"Biz il ərzində 4 min ton yağ istehsalını planlaşdırırıq"

Xəbər verdiyimiz kimi, Noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Xəzər rayonunun Zirə qəsəbəsində “Abşeron Zeytun Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) regionda ən böyük zeytun yağı və süfrəlik zeytun məhsullarının emalı zavodunun açılışında iştirak edib.
Marja xəbər verir ki, Prezident İlham Əliyev əvvəlcə zeytunçuluq kompleksinin yaradılması ilə bağlı görülən işlər barədə videoçarxı izləyib.
“Abşeron Zeytun Bağları” MMC-nin nümayəndəsi Rəmzi Şükürov dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verib.
Bildirilib ki, “Abşeron Zeytun Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin zeytunçuluq kompleksi ölkəmizdə qeyri-neft sektoru və kənd təsərrüfatının inkişaf konsepsiyasının uğurla reallaşdırılmasının nəticəsidir. Layihə Azərbaycan, İspaniya, İsrail, İtaliya, Portuqaliya və Türkiyədən olan mütəxəssislərin birgə əməkdaşlığı ilə həyata keçirilib.
Sonra dövlətimizin başçısı ərazidə zeytun ağacı əkib.
Prezident İlham Əliyev avtobusla kompleksin ərazisini gəzib.
“Abşeron Zeytun Bağları” MMC-nin məsləhətçisi Murat Küçükçakır Prezident İlham Əliyevə ərazidə salınmış zeytun bağları barədə məlumat verdi.
Qeyd edilib ki, layihənin həyata keçirilməsi üçün ilkin mərhələdə inzibati cəhətdən Zirə qəsəbəsinə aid olan Qoşaqışlaq kəndi ərazisində əkinçiliyə yararsız, sərt qayalıqlı 787 hektar torpaq sahəsinin təmizlənməsi işləri aparılıb. Həmin ərazinin 697 hektarında İspaniya, Portuqaliya, Türkiyə və Yunanıstandan idxal edilmiş “Arbequina”, “Arbosana”, “İmperial”, “Gemlik”, “Manzanillo”, “Blanqueta”, “Koroneiki” və digər sortlardan ibarət zeytun bağları salınıb.
Kompleks ümumilikdə üç min hektar ərazini əhatə edir. Abadlıq işlərinin aparılması, geniş sahədə bağın salınması nəticəsində bir vaxtlar yararsız vəziyyətdə olan torpaq canlanmış, ərazinin iqlim və florası bərpa edilmişdir. Bazarın tələbatına uyğun olaraq ərazidə yağlıq, süfrəlik və qarışıq zeytun növlərində tinglər əkilib. Növbəti illərdə əkin işlərinin davam etdirilməsi və Gürgən qəsəbəsinin ərazisində 1162 hektar zeytun bağlarının salınması nəzərdə tutulur.
Prezident İlham Əliyev: Keçən il məhsul yığmışdınız?
“Abşeron Zeytun Bağları” MMC-nin məsləhətçisi Murat Küçükçakır: Bəli, keçən il də yığmışıq. Bu il gözləniləndən çox məhsul var. Bütün dünyada quraqlıq və müxtəlif səbəblərdən məhsuldarlıq az olarkən, biz bu il, İnşallah, hədəfimizi üstələyəcəyik. Çox gözəl bir il yaşayırıq. Hələ dördüncü ilimizdəyik.
Prezident İlham Əliyev: Bir hektardan nə qədər məhsul yığırsınız?
Murat Küçükçakır: Hədəfimiz bir hektardan on ton məhsul almaqdır. Bu il 2500-3000 kiloqram ətrafında olacaq. Dördüncü ildə bu rəqəmə çatmaq həqiqətən gözəl nailiyyətdir. Burada gözəl bir komandamız var. Birlikdə gözəl işlər, gözəl əməkdaşlıq şəraitində çalışırıq. Mən bu komanda ilə birlikdə bu gözəl işi görməkdən çox məmnunam.
Prezident İlham Əliyev: Çox gözəl. Bu, daxili tələbatı nə qədər ödəyəcək?
Rəmzi Şükürov: Cənab Prezident, biz il ərzində 4 min ton yağ istehsalını planlaşdırırıq. Bunun təqribən 2 min tona yaxını daxili bazar üçündür. Təbii ki, biz daxili bazarı zeytun yağı istehlakına alışdırmalıyıq. Çünki bu, çox vacibdir. Biz iki min ton məhsulu isə ixrac etməyi planlaşdırırıq.
Prezident İlham Əliyev: Boş torpaqlarda belə gözəl kompleks yaratmışıq. Burada tarix boyu heç nə bitmirdi, heç nə əkilmirdi. Amma biz hər yerdə xariqələr yaradırıq.
Rəmzi Şükürov: Cənab Prezident, artıq burada təbiət formalaşıb.
Prezident İlham Əliyev: Əlbəttə, iqlimə də müsbət təsiri olacaq, təbiətə də, insanların sağlamlığına da.
Məlumat verilib ki, 2019-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva burada olub və zeytun bağlarının salındığı ərazidə ilk zeytun ağacını əkib.
Qeyd olunub ki, bağların suvarılması məqsədilə İsrailin “Netafim” şirkəti ilə əməkdaşlıq çərçivəsində tam avtomatlaşdırılmış suvarma sistemləri qurulub.
Sonra Prezident İlham Əliyevə zavodda görülmüş işlər barədə də məlumat verilib.
Bildirilib ki, İtaliyanın “Pieralisi” şirkəti ilə əməkdaşlıq çərçivəsində ildə 4 min ton zeytun yağı istehsal etmək gücünə malik zavod qurulub. Müəssisədə beş istehsal xətti yaradılıb. Zavodda soyuq sıxım “Extra Virgin” zeytun yağı istehsal olunur.
Daha sonra Prezident İlham Əliyev müəssisədə istehsal olunan zeytun yağlarının nümunələri ilə tanış olub.
Diqqətə çatdırılıb ki, müəssisədə istehsal olunan məhsullardan nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında analiz olunub və məhsulların mövcud tələblərə uyğunluğu təsdiq edilib.
Dövlətimizin başçısı zavodu işə salıb, istehsal prosesi və laboratoriyaların işi ilə tanış olub.
Azərbaycan Prezidentinə kompleksdə istifadə olunan “New Holland” texnikası barədə məlumat verilib. Bildirilib ki, dünyanın qabaqcıl texnologiyası olan “New Holland” kombaynı ilə zeytun toplama Azərbaycanda ilk dəfə məhz “Abşeron Zeytun Bağları” MMC-də həyata keçirilir.
Prezident İlham Əliyev müəssisənin süfrəlik zeytun emalı sahəsi ilə də tanış olub.
Məlumat verilib ki, ərazidə Türkiyənin “Tutkun Makina” şirkəti ilə əməkdaşlıq çərçivəsində illik min ton xam zeytun qəbul etmə imkanı olan süfrəlik zeytun emalı sahəsi qurulub. Gələcəkdə fermentasiya çənlərinin sayını artırmaqla istehsal sahəsində məhsul buraxılışını illik 2 min tona çatdırmaq nəzərdə tutulur. Müəssisədə yaşıl, qara, çəyirdəkli və çəyirdəksiz, dilimlənmiş, içlikli, əzilmiş və s. növ süfrəlik zeytun məhsullarının istehsalı üçün imkanlar mövcuddur.
Müştərilərin xəbərləri

