“Azərlotereya" uduşları almağı asanlaşdıracaq, 3000 manatdan yuxarı uduşları üçün Bakıya gələmə ehtiyac olmayacaq
“Azərlotereya" qaliblərin uduşları almalarını asanlaşdırmaq üzərində də çalışır.
Bu barədə Marja.az “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Zafer Reisoğlu bildirib.
"Qaydalara görə məbləği 3000 manatdan yüksək olan uduşları almaq üçün “Azərlotereya"nın ofisinə yaxınlaşmaq lazımdır. Biz bileti təqdim edən şəxsə uduşu nağdsız şəkildə, bank vasitəsilə ödəyirik. Qalib bankda hesab açır, biz də uduşu həmin hesaba köçürürük, sonra qalib pulu bankdan alır. Hazırda regionlardan olan qaliblər də 3000 manatdan yuxarı olan uduşları almaq üçün Bakıya gəlməli olurlar. Biz filial sayı çox olan banklar ilə əməkdaşlıq edərək qaliblərin öz rayonunda banka gedərək qalib olduğunu rəsmiləşdirməsi üçün müraciət etməsi və ardınca uduşu alması imkanını yaratmağı nəzərdən keçiririk. Belə olan halda qaliblərin Bakıya gəlməsinə ehtiyac olmayacaq. Qeyd edim ki, hazırda Türkiyədə belə bir təcrübədən geniş istifadə edirik”,- Zafer Reisoğlu deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb
-
17 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 18 saat əvvəl
-
18 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 19 saat əvvəl
-
19 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
19 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
Ən çox oxunanlar
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ






















