Bakıda övladlarınız ilə gedə biləcəyiniz fərqli mərkəz – HƏM İDMAN, HƏM DƏ İSTİRAHƏT
Bakı Atıcılıq Mərkəzi həm aktiv istirahət etmək istəyənlər, həm də bu idmanla məşğul olanlar üçündür. Atıcılığa marağı olan hər kəs bu mərkəzə üz tuta bilər.
Bu gün yerli əhali arasında bu sahəyə maraq az olsa da, turistlər bu idman növü ilə məşğul olmağı sevirlər.
Hansısa idman növündə yaxşı idmançıların yetişməsi bu sahəyə kütləvi marağın artmasından da asılıdır.
Bakı Atıcılıq Mərkəzində aktiv istirahət üçün hər cür şərait var.
Əvvəlcə peşəkarlar tərəfindən atıcılıqla bağlı bütün qaydalar izah olunur. Təhlükəsizlik qaydaları tam şəkildə təmin edildikdən sonra hədəfləri nişana almaq olar.
İndiyədək bu Mərkəzdə idmanın bu növü üzrə bir sıra beynəlxalq yarışlar və ölkədaxili turnirlər keçirilib.
Jurnalistlər arasında keçirilmiş "Sərrast jurnalist" turnirinin məqsədi isə bir qədər fərqli idi. Bakı Atıcılıq Mərkəzinin direktoru Tamerlan Hacıyev deyib ki, bu cür turnirlərin keçirilməsində məqsəd bu idman növünün daha geniş təbliğ edilməsidir:
"Bu gün Bakı Atıcılıq Mərkəzində media nümayəndələri arasında "Sərrast jurnalist"adlı maraqlı turnir keçirilib. Keçirilən turnirə müxtəlif media orqanlarından 50-yə yaxın jurnalist qeydiyyatdan keçib. Turnirin keçirilməsində məqsəd idmanın bu növünə marağın artmasına şərait yaratmaq və bu sahə ilə maraqlanan jurnalistləri Bakı Atıcılıq Mərkəzi ilə tanış etməkdir.
Bu gün bu sahəyə turistlər arasında daha çox maraq var. Biz istərdik ki, yerli əhali arasında da bu idman növünə marağı artıraq. Vətəndaşlarımız arasında da bu sahəyə marağın artması bizim beynəlxalq turnirlərdə daha çox peşəkar atıcı tərəfindən təmsil olunmağımız deməkdir.
Həftə içi, eləcə də həftə sonları mərkəzə gələrək övladlarınızın bu idman növü ilə məşğul olmasına, özünüzün istirahətinə nail ola bilərsiniz".
"Sərrast jurnalist" turnirinin qalibi isə "Space TV"nin nümayəndəsi Kamal Hüseynli, ikinci yerin qalibi Azad Azərbaycan Teleradio şirkətinin əməkdaşı Təbriz Abdullayev, 3-cü yerin qalibi "Yeniçağ" media qrupunun jurnalisti Səxavət Məmməd olub.
Qeyd edək ki, 2015-ci ildə istifadəyə verilmiş Bakı Atıcılıq Mərkəzi 20 hektaradək sahəni əhatə etməklə, infrastrukturu və təchizatı ilə Avropanın ən yaxşı 4 mərkəzindən biri hesab olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 19 d. əvvəl
- 54 d. əvvəl
-
-
56 d. əvvəl
Azərbaycan-Rusiya ticarətində ciddi geriləmə - İdxal təxminən 1 milyard dollar azalıb
- 58 d. əvvəl
-
1 saat əvvəl
Ərzaq idxalı 1,83 milyard dollara çatıb – ümumi idxal azalsa da, ərzaq artır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Fiziki şəxslər xarici ticarətdən sürətlə çəkilir – say 16,6 min azalıb
- 13 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid avtomobillərin gətirilməsi 60%-dən çox düşüb
-
16 saat əvvəl
4 şəhərlərarası, 2 şəhərətrafı marşrut üzrə qaliblər müəyyən edilib - ADLARI
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanın Hindistana ümumi ixracı 249 dəfə artıb
Azərbaycan eyni həcmdə qaza görə daha az gəlir əldə edib
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarət profisiti 5 dəfədən çox artıb – 8 ayda 10,4 milyard dollarlıq müsbət saldo
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid avtomobillərin gətirilməsi 60%-dən çox düşüb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






























