Xaricilər Azərbaycana gəlmədən MMC yaradıb, bankda hesab aça biləcəklər
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə Rəqəmsal Ticarət Qovşağının təqdimatı mərasimi keçirilib.
İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı açılış nitqi ilə çıxış edərək bildirib ki, Rəqəmsal Ticarət Qovşağı Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin kəsişməsində keyfiyyətcə yeni rolunu müəyyən edir:
“Azərbaycan faktiki olaraq müsəlman və türk aləmində ilk rəqəmsal ticarət qovşağını təqdim edir. Böyük Britaniya, Estoniya, Malayziya və başqa ölkələrin qabaqcıl təcrübəsi nəzərə alınıb. Cənab Prezidentin rəhbərliyi ilə aparılan kompleks iqtisadi islahatların tərkib hissəsi kimi Rəqəmsal Ticarət Qovşağı regional əhəmiyyət daşıyır.”
Daha sonra Azexport portalının rəhbəri Zaur Qardaşov Rəqəmsal Ticarət Qovşağının elektron versiyasının təqdimatını edib. Zaur Qardaşov bildirib ki, Rəqəmsal Ticarət Qovşağı elektron pul kisəsi və elektron imza, o cümlədən ASAN imzanı qeyri-rezidentlərə təqdim etməklə sahibkarların xarici tərəfdaşlarla əlaqələrini daha da asanlaşdıracaq. Bundan başqa Qovşaq qeyri-rezidentlərə elektron imza, o cümlədən, ASAN imzadan istifadə edərək, Azərbaycanda müəssisə, bank hesabları açmağa, idxal-ixrac əməliyyatları həyata keçirməyə imkan verəcək. Portal vasitəsi ilə bu əməliyyatların elektron qaydada reallaşdırılması qaydaları sahibkarlara təqdim olundu.
İqtisadiyyat nazirinin müavini Sahil Babayev qeyd edib ki, Azərbaycan Rəqəmsal Ticarət Qovşağının fəaliyyətə başlaması ölkə iqtisadiyyatında ixracın genişləndirilməsi, investiyaların cəlbi baxımından əhəmiyyətlidir.
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev isə bildirib ki, sahibkarların qlobal bazarlara çıxması və yeni texnologiyalardan faydalanması baxımından Rəqəmsal Ticarət Qovşağı vacib rola malikdir.
Rəqəmsal Ticarət Qovşağının təqdimat mərasimində Azexport portalı, Rəqəmsal Ticarət Qovşağı ilə bağlı bir neçə tanıtım çarxı nümayiş etdirildi. Bunlardan biri sahibkarların Azexport portalına cəlb edilməsi məqsədi daşıyırdı. Diqqət çəkən məqam o idi ki, bu çarx Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bundan öncə Azexport portalı ilə bağlı söylədiyi fikirlər və dövlət başçısının sahibkarlara çağırışı üzərində qurulub. Video çarxda dövlətin bu portal vasitəsilə sahibkarlara yaratdığı imkanlar konkret faktlar əsasında təsvir olunur. Digər çarx Rəqəmsal Ticarət Qovşağının mahiyyətini və onun yaratdığı perspektivləri əks etdirir. Iqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı başqa bir çarxda Qovşaqla bağlı Estoniyanın Dövlət İdarəçiliyi naziri Mixail Korb, “Silikon Vadisi”nin nümayəndəsi İngrid Rosten, ABŞ-ın Corctaun Universitetinin təmsilçisi Sam Potolikkio, Almaniya Şərqi Avropa İqtisadi Əlaqələri Komitəsinin icraçı direktoru Maykl Harms kimi tanınmışlar Rəqəmsal Ticarət Qovçağı barədə öz rəy və proqnozlarını bildiriblər. Bu fikirlərdə Rəqəmsal Ticarət Qovşağının qısa zaman kəsiyində nəzərdə tutulduğu kimi beynəlxalq bir layihəyə çevriləcəyi əks olunub. Sonuncu çarx isə Azexport portalının bir növ imic reklamıdır. Bu çarxda Azərbaycanın tanınmış ziyalıları, mədəniyyət xadimləri – Çingiz Abdullayev, Fəxriyyə Xələfova, Faiq Ağayev, Rahib Azəri portalı tanıtımını həyata keçirirlər. Bu şəxslərin hamısı Azexport portalını Azərbaycanda və xaricdə təmsil edən ”ulduz səfirlər”dir. Çarxda hər bir Azərbaycan sahibkarına bu portalda təmsil olunmağa çağırış var. Eyni zamanda Azexport-un bir Azərbaycan brendi olduğu və onda ölkəmizdə istehsal olunan ən yaxşı malların toplandığı göstərilir. Başqa sözlə çarxda Azexport portalı məcazi mənada Azərbaycanın qeyri-neft sektorunun siması kimi təqdim olunur.
