Hesablama Palatasından Maliyyə Nazirliyinə irad
Dövlət büdcəsi profisitlə icra edildiyi halda Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə borclanmaya getmiş, cəlb edilmiş vəsaitlər istifadəsiz qalmış, nəticədə həmin vəsait dövlət büdcəsi üçün əlavə faiz xərcləri yaratmışdır.
"Əvvəlki rəylərimizdə də qeyd edildiyi kimi dövlət büdcəsi profisitlə icra edildiyi halda borclanmaya gedilmişdir ki, ehtiyac olmadan cəlb edilmiş borc vəsaiti qalıq vəsaitə yönəldilərək istifadəsiz qalmış, nəticədə həmin vəsait əlavə faiz xərcləri yaratmış, eyni zamanda borc öhdəliklərinin yeni borclanma ilə ödənilməsi zamanı faiz dərəcələrinin artması ehtimalını şərtləndirmişdir".
Marja.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyində vildirilir.
Qeyd edək ki, dövlət istiqrazlarının buraxılması yolu ilə vəsaitin cəlb edilməsilə Maliyyə Nazirliyi məşğul olur.
Rəydə qeyd edilib ki, növbəti ildə daxili borca xidmət xərcləri ancaq faiz ödənişləri üzrə nəzərdə tutulmuş, faiz ödənişlərinin həcmi əvvəlki illərin tendensiyasına uyğun olaraq artımla proqnozlaşdırılmışdır.
Daxili dövlət borcu üzrə ödənişlər 2023-cü il üçün 230 milyon manat məbləğində nəzərdə tutulmuşdur ki, bu, dövlət borcuna xidmətlə bağlı xərclərin ümumi məbləğinin 22,9%-nə, dövlət büdcəsi gəlirlərinin 0,8%-nə, dövlət büdcəsi xərclərinin 0,7%-nə bərabərdir. Bu, 2022-ci ilin müvafiq proqnoz göstəricisindən 2 milyon manat və ya 0,9 azdır.
2023-cü il dövlət büdcəsinin layihəsində daxili dövlət borcu üzrə əsas borc ödənişləri nəzərdə tutulmasa da, faiz ödənişləri artımla proqnozlaşdırılmışdır (ətraflı aşağıdakı cədvəldə). Faiz xərclərinin cari ilə nisbətən 4,9 milyon manat və ya 2,2% artması əvvəlki illərdə buraxılmış və cari ilin sonuna kimi emissiya ediləcək dövlət istiqrazları üzrə faiz və diskont xərclərinin və növbəti ilə nəzərdə tutulan iri həcmli emissiyanın faiz xərclərinin ödənilməsilə əlaqələndirilmişdir.
"Qeyd edək ki, yaranma mənbəyi üzrə daxili dövlət borcu üçün ödənişlər dövlət istiqrazlarının yerləşdirilməsi üzrə xərclərdən ibarətdir. Eyni zamanda qeyd olunmalıdır ki, hesabat ilinin 6 ayı ərzində emissiya olunması nəzərdə tutulan dövlət istiqrazları üzrə (1 milyard 700 milyon manat) 663,5milyon manat məbləğində nominal üzrə istiqrazlar yerləşdirilmiş, yerləşdirilmiş istiqrazlar üzrə büdcəyə 656,1 miylon manat vəsait daxil olmuş, büdcə ili ərzində qaytarılması nəzərdə tutulan istiqrazların təkrar maliyyələşdirilməsinə 366,5 milyon manat vəsait ödənilmişdir. Dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsindən 289,6 milyon manat daxil olmuş, cari ildə və əvvəlki illərdə emissiya edilmiş istiqrazlara görə dövlət büdcəsindən 88,5 milyon manat faiz və diskont məbləğinin ödənilməsinə yönəldilmişdir.
