“Vergitutma” indikatoru üzrə Yol Xəritəsinin təqdimatı keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” işçi qrupunun iclası keçirilib.
Xidmətin yaydığı məlumatda bildirilir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Ədliyyə Nazirliyi, Dövlət Vergi Xidməti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Auditorlar Palatası, Milli Elmlər Akademiyası, həmçinin işçi qrupa daxil olan bir sıra ictimai birliklər, biznes assosiasiyaları və aparıcı konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər. İclasda Dünya Bankı Qrupunun “Әlverişli biznes mühiti” layihәsinin “Vergitutma” indikatoru üzrə Yol Xəritəsinin təqdimatı keçirilib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev qurumun fəaliyyəti barədə məlumat verərək bildirib ki, ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması məqsədi daşıyan Komissiyanın tərkibində 22 işçi qrup fəaliyyət göstərir. Dünya Bankının “Әlverişli biznes mühiti” layihəsi barədə danışan V.Şıxəliyev qeyd edib ki, əgər əvvəllər biznes mühitinin dəyərləndirilməsi zamanı diqqət daha çox mikro və kiçik sahibkarlıq subyektlərinə yönəlirdisə, indi ölkədə biznes sahələrinin funksionallığı, bütövlükdə özəl sektorun inkişafına təsir göstərən biznes qaydaları və dövlət xidmətlərin müqayisəli qiymətləndirilməsi xüsusi önəm daşıyır. “Әlverişli biznes mühiti” layihəsi biznes mühitinin əlverişliliyini 3 mərhələdən ibarət olmaqla 10 indikator əsasında qiymətləndirəcək və bütün indikatorlarda müvafiq sahələrdə rəqəmsal texnologiyaların tətbiqi və ekoloji dayanıqlılıq məsələlərinə diqqət yetiriləcək. Bu məqsədlə konsepsiya komponentləri əsasında müvafiq sahələrin ilkin qiymətləndirməsi, təhlili və diaqnostikası aparılıb, Yol Xəritələri və diaqnostika matrisaları tərtib edilib. V.Şıxəliyev bildirib ki, Yol Xəritələrinin geniş ictimai müzakirəsinin təşkili və həyata keçiriləcək tədbirlər barədə maraqlı tərəflərin məlumatlandırılması, biznes sahələri üzrə təklif və rəylərin innovativ platformalar vasitəsilə toplanması, islahat təkliflərinin hazırlanması prosesinə özəl sektor nümayəndələrinin yaxından cəlb olunması, dövlət-biznes dialoqunun genişləndirilməsi və kommunikasiya tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini, İşçi qrupun rəhbəri İlkin Vəliyev iclas iştirakçılarına “Vergitutma” indikatoru üzrə Yol Xəritəsi, onun alt indikatorları və komponentləri barədə ümumi məlumat verib, qarşıdakı dövrdə müvafiq qaydaların keyfiyyəti, vergi administrasiyası tərəfindən təqdim edilən xidmətlər, vergi yükü və vergi sistemlərinin səmərəliliyi alt indikatorları üzrə ümumilkdə 54 tədbirin həyata keçiriləcəyini vurğulayıb.
İşçi qrupun rəhbərinin müavini, Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin təqdimatını edib və qarşıda duran vəzifələr barədə danışıb. 2022-2023-cü illərdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər haqda ətraflı məlumat verən baş idarə rəisi müvafiq sahədə təkmilləşdirmə işlərinin həyata keçirilməsi üçün diaqnostika matrisasının hazırlandığını da diqqətə çatdırıb.
“Ernst & Young Holdings (CIS) B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndələri Arzu Hacıyeva və Məmməd Balacanov Yol Xəritəsi üzrə inkişaf və təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsində özəl sektorun rolunu vurğulayıblar, İşçi qrup çərçivəsində bu sahədə bir sıra məsələlərin müzakirəsini təklif ediblər.
Azərbaycandakı Amerika Ticarət Palatasının (AMCHAM) icraçı direktoru Gülnarə Aslanbəyli dövlət-biznes dialoqunun əhəmiyyətini diqqətə çatdırıb, vergi mühitinin yaxşılaşdırılmasında İşçi qrupun effektiv platforma olacağına əminliyini ifadə edib.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin İşçi qrup üzvləri tərəfindən dəyərləndiriləcəyini, təkmilləşdirmələrin aparılması üçün növbəti iclaslarda təkliflərin hazırlanacağını qeyd edib.
DVX-nin rəis müavini İlkin Vəliyev İşçi qrupun səmərəli fəaliyyət göstərəcəyinə əminliyini, özəl sektor, sahibkarların ictimai birlikləri və konsaltinq şirkətləri tərəfindən təqdim ediləcək bütün təkliflərin müzakirəsinə açıq olduqlarını bildirib.
Qeyd edək ki, Dünya Bankı Qrupunun “Әlverişli biznes mühiti” layihәsinin “Vergitutma” indikatoru üzrə 2022-2023-cü illər üzrə Yol Xəritəsi Azərbaycanın Nazirlər Kabineti tərəfindən təsdiq edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 6 saat əvvəl
-
6 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
8 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 8 saat əvvəl
-
8 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb


















