“Unibank”ın dollar istiqrazlarına xeyli sayda investor sifariş təqdim edib - HƏRRACIN NƏTİCƏSİ
23 investor tərəfindən 26 sifariş təqdim edilib. İstiqrazlar tam yerləşdirilib.30 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında “Unibank” ASC-nin tədavül müddəti 6 il, nominal dəyəri 1000 ABŞ dolları olan AZ2014002029 dövlət qeydiyyat nömrəli, 12 milyon ABŞ dolları həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Birjadan Marja-ya daxil olmuş məlumata görə, hərrac zamanı 23 investor tərəfindən qiymət intervalı 1,000 ABŞ dolları (8.0%) və 1,019 ABŞ dolları (7.6027%) olan 26 sifariş təqdim edilib.
İstiqrazların kəsmə qiyməti 1,000 ABŞ dolları (8%) və orta ölçülmüş qiyməti 1,000.0242 (7.9995%) ABŞ dolları müəyyən edilib. İstiqrazın illik faiz dərəcəsi 8 %, faiz ödəniş dövrü isə hər 90 təqvim günündən bir təşkil edir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 12 milyon ABŞ dolları, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 12 milyon ABŞ dolları təşkil edib.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
4 d. əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
57 d. əvvəl
Dünyanın ən böyük media sövdələşmələrindən biri tamamlandı – 22 milyard dollar
-
1 saat əvvəl
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb
-
18 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 19 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
Xankəndidə 1100 tələbənin eyni vaxtda istifadə edə biləcəyi nəhəng kitabxana tikilir - təməli qoyuldu
Ən çox oxunanlar
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub



























