"Təcrübəsi olmayan şirkət çox rahatlıqla 1200 manata lisenziya əldə edə bilir"
"Azərbaycanda poçtdaşımalar sahəsində qeyri peşəkar mühit yaranıb"Azərbaycanda poçt daşımalar sahəsinin tənzimləməsində mövcud olan boşluqlar, bazarda qeyri peşəkar şirkətlərin peyda olmasına şərait yaradır.
Bunu “FedEx” şirkətinin Azərbaycanda təmsil edən “Azeri Express” şirkətinin icraçı direktoru Şaiq Qəribzadə deyib.
Onun sözlərinə görə, artıq şifahi olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyevə məsələ ilə bağlı müraciət olunub.
“Ümumiyyətlə çatdırılma sahəsində böyük boşluqlar var. Bu gün heç bir təcrübəsi olmayan şirkət çox rahatlıqla 1200 manata lisenziya əldə edə bilir. Bu da gələcəkdə bu sahədə qeyri peşəkar mühitin yaranmasına səbəb olur. Kiçik bir bazarda 150 şirkətin olması qeyri normaldır. Qiymətlər tənzimlənmir. Şirkətlər bazarla tanış olmadıqlarına görə elə tariflərlə işləyir ki, bu da onların müflis olmalarına səbəb olur. Onlar təkcə özlərini deyil, digər şirkətləri də çətinliklərlə üzbəüz qoyur”, - deyə Şaiq Qəribzadə qeyd edib.
Şirkətinin icraçı direktoru əlavə edib ki, bu sahədə dünya təcrübəsinin tətbiqi olduqca zəruridir.
“Şirkətlərin qarşısında müxtəlif tələblər qoyulmalıdır ki, onlar fəaliyyətlərini məhz bu tələblərə uyğun olaraq qursunlar. Misal olaraq onların lazımı qədər vəsaitləri və yaxud poçtdaşımaları üçün müəyyən sayda avtomobilləri olmalıdır. Təəssüflər olsun ki, hazırda lisenziyalaşmada heç bir kriteriyalar mövcud deyil. Ümid edirəm ki, nazirlə görüşdə bu problemlər öz həllini tapacaq”, - deyə Şaiq Qəribzadə vurğulayıb.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 d. əvvəl
- 5 d. əvvəl
-
-
38 d. əvvəl
Ziraat Bank Azərbaycan çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir ®
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan-Rusiya ticarətində ciddi geriləmə - İdxal təxminən 1 milyard dollar azalıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ərzaq idxalı 1,83 milyard dollara çatıb – ümumi idxal azalsa da, ərzaq artır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Fiziki şəxslər xarici ticarətdən sürətlə çəkilir – say 16,6 min azalıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycan neftinin qiyməti 128 dolları keçib
İran müharibəsinin Pentaqona xərci 38 milyard dollara çatıb
Azərbaycanın Hindistana ümumi ixracı 249 dəfə artıb
Azərbaycan idxalının dörddə biri Çindən gəlir
Ən çox oxunanlar
Meyvə-tərəvəz ixracı 637 milyon dolları keçib
Azərbaycan eyni həcmdə qaza görə daha az gəlir əldə edib
Azərbaycanın xarici ticarət profisiti 5 dəfədən çox artıb – 8 ayda 10,4 milyard dollarlıq müsbət saldo
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid avtomobillərin gətirilməsi 60%-dən çox düşüb

























