“AzerGold” qızıl və gümüş hasilatı həcmlərini açıqladı - XARİCƏ 58,4 MİLYON MANATLIQ SATIŞ
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən 2022-ci ilin may ayında 5.1 min unsiya qızıl, 13.9 min unsiya gümüş, cari ilin ilk 5 ayında isə 20.3 min unsiya qızıl, 67.8 min unsiya gümüş hasilatı həyata keçirilib.
Şirkətin yaydığı məlumata görə, ötən ay ərzində 4.8 min unsiya qızıl, 11.4 min unsiya gümüş ixrac edilib. Yanvar-may aylarında isə ümumilikdə 17.3 min unsiya qızıl, 52.3 min unsiya gümüşün beynəlxalq birjalarda satışı nəticəsində ölkə iqtisadiyyatına 58.4 milyon manat dəyərində vəsait cəlb edilib. Bununla QSC-nin 2022-ci il üzrə hasilat və ixrac planlarına uyğun olaraq ilk 5 ay üzrə fəaliyyəti tam təmin edilib.
Qeyd edilib ki, cari ilin yanvar-may ayları ərzində əldə edilən hasilat və ixrac rəqəmlərinin ötən ilin müvafiq dövrü ilə müqayisədə müəyyən qədər planlı azalması Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinin (ÇİRES) istehsalat xəttində həyata keçirilən optimizasiya işləri ilə əlaqədardır. Belə ki, mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və dayanıqlı hasilatın təmin edilməsi məqsədilə cari il ərzində icra olunan yenidənqurma işləri çərçivəsində ÇİRES-də mövcud qırıcı və konveyer xətlərinin süxurkeçirmə qabiliyyəti artırılaraq, müəssisənin istehsal imkanları yüksəldilib. Nəticədə, əvvəlcə xırdalama sahəsində saatda 210 ton filiz emal edilirdisə, optimizasiya işlərindən sonra qeyd olunan həcmin 43% artırılaraq saatda 300 tona çatdırılmasına nail olunub. Beləliklə, optimizasiya işləri hasilat və ixracatın cari ilin 3-cü rübündən etibarən artırılmasına və ötən ilin yekun göstəricilərindən daha artıq icra edilməsinə imkan yaradacaqdır.
Qeyd edək ki, hazırda mövcud topa aşındırma üsulu ilə işləyən emal zavoduna əlavə olaraq, tranzit və sulfid filizlərinin emalı üçün çən aşındırma üsulu (Carbon in Leach - CIL) ilə fəaliyyət göstərəcək yeni emal zavodunun tikintisi də sürətlə davam etdirilir. 2022-ci ilin sonu-2023-cü ilin əvvəlində istismara veriləcək zavodda “Çovdar” yatağının sulfid mərhələsi üzrə hasil ediləcək filizlər, “Mərəh”, “Ağyoxuş-2”, “Tülallar” və onun cinah sahələrindən çıxarılacaq filiz süxurlarının emal edilməsi planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 d. əvvəl
Yarım milyon manata yaxın ziyan işi – “Moon Kids” direktoruna 5 il 6 ay şərti cəza
- 19 d. əvvəl
-
-
27 d. əvvəl
Peşə təhsilində yeni mərhələ – Dağ-mədən üzrə rəqəmsal kurs təqdim olunacaq
- 31 d. əvvəl
-
1 saat əvvəl
“İrşad” yeni dərs ilinə özəl qiymətləri endirir – Bəzi məhsullarda endirim 70%-ə çatır ®
-
1 saat əvvəl
Çin şirkətinin Azərbaycandakı ilk enerji layihəsi istifadəyə verildi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şəhərin tam mərkəzində mənzil almaq istəyənlər üçün əla fürsət ®
-
2 saat əvvəl
Azərbaycandan fındıq ixracının həcmi 22% azalıb, gəlir isə 19,5% artıb
-
3 saat əvvəl
30 gün, 30 000 kilometr: JAECOO J8 SHS Azərbaycanda canlı yayımda sınaqdan keçdi
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Pambıq lifi ixracı 149 milyon dollara yaxınlaşıb
“İrşad” yeni dərs ilinə özəl qiymətləri endirir – Bəzi məhsullarda endirim 70%-ə çatır ®
Alma ixracı azalıb, gəlir isə yüksəlib
Şəhərin tam mərkəzində mənzil almaq istəyənlər üçün əla fürsət ®
Ən çox oxunanlar
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
Pomidor ixracının həcmi azalıb, gəlir 15 milyon dollar artıb
Azərbaycanın neft və neft məhsulları ixracından gəliri artıb
Azərbaycan neftinin qiyməti 128 dolları keçib
İran müharibəsinin Pentaqona xərci 38 milyard dollara çatıb


























