“Alıcımız çoxdur, qapımıza gəlib aparırlar”
Cənub bölgəsinin ən böyük sitrusçuluq rayonlarından olan Lənkəranda feyxoa yığımı davam edir. Bu il məhsuldarlıq ürəkaçandır. Rusiya, digər MDB ölkələrinə göndərilən məhsul yaxşı qiymətə satılır.
Feyxoa əkini əsasən Lənkəranın Hirkan, Xanbulan, Vilvan, Qurunba, Rvo və Şovu ərazi nümayəndəliklərində yayılıb. Meyvə ağaclarının məhsuldarlığı onun yaşına görədir. Məsələn, 10 yaşlı ağacdan mövsüm ərzində 15-20 kiloqram məhsul yığmaq olur.
Oktyabrın əvvəllərindən bağlarda meyvə yığılır. Lənkəranlı fermer Əliheydər Həsənov deyir ki, bu il məhsul boldur: “Feyxoa elə bir ağacdır ki, qulluq etməsən yaxşı məhsul götürə bilməzsən. Şum aparırıq, peyin, gübrə veririk, alaq otlarını təmizləyirik. Bu il bağlarda məhsul yaxşıdır. On gün qabaq 2 manata, 2 manat 50 qəpiyə satırdıq. İndi bağların hamısından məhsul yığıldığına görə qiymət bir az aşağıdır. Məhsulumuz daha çox Moskva bazarlarına göndərilir. Alıcımız çoxdur, qapımıza gəlib aparırlar”.
İşçi Sürəyya Cavadova hər il bu feyxoa bağında işləyir, ağaclara qulluq edir. “Yığım zamanı iri və xırda feyxoaları çeşidləyərək ayrı-ayrı yeşiklərə tökürük. Çünki hərəsinin ayrı alıcısı olur. İşimizdən razıyıq”, - deyə o vurğulayıb.
Digər sitrus və subtropik ağaclara nisbətən feyxoa az məsrəf, qulluq tələb edir. Buna görə də daha rentabelli sayılır. Əvvəllər satışı zəif olduğuna görə bu sahəyə maraq az idi. Son illər vəziyyət dəyişib. Qurunba kənd sakini fermer Kamal Hüseynovun sözlərinə görə, əvvəllər qiymətlər yüksək olduğundan məhsulu daha çox ixrac etməyə üstünlük verirdilər: “Son 2-3 ildə MDB-yə, digər dövlətlərə göndəririk. Gəlib elə qapıda məhsulu yığırlar. Məhsul hissə-hissə yığılır. Sonra kütləvi yığım başlayır”.
Qeyd edək ki, feyxoa bağlarında yığım dekabrın əvvəllərinədək davam edəcək. Lənkəranda ümumilikdə 500 hektardan çox feyxoa bağı var ki, bunun da 80 faizi məhsuldardır.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Azərtac
Müştərilərin xəbərləri
Kağız əsaslı nəqliyyat sənədlərinin elektron formata keçirilməsi - Azərbaycanlı mütəxəssis Orxan Namazovun təqdimatı diqqət çəkib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 d. əvvəl
-
20 d. əvvəl
Bank of Baku-da SƏHİYYƏ işçilərinə özəl fürsət var: 80.000 AZN-dək kredit 0 % KOMİSSİYA ilə ®
-
- 48 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın xarici balansında qeyri-neft kəsiri yüksək olaraq qalır
-
1 saat əvvəl
Neft-qaz gəlirləri tədiyə balansını gücləndirdi – Profisit 9 milyard dolları keçdi
-
1 saat əvvəl
Azərbaycanda avtomobil bazarında ucuzlaşma davam edir – Qiymətlər avqustda da geriləyib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
-
4 saat əvvəl
Azərbaycana daxil olan xarici valyuta çıxan valyutanı 1,4 milyard dollar üstələyib
-
4 saat əvvəl
Bil Qeytsdən süni intellekt və səhiyyə ilə bağlı xəbərdarlıqlar
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Mərkəzi Bank yoxladı, məhkəmələr cərimələdi – “Azmaş lizinq”, “TAHK” və “Anex Lombard”la bağlı qərarlar
Xalq Bank və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Ovuc ilə ödənişlər artıq “Araz”da! ®
Ən çox oxunanlar
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Bil Qeytsdən süni intellekt və səhiyyə ilə bağlı xəbərdarlıqlar
2026-cı ilin ilk 6 ayında kapital və maliyyənin hərəkəti balansında 3 milyard dolıar kəsr yaranıb
Fitch SOCAR-ın İtaliyadakı alışını müsbət qiymətləndirdi


























