Azərbaycanda bu zonada şirkətlər bütün vergilərdən azad ediləcək

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Azərbaycan Prezidentinin təşəbbüsü ilə Milli Məclisə daxil olan “Ələt Azad İqtisadi Zonası haqqında qanun”a dəyişikliklər layihəsi müzakirə olunaraq qəbul edilib.
İclasda həmçinin, Ələt Azad İqtisadi Zona səlahiyyətli qurumunun idarə heyətini sədri Valeh Ələsgərov, Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavab Osmanov, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva iştirak ediblər.
İclasda komitə sədri Tahir Mirkişili layihə haqqında geniş məlumat verib. Yeni qanun layihəsi, bir çox məsələlərdə dəyişiklik edilməsini nəzərdə tutaraq azad zonanın fəaliyyətinin təkmilləşməsinə şərait yaradacaq və eyni zamanda yerli sahibkarların rəqabətqabiliyyətinin artmasına yardımçı olaraq onları daha əlverişli iqtisadi mühitlə təmin edəcəkdir.
Belə ki, bir neçə dəyişiklikləri özündə ehtiva edən qanun layihəsi, azad zonada vergi tənzimlənməsi məsələsində də yeni mexanizmlər tətbiq edir. Bu fundamental dəyişikliklərdən biri də daxili qaydalarla müəyyən edilən hallarda və azad zonada fəaliyyət göstərən azad zona hüquqi şəxslərinin bütün vergilərdən azad olmasıdır.
Qanun layihəsi həm də, əsas iqtisadiyyatın subyektləri üçün bir neçə hallarda vergidən azadolma istisnası tətbiq edir. Artıq əsas iqtisadiyyatın vergi ödəyiciləri azad zonaya satdıqları mallara görə ƏDV, göstərdikləri xidmətlərə görə isə ödəmə mənbəyində vergitutmadan azad olacaqlar.
Bundan əlavə, əsas iqtisadiyyatdan azad zonaya və azad zonadan əsas iqtisadiyyata malların, işlərin və xidmətlərin təqdim edilməsi vergitutma məqsədləri üçün malların və xidmətlərin idxalına və ixracına bərabər tutulacaqdır. Bu da öz növbəsində əsas iqtisadiyyat subyektlərinə mal və xidmət təqdim edərkən digər ölkə subyektləri ilə rəqabət apara bilməsi üçün effektiv şərait yaradacaqdır.
Qanun layihəsində əks olunan yeniliklərdən biri də, azad zona işçilərinin gəlirindən vergitutma daxili qaydalarla müəyyən edilməsidir.
Azad zonada gömrük işinin səmərəliliyinin artırılması məqsədilə qanun layihəsində bir neçə dəyişikliklər nəzərə çarpır. Belə ki, azad zona hüquqi şəxsləri tərəfindən gətirilən və aparılan mallara görə gömrük rəsmiləşdirilməsi üçün ödənişdən başqa heç bir rüsum və vergi tətbiq edilməyəcəkdir.
Azad zonada tətbiq edilən gömrük qanunvericiliyinə, nəzərdə tutulan hallarda əsas iqtisadiyyat qanunvericiliyi də tətbiq oluna bilər. Gömrük işinin təşkili zamanı, rəsmiləşdirməsinə və nişanlanmasına nəqliyyat vasitələri də əlavə olunur. Qanun layihəsi əsas iqtisadiyyat subyektləri üçün təminedici funksiyasını göstərəcək azad zona ərazisinin bir hissəsini zonanın gömrük ərazisi sayılmayan və əsas iqtisadiyyat qanunvericiliyinin azad zonanın maraq və mənafelərinə xələl gətirməmək şərtilə tətbiq edildiyi ərazi kimi ayıra bilməsini özündə birləşdirir. Bu da, azad zona hüquqi şəxsləri ilə əsas iqtisadiyyat subyektləri arasında əməkdaşlıq və inteqrasiya səviyyəsinin artmasına imkan verəcəkdir.
Qanun layihəsində azad zonanın fəaliyyətinin effektivliyinin artırılması, mövcud qanunvericiliyin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi məqsədilə tətbiqi nəzərdə tutulan digər dəyişikliklər isə aşağıdakılardır:
- azad zona rezidenti və əsas iqtisadiyyatın vergi ödəyicisi anlayışının dəqiqləşdirilməsi;
- cinayət yolu əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin azad zonada tətbiq edilməsi;
- azad zona səlahiyyətli qurumunun fəaliyyətinin effektivliyinin artırılmasının təmin edilməsi üçün öz adından hüquqlar əldə etmək, öhdəliklər götürmək, əmlak əldə etmək və ona dair sərəncam vermək hüquqlarının əlavə edilməsi;
- azad zonanın səlahiyyətli qurumuna, hüquq şəxslərinə əsas iqtisadiyyata aid şəxslər tərəfindən maliyyə xidmətləri göstərildikdə əsas iqtisadiyyatın qanunvericiliyinin tətbiqi nəzərdə tutan yeni maddənin əlavə olunması;
- azad zonaya investisiya qoymaq və azad zonadakı fəaliyyətlərindən əldə etdikləri pul vəsaitlərini məhdudiyyətsiz xaricə köçürmək, xarici valyuta ilə işləmək və əməliyyatlar aparmaq hüququ olan şəxslərin dairəsi dəqiqləşdirilməsi və yalnız azad zona hüquqi şəxsləri, onların investor və səhmdarları üçün bu hüququn saxlanılması.
Müştərilərin xəbərləri