Dövlət büdcəsinin 8 aylıq icra nəticələrinə əsasən gəlirlər 20 milyard 184,7 milyon manat və ya 101,8%, xərclər isə 18 milyard 151,9 milyon manat və ya 100,4% icra edilmiş, büdcə profisiti 2 milyard 32,8 milyon manat təşkil etmişdir. Kəsirin maliyyələşdirilməsi mənbələri üzrə 8 ay ərzində 576 milyon manat, o cümlədən daxili borclanma hesabına cəlb edilmiş 380 miylon manat vəsait büdcə qalığına yönəldilmişdir. Əvvəlki rəylərimizdə də qeyd edildiyi kimi dövlət büdcəsi profisitlə icra edildiyi halda borclanmaya gedilmişdir ki, ehtiyac olmadan cəlb edilmiş borc vəsaiti qalıq vəsaitə yönəldilərək istifadəsiz qalmış, nəticədə həmin vəsait əlavə faiz xərcləri yaratmış, eyni zamanda borc öhdəliklərinin yeni borclanma ilə ödənilməsi zamanı faiz dərəcələrinin artması ehtimalını şərtləndirmişdir.
Bununla yanaşı, xarici dövlət borcunun (əsas borcun) ödənişinin daxili dövlət borcu ilə əvəzlənməsi təqdirində növbəti ilin büdcə layihəsinə uyğun olaraq büdcə kəsirinin maliyyələşdirilməsi və faktiki daxili borcun yenidən maliyyələşdirilməsi nəzərə alınmaqla təqribən 3 milyard manat dövlət qiymətli kağızlarının emissiyası tələb ediləcəkdir ki, bu da büdcənin icrası prosesindən asılı olaraq növbəti ildə borclanma həcminin əhəmiyyətli artımına təsir etməklə yanaşı, mövcud iqtisadi durumda bank kreditlərinin real sektora transformasiyasını məhdudlaşdırmaqla, geniş investor bazasına malik olmayan qiymətli kağızlar bazarında faiz artımına şərait yaratma ehtimalını yüksəltmiş olur",- Rəydə bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 saat əvvəl
Baku Steel Company 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində
-
10 saat əvvəl
“PAŞA Bank” “Kiçik sahibkarlar, böyük hədəflər” layihəsini uğurla həyata keçirib ®
-
11 saat əvvəl
Kapital Bank Qarabağ Universitetinin tələbələri üçün təqaüd proqramına start verdi
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
PAŞA Bank 30-cu “Baku Energy Week” tədbirinin əsas bank tərəfdaşı qismində çıxış edir
-
11 saat əvvəl
Sumqayıt Kimya Sənaye Parkının rezidenti ilk ixracını həyata keçirib
-
12 saat əvvəl
“Azerconnect Group” “4Sİ Akademiyası - Milli Proqram”ın tərəfdaşı oldu ®
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Biz 2030-cu ilədək qaz ixracını 8 milyard kubmetrə qədər artıracağıq"
-
13 saat əvvəl
Quba-Xəzəryanı ərazidə neft və qaz axtarılacaq - SOCAR Anlaşma imzaladı
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Son Xəbərlər

Şirkət adındakı Abşeron sözündən imtina etdi

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Sumqayıt Kimya Sənaye Parkının rezidenti ilk ixracını həyata keçirib

SOCAR “ExxonMobil” ilə Anlaşma Memorandumu imzaladı
Ən çox oxunanlar

Maliyyə naziri Asiya İnkişaf Bankının vitse-prezidenti ilə görüşüb

BOKT "İnternational" 2024-cü ili mənfəətlə başa vurub! - MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU

"Azercell abunəçilərinə tarif ödənişi əsasında fasiləsiz istifadə imkanı yaradır" - AÇIQLMA

Veysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə dəstək – 50 tələbəyə təqaüd ayrıldı

200 milyon dollarlıq layihə üzrə yekun qərar elan edildi, 230 milyon dollarlıq layihə təsdiqləndi

PAŞA Kapital-dan 1 iyuna özəl “Hər bir uşaq üçün inklüziv dünya” adlı sosial layihə ®
