Alimpaşa Məmmədov məhkəmədə özünü təqsirli bildi
"Tamamilə razıyam, heç bir problem yoxdur".Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin sədrliyi ilə keçirilən iclasda ittiham aktı elan olunub.
İttihamda göstərilib ki, Alimpaşa Məmmədov rayon İcra Hakimiyyətinin başçısı olduğu müddətdə xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində birbaşa özü üçün şəxsən və vasitəçidən istifadə edərək pul vəsaitlərini və əmlak qismində maddi əşyaları istəyərək qəbul etməklə təkrar külli miqdarda rüşvət alıb.
O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, eləcə də cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan ziyan vurub.
Belə ki, Alimpaşa Məmmədov Şəmkir şəhər bələdiyyəsi tərəfindən təsis edilmiş Şəmkir şəhərində yerləşən 1 milyon 335 min manat dəyərində “Natural” su və cem istehsalı zavodu olan “Abad Şəmkir” MMC-nin şəhər bələdiyyəsinə məxsus bütün paylarının 2018-ci ildə oğlu Adil Məmmədova, 2020-ci ildə isə Fərid İslamzadəyə cəmi 180 manata satılmasını təmin edib.
Həmçinin Alimpaşa Məmmədov dəyəri 3 milyon 344 min manat olan “Çinarlı qəsəbə” MMC-nin Şəmkir rayonu, Çinarlı bələdiyyəsinə məxsus bütün paylarını təsisçiləri-oğlu Adil Məmmədov, köməkçisi Mahir Əliyev və Orxan Məmmədli olan “Şəmkir səbəti” MMC-yə cəmi 40 manata satılmasını təmin edib.
Bundan başqa, o, vəzifəli şəxs kimi rəsmi sənədlərə və informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədərək külli miqdarda özgə əmlakını təkrar mənimsəmə və israfetmə yolu ilə talayıb, qulluq mənafeyindən istifadə etməklə cinayət yolu ilə əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitlərini təkrar leqallaşdırıb.
İttihamda qeyd olunub ki, Alimpaşa Məmmədov rayon İcra Hakimiyyətinin başçısı olduğu müddətdə müxtəlif şəxslərdən rüşvət qismində aldığı pulların böyük qismini köməkçisi Mahir Əliyevin, digər qismini isə birinci müavini və şəhər memarlıq şöbəsinin rəisi vasitəsilə öz xidməti otağında alıb.
O, əldə etdiyi pul vəsaitlərinin həqiqi mənbəyini gizlətmək məqsədilə həmin pulu oğlu Adil Məmmədovun adına təsis olunmuş "Az Farel" MMC-nin tikinti xərclərinə yönəltməklə cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərini təkrar leqallaşdırıb.
Qeyd olunan əməllərə görə Alimpaşa Məmmədova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub. Cinayət işi ilə bağlı sabiq icra başçısının 10 milyonluq əmlakı üzərinə həbs qoyulub.
Məhkəmədə Alimpaşa Məmmədov ittihama münasibət bildirərək özünü təqsirli bilib.
O, ilk olaraq rüşvət almaqla bağlı ittihama münasibət bildirərək bu epizod üzrə ittihamda qeyd olunanlarla tamamilə razı olduğunu deyib: "Tamamilə razıyam, heç bir problem yoxdur".
Sabiq icra başçısı mənimsəmə və israfetmə ilə bağlı ittihamı qəbul edib. Lakin bütün epizodlar üzrə əldə etdiyi göstərilən vəsaitləri şəxsi mənafeyi üçün istifadə etmədiyini bildirib: "Mən vətəndaşları iş yeri ilə təmin etmişəm, onların dolanması üçün çalışmışam. Bu, israfetmə sayılırsa, razıyam. İttihamda cinayət yolu ilə əldə olunduğu göstərilən bütün vəsaitlər rayon idarəçiliyi üçün istifadə olunub. Yəni niyyət başqa olub".
Proses dekabrın 8-də davam etdiriləcək.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
TuranBank beynəlxalq əməkdaşlıq çərçivəsində gender bərabərliyinə dair strateji layihəni yekunlaşdırdı
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
4 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
4 gün sonra
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
-
- 1 gün sonra
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Hydrotrans Engineering” gəliri demək olar dəyişmədən mənfəətini 21% artırıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Tez xarab olan mallar üçün gömrük rəsmiləşdirilməsi sadələşdiriləcək
-
3 saat əvvəl
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Heyvandarlıq təsərrüfatına dəymiş zərərə görə 9 000 manat sığorta ödənişi edilib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Dünyanın ən zəngin insanının şirkəti: SpaceX InvestAz-da! ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB-nin 5 milyon manatlıq istiqrazlarına üçqat tələb
Manat üçün mühüm siqnal – Valyuta ehtiyatları daha sürətlə artır
Mühüm qərar: Maliyyə işçiləri belə davranmalıdır - Rəhbərlərin mükafatı etik davranışdan asılı olacaq
Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı
Rabitəbankdan lombard krediti üzrə faiz dərəcəsində 4%-dək endirim ®
Xalq Bank sərfəli şərtlərlə daxili ipoteka krediti təklif edir ®
TuranBank beynəlxalq əməkdaşlıq çərçivəsində gender bərabərliyinə dair strateji layihəni yekunlaşdırdı





