WaterTech Bootcamp: Su ehtiyatlarının idarə olunmasında süni intellekt və innovasiya ilə gələcəyə doğru addım
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yüksək və etibarlı gəlir istəyənlər üçün – FINCA istiqrazlarının yeni buraxılışı başlayır
-
3 d. əvvəl
“Abu Dhabi Ports Group” şirkəti ilə əməkdaşlıq imkanları müzakirə edilib
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Sloveniya Azərbaycanı qaz infrastrukturunun inkişafına cəlb etmək istəyir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Sahibkarlara taxta altlıqlar, yeşiklər və paletlər ilə bağlı müraciət edildi
-
2 saat əvvəl
Hesablama Palatası ən çox təkrarlanan maliyyə pozuntularını açıqlayıb
-
3 saat əvvəl
Palata ilk 6 ayda 65 milyon manatlıq maliyyə pozuntusu aşkarlayıb
- 3 saat əvvəl
-
5 saat əvvəl
Lerikin Hamarmeşə–Bibiyani yolu əsaslı təmir olunacaq – 2 MİLYON MANATLIQ SƏRƏNCAM
-
5 saat əvvəl
Dövlət şirkəti 82 milyon manata yaxın gəlirə qarşı, 5 milyon manat xalis mənfəət əldə edib
Son Xəbərlər

Yüksək və etibarlı gəlir istəyənlər üçün – FINCA istiqrazlarının yeni buraxılışı başlayır

İsti hava şəraiti davam edəcək

Palata ilk 6 ayda 65 milyon manatlıq maliyyə pozuntusu aşkarlayıb
Ən çox oxunanlar

Dövlət şirkəti 82 milyon manata yaxın gəlirə qarşı, 5 milyon manat xalis mənfəət əldə edib

Sabahın hava proqnozu açıqlanıb

WaterTech Bootcamp: Su ehtiyatlarının idarə olunmasında süni intellekt və innovasiya ilə gələcəyə doğru addım

İri xarici bank Azərbaycan üçün yeni 5 illik strateji əməkdaşlıq planını təsdiqləyib

Mərkəzi Bankda bankirlər ilə görüş keçirilib

Dövlət Agentliyi qiymətli kağızlara investisiyalarını kəskin azaldıb, banklara depozit yerləşdirib
