Azərbaycanda inflyasiya açıqlandı - BAHALAŞMA DAVAM EDİR
2022-ci ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2021-ci ilin yanvar-oktyabr aylarına nisbətən 13,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 19,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 7,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,4 faiz artıb.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, cari ilin oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,6 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 15,6 faiz yüksəlib.
2022-ci ilin oktyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 2,2 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 21 faiz artıb.
Cari ilin oktyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, makaron məmulatlarının, peçenyenin, vaflinin, mal, qoyun və toyuq ətinin, təzə balığın, südün, yoqurtun, kəsmiyin, xamanın, pendirin, yumurtanın, qarğıdalı yağının, portağalın, bananın, pomidorun, kartofun, soğanın, çuğundurun, yerkökünün, şəkər və şəkər tozunun, konfetlərin, çayın, meyvə şirəsinin, arağın, ucuzlaşma isə əsasən almanın, naringinin, limonun, xiyarın, kələmin, balqabağın, sarımsağın, göy lobyanın qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2022-ci ilin oktyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,3 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 10,9 faiz artıb. Cari ilin oktyabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma geyimin, ayaqqabıların, boyaların, mebellərin, paltaryuyan maşınların, televizorların, kompüterlərin, xalçaların, sabunların, diş pastalarının, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların, sementin və yazı kağızlarının qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2022-ci ilin oktyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,9 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 12 faiz yüksəlib. Cari ilin oktyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma mənzillərin icarə haqlarında, ayaqqabıların, məişət cihazlarının, minik avtomobillərinin təmiri, ictimai iaşə, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Müştərilərin xəbərləri
Yayın son fürsəti: Ziraat Bank Azərbaycanın 0% komissiyalı, 90 gün güzəştli kredit kampaniyasına cəmi 8 gün qaldı! ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
13 saat sonra
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
-
21 d. əvvəl
Kəlbəcər Dağ Kurort Turizm Mərkəzi yaradılır - Məsləhətçi Fransa şirkətidir
-
-
33 d. əvvəl
Saxta araq, sənədsiz ət, naməlum turşu – Restoranın fəaliyyəti dayandırıldı
-
42 d. əvvəl
Aktiv ƏDV ödəyicilərinin sayı 6,3 faiz artıb - 60 MİNİ KEÇİB
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları yeni yüksək səviyyəyə çatıb - Bir ayda +1,53 milyard dollar
-
2 saat əvvəl
Əmək münasibətlərində hansı hallar ayrı-seçkilik hesab edilərək qadağan olunur?
-
3 saat əvvəl
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən “MoveUP” təşəbbüsü ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yayın son fürsəti: Ziraat Bank Azərbaycanın 0% komissiyalı, 90 gün güzəştli kredit kampaniyasına cəmi 8 gün qaldı! ®
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları yeni yüksək səviyyəyə çatıb - Bir ayda +1,53 milyard dollar
Dollar bolluğu yaranıb - Mərkəzi Bank avqustda bazardan 1,5 milyard dollar alıb, ehtiyatları tarixi maksimuma yüksəlib
İpoteka və Kredit Zəmanət Fondunun sədri dəyişdi - SƏRƏNCAM
Nobel mükafatçısına Azərbaycandan yüksək təltif
“Qarabağ” və “Dilbaz” atlarının saxlanmasına subsidiya veriləcək
Putin Əliyevə zəng edib























