Gənc şirkətdən yüksək nəticələr - "AZƏRŞƏKƏR” 5 İLLİYİNİ QEYD EDİR
Hal-hazırda şirkətdə 350 nəfər işçi çalışır, əkinçilik işləri üçün 23 milyon manatdan çox vəsait yatırılmışdır.2017-ci ildə təsis edilmiş AzərŞəkər MMC ölkəmizin ayrı-ayrı rayonlarında əkin sahələrinə yatırım etməklə, müxtəlif növ kənd təsərrüfatı məhsullarının istehsalına başlayıb.
Hazırda şirkət ən son texnologiyalardan istifadə etməklə əkinçilik, heyvandarlıq, bağçılıq və kənd təsərrüfatı laboratoriyası istiqamətlərində fəaliyyətini davam etdirir. Şəmkir, Yevlax, Ağcabədi, Füzuli, Ağdam raonlarında yerləşən təssərüfatlarındakı kənd təsərrrüfatı fəaliyyəti ilə ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
2019-cu ildən etibarən şirkətin nəzdində müasir yanaşmalara əsaslanan “AgroLab” kənd təsərrüfatı laboratoriyası fəaliyyət göstərməkdədir. 2021-ci ildə isə “Azərşəkər” MMC və “Agrobay Seracılık” şirkətlərinin müştərək heyvandarlıq və əkinçilik aqroparkı olan "Dastan Agro"nun əsası qoyulub.
Şirkət qısa müddətdə yaranmasına baxmayaraq şəkər çuğunduru, arpa və buğda istehsalında ölkə üzrə yüksək nəticələr əldə edib. Bundan əlavə ilk dəfə pivəlik arpa yetişdirilməsinə başlanılıb.
Cari əkin mövsümündə Şəmkir və Yevlax rayonlarında müasir suvarma təminatlı təsərrüfatlarımızda 4000 hektar sahədə, ümumilikdə isə 4751 hektar sahədə taxıl, şəkər çuğunduru, soya və qarğıdalı becərilməsini həyata keçirməkdədir. 2022-ci ilin sonuna kimi Şəmkir, Yevlax, Ağcabədi, Füzuli, Ağdam rayonlarında, toplam 4654 hektara yaxın ərazinin müasir suvarma və digər müasir infrastruktur sistemi ilə təchizatı üçün 65 milyon manata yaxın vəsait yatıracaqdır. Hal-hazırda şirkətdə 350 nəfər işçi çalışır, əkinçilik işləri üçün 23 milyon manatdan çox vəsait yatırılmışdır.
Hədəfimiz dünyada mövcud olan qabaqcıl texnologiyanı uğurla tətbiq edərək, yüksək effektivli idarəetməyə malik aqroholdinq kimi fəaliyyət göstərməkdir. “Azərşəkər” olaraq anlayırıq ki, bu yolla ölkəmizin iqtisadi inkişafının dayanıqlığına, iqtisadi müstəqilliyinə töhfə vermiş olacağıq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 gün sonra
-
13 saat sonra
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
-
32 d. əvvəl
PAŞA Bank biznes kreditləri üzrə yeni kampaniyaya start verir
-
-
33 d. əvvəl
Sea Breeze-də fəaliyyət göstərəcək kazino kütləvi işə qəbula başlayıb
- 51 d. əvvəl
-
53 d. əvvəl
Azərbaycanın tütün nəhəngi ixracını 10 milyon dollardan çox artırıb
- 57 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xalq Bank “Əmanət” lotereyasının 1-ci tirajının qaliblərini mükafatlandırdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
PAŞA Bank biznes kreditləri üzrə yeni kampaniyaya start verir
Azərbaycanın tütün nəhəngi ixracını 10 milyon dollardan çox artırıb
AZAL Türkiyənin Qars şəhərinə ilk reysini həyata keçirib
Azərbaycanın yükdaşıma nəhəngindən yeni ixrac rekordu
AGRARCO ixracını 230 faizdən çox artırıb
Azərbaycanın ixrac reytinqində yeni yüksələn "ulduz" - Sıfırdan 32,5 milyon dollara
Azərbaycanın polad nəhəngi ixracını kəskin artırıb
Prezident İlham Əliyev Qırğızıstana getdi














.webp)








