"Azərbaycan" İES-ə qoyulan investisiya maksimum 6 ilə geri qayıdacaq"
"Azərenerji" ASC-yə məxsus "Azərbaycan" İstilik Elektrik Stansiyasına (İES) qoyulan investisiya maksimum 6 ilə geri qayıdacaq.
Bunu səhmdar cəmiyyətinin prezidenti Baba Rzayevin “Azərbaycan” qəzetində qəzetində dərc edilən “İşğaldan azad edilən bütün ərazilərdə Azərbaycan işığı yanır” adlı məqaləsində bildirib.
Onun sözlərinə görə, ölkə prezidentinin ötən ay imzaladığı sərəncam ildə 800 milyon kubmetr qaza qənaət etməyə imkan verəcək.
"Prezident İlham Əliyevin 25 oktyabr 2022-ci ildə imzaladığı sərəncama uyğun olaraq, Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası sayılan Mingəçevirdəki "Azərbaycan" İES-in ərazisində əlavə 1280 meqavat istehsal gücündə yeni generasiya mənbəyi yaradılacaq. Stansiyanın mövcud 7-ci və 8-ci enerji bloklarının 30 il müddətinə zəmanətli əsaslarla təmir edilən buxar turbinləri ilə 1 280 meqavatlıq yeni stansiyanın əlaqələndirilməsi nəticəsində ümumi güc 1 880 meqavat təşkil edəcək ki, bu da 1 kilovat-saat elektrik enerjisinin istehsalına sərf edilən şərti yanacağın 335 qramdan 225 qrama endirilməklə və hər kilovat-saatda 110 qram şərti yanacağı azaltmaqla ildə 800 milyon kub qaza qənaət olunmasına gətirib çıxaracaq. Bu isə o deməkdir ki, yeni stansiyaya qoyulan investisiya maksimum 6 ilə geri qayıdacaq. Eyni zamanda yüksək effektivliyə malik generasiya kompleksinin formalaşdırılması ilə faydalı iş əmsalı 18 % artırılaraq 56 %-ə çatdırılacaq və illik istehsal 12,5 milyard kilovat saat təşkil edəcək".
"Azərenerji" rəsmisi əlavə edib ki, yeni stansiyanın yaradılması ölkənin enerji dayanıqlılığının təmin olunması, əlavə generasiya güclərinin yaradılması, enerji tələbatının qarşılanması, ixrac imkanlarının artırılması, ətraf mühitin qorunması, elektrik enerjisinin istehsalında təbii qaza qənaət edilməsi, iqlim dəyişiklikləri ilə bağlı baş verən kataklizmlərin qarşısının alınması və regionda yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyətə malikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 d. əvvəl
- 6 d. əvvəl
-
-
39 d. əvvəl
Ziraat Bank Azərbaycan çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir ®
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan-Rusiya ticarətində ciddi geriləmə - İdxal təxminən 1 milyard dollar azalıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ərzaq idxalı 1,83 milyard dollara çatıb – ümumi idxal azalsa da, ərzaq artır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Fiziki şəxslər xarici ticarətdən sürətlə çəkilir – say 16,6 min azalıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycan neftinin qiyməti 128 dolları keçib
İran müharibəsinin Pentaqona xərci 38 milyard dollara çatıb
Azərbaycanın Hindistana ümumi ixracı 249 dəfə artıb
Azərbaycan idxalının dörddə biri Çindən gəlir
Ən çox oxunanlar
Meyvə-tərəvəz ixracı 637 milyon dolları keçib
Azərbaycan eyni həcmdə qaza görə daha az gəlir əldə edib
Azərbaycanın xarici ticarət profisiti 5 dəfədən çox artıb – 8 ayda 10,4 milyard dollarlıq müsbət saldo
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid avtomobillərin gətirilməsi 60%-dən çox düşüb


