"PASHA Real Estate" yeni dənizkənarı özəl yaşayış kompleksini – "Mardi Mekan" layihəsini təqdim etdi
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
8 saat əvvəl
Çin avtomobilləri üçün ehtiyat hissələri istehsalıçısı Azərbaycanda
-
9 saat əvvəl
"Şirkətimizin xarici qiymətli kağızlar portfeli 600 milyon dollardan çoxdur"
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Bu ilin sonunadək Çindən Azərbaycana 400-dən çox blok-qatarın qəbulu gözlənilir"
- 9 saat əvvəl
-
10 saat əvvəl
İlk 6 ayda büdcədən hüquqi və fiziki şəxslərə 152,4 milyon manat geri qaytarılıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda get-gedə məşhurlaşır - Yeni nəsil reklam texnologiyası
Son Xəbərlər

Çin avtomobilləri üçün ehtiyat hissələri istehsalıçısı Azərbaycanda

Çinin iri şirkəti Azərbaycanda filialını yaradıb

Bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Azərbaycanda get-gedə məşhurlaşır - Yeni nəsil reklam texnologiyası

Sərhəd sığorta müqavilələrinin onlayn və sadələşdirilmiş rəsmiləşdirilməsi üçün yeni platforma istifadəyə verdildi

"Gəncə Cihazqayırma Zavodu"nun xalis mənfəəti 4 dəfədən çox artıb
.jpg)
Bileti dərhal almadan 24 və ya 72 saat mövcud qiymətlə saxla - AZAL-DAN YENİ XİDMƏT

Prezident rektor təyin etdi

Tikinti şirkəti 82 milyon manat gəlirdən 25,2 milyon manat xalis mənfəət təmin edib

35 dərəcəyədək isti olacaq - SABAHIN HAVA PROQNOZU
