıqdan sonra əkilir. Onu da qeyd edək ki, çəltiyi quru halda torpağa əkib üstündən su verdikdə çox zaman normal bitiş alınmır. Hətta çürümə baş verir. Alaq otlarının çoxluğu da problemə çevrilir. Çəltik suyun içərisində olduqda isə alaq otları inkişaf etmir.
Ağdaş rayonunda çəltik əkini sahələrinin ilbəil artması yerli əhalinin işə can yandırmalarından xəbər verir. Hərəkət olan yerdə isə bərəkət olur.
© "Azərbaycan"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
28 d. əvvəl
Ermənistan silahlı qüvvələri Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub
-
47 d. əvvəl
Martda bankların əhaliyə verdikləri kreditlər üzrə portfeli azalıb
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Danimarka İxrac və İnvestisiya Fondu ilə Azərbaycan arasında əməkdaşlıq müzakirə olunub
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
2 gün əvvəl
Bank Respublika rəhbərliyi və əməkdaşları ağacəkmə aksiyasında iştirak etdi
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL Bakıdan Hindistanın Əhmədabad şəhərinə birbaşa uçuşlara başlayır
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yerli sahibkarlar ölkəmizi tərk etmədən Dubaydakı biznesləri üçün xidmətlərdən faydalana biləcəklər
Son Xəbərlər

Martda bankların əhaliyə verdikləri kreditlər üzrə portfeli azalıb

Bank sektorunda xalis mənfəət 20 faizə yaxın azalıb

Bank sektoru ilə bağlı yeni göstəricilər açıqlandı

Rəsmi məzənnələr açıqlandı

Azərbaycanın “Pak Xalça” şirkəti mühüm status qazanıb - Xalça yumasına 50-dən çox brend zəmanət verir
Ən çox oxunanlar

Yerli sahibkarlar ölkəmizi tərk etmədən Dubaydakı biznesləri üçün xidmətlərdən faydalana biləcəklər

Yüksək gəlirli müəssisələr satışa qoyulub - QİYMƏTLƏR

“Azərkosmos” Türkiyə şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Prezident koordinator təyin etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
