Microsoft şirkətinin Azərbaycandakı nümayəndəliyinin bağlanmaq üzrə olduğu bildirilir
Microsoft şirkətinin Azərbaycanı tərk etməkdə olduğu idda edilir. "Microsoft-un Azərbaycan ofisinin fəaliyyətini dayandırması bizim üçün utancdır",- Osman Gündüz bildirir.
"Dünyanın nəhəngi, uzun illər Azərbaycanda da öz ab-havası ilə İT mühitə güvənlik və güc verən Microsoft şirkətinin ölkəmizdəki nümayəndəliyi bağlanmaq üzrədir".
Marja xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz öz Facebook səhifəsində yazıb.
Osman Gündüz iddia edir ki, artıq ofisin rəhbəri, əksər işçiləri fəaliyyətini dayandırıblar.
"Daha doğrusu, işdən azad olunublar, bizim uzun illər bu sektorda tanıdığımız dostlarımız artıq "Microsoft Azerbaijan"da çalışmırlar.
Görünür ki , Microsoft bu əməkdaşlara digər ölkələrdəki ofislərdə iş də təklif etməyiblər. Düşünürəm ki, bu vəziyyət Azərbaycan hökuməti üçün, RİNN üçün aydın səmada göy gurultusu təsiri bağışlamalıdır. Bir neçə il öncə HP-nin ölkəmizdəki nümayəndəliyi bağlansa da, Microsoft-un Azərbaycandan gedişini mən təsəvvür belə etməzdim. Bu şirkət təkcə 11 hərfli sözdən ibarət bir qurum deyil, qlobal dünyanın İT mühitinə təsir edən və onu yönləndirən, dünyada innovasiyaları inkişaf etdirən, necə deyərlər dünyanın düzəninə təsir edən bir qlobal infrastrukturdur. Onun Azərbaycandan çəkilməsi sadəcə ağlasığmazdır".
"İndi necə olacaq?"
Osman Gündüz, "Microsoft-un Azərbaycanla bağlı layihələrini, öhdəliklərini kim icra edəcək?" sualını verərək yazıb:
Necə deyərlər, Windows, Ofis proqramları, Ofice365, Azure, digər lisenziyalı MS həllər və proqramlardan istifadə və yenilənmə, hökumət qurumları ilə olan müqavilələr, milyonlarla müştərisi olan MS Teams və s. necə olacaq? Bütün bunlar necə dəstəklənəcək, kordinasiya necə olacaq? Bildiyim qədər, Azərbaycandakı sadaladığım bu işlər Microsoft-un müxtəlif ölkələrindəki ofislərindən idarə olunacaq. Məsələn, nə qədər qəribə və ağlasığmaz səslənsə də Azərbaycanın təhsil sektorundakı Microsoft həlləri (məsələn MS Teams və s) Gürcüstan ofisindəki hansısa X tərəfindən idarə olunacaq. Azərbaycanın dövlət qurumlarında Microsoft həlləri ilə bağlı məsələlərə bu şirkətin, məsələn İrlandiya ofisindəki hansısa X cavabdeh olacaq və s. Yeri gəlmişkən, regional məsələlərlə məğul olsalar da, Microsoft-un Gürcüstan və Ermənistan ofisləri fəaliyyətlərini əvvəlki qaydada davam etdirirlər".
Osman Gündüz qeyd edib ki, Azərbaycan nümayəndəliyinin fəaliyyətinin dayandırılması yalnız Microsoft-un qlobal siyasəti ilə bağlı deyil:
"Fikrimcə bu səviyyəyə gəlib çıxmasına yol verməmək olardı. Zamanında gərəkən addımlar atılmalıydı. Xatırlayıram ki Prezident İlham Əliyev də Davosda Microsoft rəhbərləri ilə görüşüb gələcək iş birliyindən danışmışdı. Amma biz sonralar aidiyyatı qurumlar tərəfindən bu iş birliyinin davam etdirilməsini görmədik. Görünən odur ki, məsul şəxslər bu qlobal qurumla oturuşmuş iş birliyi qura bilməyiblər, böyük İT layihələr ortaya çıxmadı. Bu qlobal şirkət Azərbaycanın nəhəng infrastruktur layihələrinə cəlb olunmadı. Qarabağda aparılan yenidənqurma işlərinə cəlb olunmadı. Microsoft həllərindən böyük yaşıl enerji layihələrində istifadə olinmadı. Məsələn, Microsoft-a təklif oluna bilərdi ki, gəlib, iqlimi də uyğun olan Kəlbəcərdə nəhəng bir Data Mərkəz qursun. Düşünürəm ki, bəlkə də gec deyil. Ali hakimiyyət səviyyəsində bu məsələyə ciddi reaksiya vermək lazımdır. Azərbaycanda gedən nəhəng infrastruktur işləri ilə Microsoft-u maraqlandırmaq və bəlkə də yenidən ölkəyə qaytarmaq olardı. Düzü, heç özüm də bilmirəm, bundan sonra Microsoftu qaytaqrmaq mümkün olacaqmı".
Osman Gündüz baş verənlərə çox təəssüf etdiyini bildirib:
"Fikrimcə, baş verənlər bütövlükdə ölkənin innovasiya mühiti üçün, İT biznes üçün, bütövlükdə İKT mühiti üçün düşündürücü olmalıdır.
Yəni, burada söhbət hansısa bir Windows-a lisenziya almaqdan getmir, söhbət Microsoft kimi nəhəngi ölkəmizə bağlayacaq tellərin olmamasından gedir.
Cənablar, bir daha vurğulamaq istərdim, Microsoft-un Azərbaycan ofisinin fəaliyyətini dayandırması, yumsaq desəm, bizim üçün utancdır".
Bir sıra mütəxəssislər hesab edirlər ki, artıq Microsoftun Azərbaycandakı tərəfdaşları işlərin öhdəsindən yüksək səviyyədə gələ bilirlər. Microsoftun Azərbaycan bazarında qalması əlavə xərcdir.
16.11.2022
08:13
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 ay sonra
Aviabilet • Otel axtarışı • Qrup səyahətləri • Turlar - Xidmətlər bir arada
- 1 saat əvvəl
-
5 saat əvvəl
Azercell bəzi tarif paketlərinin istifadə şərtlərinin dəyişməsi ilə bağlı açıqlama yaydı
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı bu il 1 %-dən çox artıb
-
6 saat əvvəl
Abunəçilər su sərfiyyatı ilə bağlı borclarını hissəli ödəyə biləcəklər
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər

