“Buta” Klinikası bəyanat yaydı – “Klinika hazırda öz fəaliyyətini davam etdirir ”
Paytaxtın Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Buta” klinikası bəzi mətbuat orqanlarında klinikanın fəaliyyətinin dayandırılması ilə bağlı yayılan iddialara münasibət bildirib.
Klinikanın İctimaiyyətlə Əlaqələr departamentindən MArja yaverilən məlumata görə, klinika hazırda öz fəaliyyətini davam etdirir və bütün personalı ilə iş başındadır.
Bəyanatda deyilir:
24.06.2022-ci il tarixdə bəzi Kütləvi İnformasiya Vasitələrində (KİV) və sosial media hesablarında klinikamızda Fövqəladə Hallar Nazirliyinin (FHN) yoxlamalar keçirməsi və fəaliyyətini dayandırması barədə əsassız informasiyalar yayılıb. Tərəfimizdən bildiririk ki, nazirlik əməkdaşları klinikaya baxış zamanı bəzi məhdudiyyətlər tətbiq etsələr də, bunun aradan qaldırılması üçün vaxt təyin ediblər. Biz də öz növbəmizdə mütəxəssislərin iştirakı ilə qeyd olunan nöqsanların aradan qaldırılması istiqamətində fəaliyyətə başlamışıq. Qeyd edirik ki, aşkar olunan nöqsanlar aradan qaldırıla biləndir və tərəfimizdən bütün tədbirlər görüləcək.
Əlavə olaraq bildiririk ki, son dövrlər vaxtilə nazirliklərin birində yüksək vəzifədə çalışmış jurnalistlərdən biri tərəfindən klinikamıza və klinikamızın direktoru, Dr. Araz Bayramova qarşı məqsədli şəkildə qarayaxma kampaniyası aparılır. Hüquqi müstəvidə heç bir nəticə əldə etməyən və başdan ayağa böhtanla məşğul olan bu xanım jurnalistin əməllərinə dözümlə yanaşsaq da, Fövqəladə Hallar Nazirliyinin son yoxlama tədbirlərini də “”Buta” klinikası bağlanır, Araz Bayramov dələduzdurmu?!” sual nida başlığı altında mətbuata da o ötürüb. Ednews.net adlı tanınmayan bir xəbər portalında ilkin mənbə olaraq dərc olunan və sonradan bütün mətbuat orqanlarına müxtəlif başlıqlarla yönəldilən bu xəbərdə hüquqi müstəvidə təsdiqini tapmayan məhkəmə iddiasından da bəhs olunur. Həmin jurnalist öz sosial media hesabında “Araz Bayramov, atanın da, sənin də burnundan gətirəcəyik” replikası ilə saytdan xəbəri paylaşıb.
Ednews.net portalını və bu xəbəri tirajlayan jurnalisti məhkəməyə verəcəyimizi, klinikamızın və onun rəhbərinin nüfuzunu ləkələyən ittihamlara görə, xüsusi ittiham qaydasında hüquqi ölçü götürülməsini tələb edəcəyimizi bəyan edirik.
Bir daha bəyan edirik ki, “Buta” klinikası tam gücü ilə fəaliyyət göstərir və müasir tibbin yenilikləri ilə bundan sonra da fəaliyyətini davam etdirəcək.
Sonda bəyan edirik ki, “Buta” klinikasının direktoru, Dr. Araz Bayramov Fransada təhsil alıb və beş il müddətində “Eduard Herriot” adına xəstəxanada çalışıb. 2010-cu ildə Azərbaycana dönən A.Bayramov bu günə qədər minlərlə əməliyyat icra edib. Avropa Uroloqlar Cəmiyyətinin İdarə Heyətinin üzvü olan Dr.Bayramov dövlət proqramı məzunudur.
Həmçinin oxu
Nazirlik özəl klinikanın fəaliyyətini məhdudlaşdırdı
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 d. əvvəl
- 6 d. əvvəl
-
-
39 d. əvvəl
Ziraat Bank Azərbaycan çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir ®
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan-Rusiya ticarətində ciddi geriləmə - İdxal təxminən 1 milyard dollar azalıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ərzaq idxalı 1,83 milyard dollara çatıb – ümumi idxal azalsa da, ərzaq artır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Fiziki şəxslər xarici ticarətdən sürətlə çəkilir – say 16,6 min azalıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycan neftinin qiyməti 128 dolları keçib
İran müharibəsinin Pentaqona xərci 38 milyard dollara çatıb
Azərbaycanın Hindistana ümumi ixracı 249 dəfə artıb
Azərbaycan idxalının dörddə biri Çindən gəlir
Ən çox oxunanlar
Meyvə-tərəvəz ixracı 637 milyon dolları keçib
Azərbaycan eyni həcmdə qaza görə daha az gəlir əldə edib
Azərbaycanın xarici ticarət profisiti 5 dəfədən çox artıb – 8 ayda 10,4 milyard dollarlıq müsbət saldo
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid avtomobillərin gətirilməsi 60%-dən çox düşüb


























