Dollar sürətlə ucuzlaşır - Avro/Dollar 1.14-ü keçdi
Avro, ilin əvvəlində çox az ehtimal edilən yüksəlişini davam etdirir.
"Marja" xəbər verir ki, siyasi risklərin azalması və pul siyasətinin aydınlaşması ilə əlaqədar olaraq Avro bahalaşır. Avropa Mərkəzi Bankının sədri (AMB) Mario Draghi deflyasiya risklərinin azaldığına işarə edib. Bank, monetar təşviqi (qiymətli kağız alışını) azalda və faiz dərəcələrini qaldırmağa başlaya bilər. Bu da Avronun bahalaşması ilə nəticələnir.
Digər tərəfdən, ABŞ Prezidenti Donald Tarump-a olan etimadın azalması Dolları zəiflədir. Məsələn, ABŞ-da səhiyyə islahatı səsverməsinin təxirə salınması Dolları G-10 pullarının hamısı qarşısında dəyərdən düşməsinə səbəb oldu. Təxirsalma ilə, Trump hökumətinin gücünə dair şübhələri artıb. Tramp söz verdiyi siyasətləri həyata keçirməkdə çətinliklər ilə üzləşə bilər. Hər bir islahat üçün Senatın razılışığını almaq lazımdır.
Bakı vaxtı ilə saat 07:30-a olan məlumata görə, Avro/dollar məzənnəsi 0.25 faiz qalxaraq 1.1406 səviyyəsinə çıxıb. İlin əvvəlindən bəri Avro Dollar qarşısında 9%-ə yaxın dəyər qazanıb. Son 3 gündə Avro 2,5% bahalaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 17 d. əvvəl
- 52 d. əvvəl
-
-
54 d. əvvəl
Azərbaycan-Rusiya ticarətində ciddi geriləmə - İdxal təxminən 1 milyard dollar azalıb
- 56 d. əvvəl
-
1 saat əvvəl
Ərzaq idxalı 1,83 milyard dollara çatıb – ümumi idxal azalsa da, ərzaq artır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Fiziki şəxslər xarici ticarətdən sürətlə çəkilir – say 16,6 min azalıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid avtomobillərin gətirilməsi 60%-dən çox düşüb
-
15 saat əvvəl
4 şəhərlərarası, 2 şəhərətrafı marşrut üzrə qaliblər müəyyən edilib - ADLARI
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanın Hindistana ümumi ixracı 249 dəfə artıb
Azərbaycan eyni həcmdə qaza görə daha az gəlir əldə edib
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarət profisiti 5 dəfədən çox artıb – 8 ayda 10,4 milyard dollarlıq müsbət saldo
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid avtomobillərin gətirilməsi 60%-dən çox düşüb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






























