Dövlət 10 hektar qum-çınqıl yatağını 25 min manata 10 illik istismara verir
Mişardaşı, və qum-çınqıl yataqları hərraca çıxarılırİqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən dekabrın 14-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.
Marja xəbər verir ki, Qaradağda yerləşən “Gülbaxt” (3,86 ha) və “Vulkan” (11,4 ha) mişardaşı, Ağdamda yerləşən “Qarqarçay” (10 ha) qum-çınqıl yatağı hərraca çıxarılacaq.
“Qarqarçay” qum-çınqıl yatağı üzrə başlanğıc qiyməti 25 min manat, “Gülbaxt” mişardaşı yatağı üzrə 1 660 - 5 313 manat, “Vulkan” mişardaşı yatağı üzrə 14 373 - 45 684 manat civarındadır.
Hərraclarda iştirakla bağlı iddiaçılar sənədləri 7 dekabr 2022-ci il saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına təqdim edə bilərlər.
Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər. Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcəkdir.
Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (https://bit.ly/3Ur7tbw) və “Özəlləşdirmə portalı”nda ( https://bit.ly/3WQtYbd) tanış olmaq olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 d. əvvəl
- 6 d. əvvəl
-
-
39 d. əvvəl
Ziraat Bank Azərbaycan çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir ®
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan-Rusiya ticarətində ciddi geriləmə - İdxal təxminən 1 milyard dollar azalıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ərzaq idxalı 1,83 milyard dollara çatıb – ümumi idxal azalsa da, ərzaq artır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Fiziki şəxslər xarici ticarətdən sürətlə çəkilir – say 16,6 min azalıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycan neftinin qiyməti 128 dolları keçib
İran müharibəsinin Pentaqona xərci 38 milyard dollara çatıb
Azərbaycanın Hindistana ümumi ixracı 249 dəfə artıb
Azərbaycan idxalının dörddə biri Çindən gəlir
Ən çox oxunanlar
Meyvə-tərəvəz ixracı 637 milyon dolları keçib
Azərbaycan eyni həcmdə qaza görə daha az gəlir əldə edib
Azərbaycanın xarici ticarət profisiti 5 dəfədən çox artıb – 8 ayda 10,4 milyard dollarlıq müsbət saldo
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid avtomobillərin gətirilməsi 60%-dən çox düşüb

























