Azərbaycan Baş nazirinin müavini İrana səfər edəcək
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfər edəcək.
Nümayəndə heyətinə Energetika, Yüksək Texnologiyalar və Nəqliyyat, Xarici İşlər nazirlikləri, Gömrük Komitəsi, Avtomobil Yolları Dövlət Agentliyi, “Azərbaycan Dəmir Yolları” QSC və digər qurumların məsul vəzifəli nümayəndələri daxildir.
Səfər çərçivəsində nümayəndə heyətinin İranın Yol və Şəhərsalma Nazirliyi, Xarici İşlər Nazirliyi, Silahlı Qüvvələrin Baş Qərargahı və digər qurumlarında görüşlərin keçirilməsi nəzərdə tutulur.
Görüşlərdə Azərbaycanla İran arasında nəqliyyat-tranzit, logistika, energetika, sənaye, ticarət, sərmayə və digər məsələlər müzakirə olunacaq. Azərbaycan Hökuməti ilə İran Hökuməti arasında İranın ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun icrası, bu layihənin həyata keçirilməsinin regional inkişafın təmin edilməsində oynayacağı rol əsas müzakirə mövzularından biri olacaq. Həmçinin, İran şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və yenidənqurma işlərinə cəlb edilməsi və bu sahədə həyata keçirilən tədbirlər də ətraflı müzakirə ediləcək.
Qeyd edək ki, mehriban qonşuluq, dostluq, qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-İran münasibətləri dinamik inkişaf edir. 2021-ci il noyabrın 28-də Aşqabad şəhərində keçirilmiş İƏT dövlət başçılarının Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü ikitərəfli əlaqələrin inkişafına önəmli təkan verib. Bu gün İran şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa və yenidənqurma işlərinə cəlb edilməsi ikitərəfli əlaqələrin dinamik inkişafının təzahürüdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 30 d. əvvəl
-
44 d. əvvəl
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb
-
16 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 18 saat əvvəl
-
18 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 18 saat əvvəl
-
19 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
19 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
Ən çox oxunanlar
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ























