10 ayda ölkədə elektrik enerjisi istehsalı 3,8 % artıb
Energetika Nazirliyinin yaydığı məlumata görə, elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2022-ci ilin oktyabr ayında Azərbaycanda elektrik enerjisinin istehsalı 2238,6 mln. kVt·st təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 68,7 mln. kVt·st, yaxud 3,2 % artması deməkdir.
Ötən ay ərzində elektrik enerjisinin idxalı 10,8 mln. kVt·st olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,4 mln. kVt·st, ixrac isə 295,4 mln. kVt·st olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 169,9 mln. kVt·st artıb.
Ümumilikdə 2022-ci ilin yanvar-oktyabr aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 876,4 mln. kVt·st, yəni 3,8 % artaraq 23 748,6 mln. kVt·st olub.
Hesabat dövründə ötən ilin 10 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 458,4 mln. kVt·st artaraq 21 933,4 mln. kVt·st, SES-lərdə 354,5 mln. kVt·st artaraq 1 463,4 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 3,4 mln. kVt·st artaraq 291,8 mln. kVt·st olub.
Yanvar-oktyabr aylarında külək elektrik stansiyalarında 73,4 mln. kVt·st, günəş elektrik stansiyalarında 55,0 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 163,4 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
2022-ci ilin 10 ayında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 21 432,6 mln. kVt·st (İES-lərdə 20 075,0 mln. kVt·st, SES-lərdə 1 357,6 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 396,4 mln. kVt·st (İES-lərdə 252,9 mln. kVt·st, SES-lərdə 92,6 mln. kVt·st, GES-də 50,9 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 55,0 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 1 864,6 mln. kVt·st təşkil edib.
2022-ci ilin yanvar-oktyabr ayları üzrə elektrik enerjisinin ixracı 2 101,2 mln. kVt·st, idxalı isə 115,7 mln. kVt·st olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 d. əvvəl
- 5 d. əvvəl
-
-
38 d. əvvəl
Ziraat Bank Azərbaycan çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir ®
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan-Rusiya ticarətində ciddi geriləmə - İdxal təxminən 1 milyard dollar azalıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ərzaq idxalı 1,83 milyard dollara çatıb – ümumi idxal azalsa da, ərzaq artır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Fiziki şəxslər xarici ticarətdən sürətlə çəkilir – say 16,6 min azalıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycan neftinin qiyməti 128 dolları keçib
İran müharibəsinin Pentaqona xərci 38 milyard dollara çatıb
Azərbaycanın Hindistana ümumi ixracı 249 dəfə artıb
Azərbaycan idxalının dörddə biri Çindən gəlir
Ən çox oxunanlar
Meyvə-tərəvəz ixracı 637 milyon dolları keçib
Azərbaycan eyni həcmdə qaza görə daha az gəlir əldə edib
Azərbaycanın xarici ticarət profisiti 5 dəfədən çox artıb – 8 ayda 10,4 milyard dollarlıq müsbət saldo
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid avtomobillərin gətirilməsi 60%-dən çox düşüb


