FED faiz qərarını açıqladı
07.05.2025
22:01

Azercell bəzi tarif paketlərinin istifadə şərtlərinin dəyişməsi ilə bağlı açıqlama yaydı
07.05.2025
17:53

BMW mənfəətinin 23 faiz azaldığını açıqladı
07.05.2025
17:47

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
07.05.2025
17:05

Böyük Britaniyada “Tesla” satışları yarıbayarı azalıb
07.05.2025
16:47

Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək
07.05.2025
16:46
Ən çox oxunanlar

Onlayn sərəncam ödənişləri "Expressbank"da
07.05.2025
16:45

Ağdam Sənaye Parkında 85 milyon manatlıq istehsal
07.05.2025
16:41

150 tam təmirli mənzili vətəndaşlara təqdim olunur - Aylıq ödənişlər 954 manatdan başlayır
07.05.2025
16:27

"Hacıqabul Quşçuluq" şirkətinin ləğvilə bağlı açıqlama
07.05.2025
15:47

Elektromobillərin yürüş festivalı keçiriləcək
07.05.2025
14:40

"Kapital Bank" əlavə investisiya yatırıb, "Umico"nun sahibini törəmə şirkətinə çevirib
07.05.2025
13:30

Sabah 29 dərəcə isti olacaq
07.05.2025
12:48