bp ACE layihəsində daha bir uğura nail olub - iki nəhəng qazma modulu...
Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağının operatoru kimi bp bildirir ki, AÇG-nin işlənməsinin növbəti mərhələsi olan Azəri Mərkəzi Şərqi (ACE) layihəsi çərçivəsində iki nəhəng qazma modulu təhlükəsiz və səmərəli şəkildə lazımi yüksəkliyə qaldırılaraq relslərlə sürüşdürmə üsulu ilə hal-hazırda tikilməkdə olan ACE üst tikililər blokunun üzərinə yerləşdirib.
İki qazma modulu bunlardır: çəkisi 2350 ton, uzunluğu 43m, eni 20m və hündürlüyü 20m olan modullu qazmaya dəstək modulu (MQDM) və çəkisi 2400 ton, uzunluğu 32m, eni 22m, hündürlüyü 80m olan qazma avadanlığı dəsti (QAD). Bu iki qazma modulu ACE-in üst tikililər blokundan kənarda “qaldırma və sürüşdürmə” əməliyyatınadək ayrıca inşa olunub. Modullar Bibiheybətdəki istehsalat-quraşdırma sahəsində inşa edilib.
ACE layihəsinin baş meneceri Nil Fillips: “Bu, bp-nin Xəzərdə ilk dəfə icra etdiyi və dəqiqliklə planlaşdırılmış mürəkkəb bir əməliyyat idi. Əməliyyat prosesi belə oldu - əvvəlcə modulları üst tikililərin göyərtəsinin yanında olan əsas qaldırma yerinə aparmaq üçün onların altına özü hərəkət edən qoşqular yerləşdirildi və bu qoşqularla modullar göyərtənin yanında aparıldı, sonra modulların altına əlavə polad kasetlər yerləşdirməklə onlar təxminən 27 metr lazım olan hündürlüyə qaldırıldı. Bundan sonra hidravlik itələyici domkratlar vasitəsilə modullar göyərtənin üzərinə sürüşdürüldü və öz daimi mövqelərinə yerləşdirildi. Bu, unikal əməliyyatı təhlükəsiz şəkildə və qrafiki qabaqlayaraq həyata keçirdiyimiz üçün çox qürurluyuq. Bu, bizə modulun inteqrasiyasından əvvəl istismar sınağına başlamaq imkanı yaradıb.”
bp-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionu, həmçinin Rusiya, Misir və Oman üçün layihələr üzrə vitse-prezidenti Kahal Kelli dedi: “İki qazma qurğusunun ACE-in üst tikililər göyərtəsinə qaldırılması və uğurlu inteqrasiyası ACE layihəsinin tam başa çatdırılması istiqamətində nail olunmuş əlamətdar hadisədir. Bu əməliyyatın uğurla yerinə yetirilməsi Azfen, NOV, SOCAR-KBR və Mammoet daxil olmaqla ACE layihəsinin podratçıları ilə sıx əməkdaşlıqda aparılmış təxminən dörd illik mühəndis-layihələndirmə və istehsal işlərinin nəticəsidir. Bu mühüm nailiyyətdə əməyi olan hər kəsə təşəkkür edirəm.”
Bəxtiyar Aslanbəyli, bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti, dedi: “AÇG yatağından hasilatın səmərəli şəkildə idarə olunması istiqamətində göstərdiyimiz səylərə dəstək olacaq növbəti AÇG platforması - ACE platformasının istismara verilməsi üzrə işlər plana uyğun irəliləməkdədir. 2017-ci ildə biz AÇG üzrə sazişi əsrin ortalarınadək uzatdıq və Azərbaycanın uzunmüddətli enerji tərəfdaşı olaraq AÇG əməliyyatlarını təhlükəsiz, səmərəli və etibarlı şəkildə davam etdirmək öhdəliyimizə sadiqik.
“Biz Azərbaycanda 30 ildir fəaliyyət göstəririk və ən azı növbəti üç onillik ərzində də burada olacağıq ki, bu ölkənin hökuməti, SOCAR və tərəfdaşlarımızla birgə işləyərək yeni sərmayələr, texnologiyalar və yeni birgə səylər vasitəsilə AÇG-nin uzunmüddətli istismar potensialını reallaşdıraq.”
ACE layihəsi üzrə işlər ümumilikdə 75% tamamlanıb və hazırda ən yüksək həddədir. Bu işlərə Bakı, Avropa və Birləşmiş Krallıqda 5000 nəfər insan cəlb olunub ki, onların da əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.
Qeyd edək ki, AÇG-də iştirak payları belədir: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%).
2022-ci il ərzində AÇG üzrə əməliyyatlar təhlükəsiz və etibarlı şəkildə davam edib. İlk neft hasilatından bəri AÇG-dən ümumilikdə təxminən 4,1 milyard barel neft hasil olunub.
Birinci rüb üçün AÇG-dən ümumi hasilat gündə orta hesabla 434 000 barel və ya ümumilikdə təxminən 39 milyon barel, yəni 5 milyon ton olub. Birinci rüb ərzində AÇG-dən Azərbaycan dövlətinə gündə orta hesabla 12 milyon kubmetr, ümumilikdə isə 1 milyard kubmetr səmt qazı təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.
Rübün sonunda AÇG-də ümumilikdə 137 neft hasilat quyusu, 37 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
23 d. əvvəl
“İrşad” yeni dərs ilinə özəl qiymətləri endirir – Bəzi məhsullarda endirim 70%-ə çatır ®
-
50 d. əvvəl
Çin şirkətinin Azərbaycandakı ilk enerji layihəsi istifadəyə verildi
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Şəhərin tam mərkəzində mənzil almaq istəyənlər üçün əla fürsət ®
-
2 saat əvvəl
Azərbaycandan fındıq ixracının həcmi 22% azalıb, gəlir isə 19,5% artıb
-
2 saat əvvəl
30 gün, 30 000 kilometr: JAECOO J8 SHS Azərbaycanda canlı yayımda sınaqdan keçdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Pomidor ixracının həcmi azalıb, gəlir 15 milyon dollar artıb
-
2 saat əvvəl
Azərbaycanın neft və neft məhsulları ixracından gəliri artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
“İrşad” yeni dərs ilinə özəl qiymətləri endirir – Bəzi məhsullarda endirim 70%-ə çatır ®
Çin şirkətinin Azərbaycandakı ilk enerji layihəsi istifadəyə verildi
Alma ixracı azalıb, gəlir isə yüksəlib
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
Pomidor ixracının həcmi azalıb, gəlir 15 milyon dollar artıb
Ən çox oxunanlar
Azərbaycanın neft və neft məhsulları ixracından gəliri artıb
Azərbaycan neftinin qiyməti 128 dolları keçib
İran müharibəsinin Pentaqona xərci 38 milyard dollara çatıb
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanın Hindistana ümumi ixracı 249 dəfə artıb
Azərbaycan-Rusiya ticarətində ciddi geriləmə - İdxal təxminən 1 milyard dollar azalıb



























