“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
EUR/USD məzənnəsi keçən həftə 1.1445$-a kimi 2.5% bahalaşaraq, son 14 ayın maksimum səviyyəsini yeniləyib. Cari həftənin ilk sessiyasında avro/dollar valyuta cütlüyünün qiyməti qismən korreksiya etsə də, 1.14$-ın üzərində ticarət edilməkdədir və bu səviyyənin üzərində qaldıqca, 1.1480, 1.1540 və 1.1600$-a kimi də bahalaşa bilər. Dünya birjalarında Amerika Mərkəzi Bankının (Fed) növbəti faiz artımı üzrə gözləntilərin azalması, dolların aparıcı valyutalara nisbətən qiymətlərinə də təzyiq etməkdədir.
Bu həftə maliyyə bazarlarında investorların diqqət mərkəzində olan önəmli fundamental məlumatlar isə çərşənbə günü Bakı vaxtı ilə saat 22:00-da yayımlanacaq, FED-in toplantı protokolu və cümə günü saat 16:30-da açıqlanacaq ABŞ-ın əmək bazarı ilə bağlı statistik göstəricilərdir.
GBP
GBP/USD valyuta cütlüyünün qiyməti də 1.30$-a kimi bahalaşıb və gələcək günlər ərzində 1.30$ ətrafında ticarət ediləcəyi proqnozlaşdırılır. Bununla yanaşı, Avropa Birliyi ilə İngiltərə arasında BREKSİT danışıqlarının nəticələri də böyük maraqla gözlənilir.
TRY
Türkiyə maliyyə bazarlarında Türk lirəsi qiymətinin isə 3.50 və 3.48TL-ə kimi bahalaşa biləcəyi proqnozlaşdırılır. Türkiyədə inflyasiyanın cari il ərzində 12%-ə kimi artması fonunda maliyyə bazarlarında Türkiyə Mərkəzi Bankının siyasətini sərtləşdirə biləcəyi gözləntiləri, Türk lirəsinin daha da bahalaşa biləcəyini gözləməyə əsas verir. Bazar ertəsi Bakı vaxtı ilə saat 11:00-da açıqlanacaq, Türkiyənin iyun ayı üzrə inflyasiya səviyyəsi də investorların diqqət mərkəzindədir.
OIL
Enerji bazarlarında isə Avropanın Brent markalı neftinin bir barel qiyməti gözlənildiyi kimi 49$-a kimi bahalaşıb. Dünya iqtisadiyyatında aktivliyin iyun ayında artması, neftə olan tələbin də artmasına təsir edir. Beləliklə, qiymətin gələcək günlər ərzində 46$ üzərində ticarət ediləcəyi və 51$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.
GOLD
Dünya birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiymətinin son 9 ayın minimum səviyyəsinə kimi ucuzlaşması, əlvan metallar bazarlarında qızıl qiymətlərinin də bahalaşa biləcəyini proqnozlaşdırmağa əsas verir. 1237$-ın (39.7$/qram) üzərində ticarət edilən qızılın bir unsiya üzrə qiyməti 1256$ (40.3 $/qram) kimi də bahalaşa bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 d. əvvəl
- 6 d. əvvəl
-
-
39 d. əvvəl
Ziraat Bank Azərbaycan çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir ®
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan-Rusiya ticarətində ciddi geriləmə - İdxal təxminən 1 milyard dollar azalıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ərzaq idxalı 1,83 milyard dollara çatıb – ümumi idxal azalsa da, ərzaq artır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Fiziki şəxslər xarici ticarətdən sürətlə çəkilir – say 16,6 min azalıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycan neftinin qiyməti 128 dolları keçib
İran müharibəsinin Pentaqona xərci 38 milyard dollara çatıb
Azərbaycanın Hindistana ümumi ixracı 249 dəfə artıb
Azərbaycan idxalının dörddə biri Çindən gəlir
Ən çox oxunanlar
Meyvə-tərəvəz ixracı 637 milyon dolları keçib
Azərbaycan eyni həcmdə qaza görə daha az gəlir əldə edib
Azərbaycanın xarici ticarət profisiti 5 dəfədən çox artıb – 8 ayda 10,4 milyard dollarlıq müsbət saldo
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid avtomobillərin gətirilməsi 60%-dən çox düşüb



