Rəqəmsal Ticarət Qovşağının təqdimatı mərasiminin sonunda iştirakçıların təqdimatla bağlı sualları cavablandırılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə yaradılan Rəqəmsal Ticarət Qovşağının operatoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir.
XXX
Bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycan Sahibkarlar (Işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə Rəqəmsal Ticarət Qovşağının təqdimatı keçirilib.
İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı Rəqəmsal Ticarət Qovşağının Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin kəsiməsində keyfiyyətcə yeni rolunu müəyyən etdiyini bildirib. O qeyd edib ki, Azərbaycan faktiki olaraq müsəlman və türk aləmində ilk rəqəmsal ticarət qovşağını təqdim edir.
V.Qasımlının sözlərinə görə, qovşaq yaradılarkən Böyük Britaniya, Estoniya, Malayziya və başqa ölkələrin qabaqcıl təcrübəsi nəzərə alınıb: "Azərbaycandan əvvəl belə qovşağı yalnız Böyük Britaniya 2016-cı ildə təqdim edib".
"Rəqəmsal Ticarət Qovşağı bir neçə istiqamətdə fəaliyyət göstərəcək. İlk növbədə, Azərbaycanda elektron imzaların, o cümlədən ASAN-İmzanın qeyri-rezidentlərə təqdim edilməsi həyata keçiriləcək. Bu o deməkdir ki, istənilən şəxs Azərbaycana gəlmədən Azərbaycanın elektron imzasını, eyni zamanda ASAN-İmzanı bu qovşaq üzərindən əldə edə biləcək. Bu imkan verəcək ki, qeyri-rezident imzaları əldə etdikdən sonra Azərbaycanda bütün əməliyyatları həyata keçirsin, MMC yaratsın, bankda hesab açsın, idxal-ixrac əməliyyatları həyat keçirsin. Bu, həm də Azərbaycanda ixracın genişlənməsi, investisiyaların cəlb edilməsi baxımından mühüm əhəmiyyət kəsb edəcək", - deyə İİTKM başçısı qeyd edib.
Onun sözlərinə görə, Qovşaq çərçivəsində İİTKM həm də ixracın vahid pəncərəsini onlayn qaydada təqdim edir.
15 AYLIQ KREDİT GÖTÜR, 12 AYIN FAİZİNİ ÖDƏ!
© Report
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 ay sonra
Aviabilet • Otel axtarışı • Qrup səyahətləri • Turlar - Xidmətlər bir arada
-
7 saat sonra
30 000 AZN mükafat fondu - Potensialı yüksək olan ideyalara dəstək göstəriləcək
- 15 saat əvvəl
-
-
16 saat əvvəl
Sement istehsalçısı "Holcim (Azərbaycan)" xalis mənfəətini bölüşdürəcək
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"İlk dəfə 30 mindən artıq vətəndaş ABB-nin gəlirlərindən öz qazanc payını alacaq"
-
1 gün əvvəl
Toğrul Məmmədov “Pro Leasing” şirkətinin Baş direktoru təyin olunub
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dövlət Xidməti "Sovetski"dəki tarixi binanın taleyi ilə bağlı qərar verib
- 1 gün əvvəl

Balakəndə sərnişin kanat yolu tikiləcək - SƏRƏNCAM

Gömrük Komitəsidən “Lion Centre” açıqlaması - Qiymətlərin azaldılması, gömrük ödənişlərindən yayınma aşkar edilib

Dolların 12 may üçün rəsmi məzənnəsi müəyyən olunub

“AFB Bank”da Biznes bankçılıq üzrə müşavir təyinatı

“Baku Flames” festivalı dünyanın aparıcı reklam və yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirib

Azərbaycanda ilk dəfə keçirilən ecomX e-ticarət proqramının 1-ci mərhələsi uğurla başa çatıb

AZAL-ın Bakı-Moskva reysləri təxirə salınıb
