Bakıda binaların fasadlarına vurulacaq reklamlar üzrə yeni layihə hazırlanıb
Son zamanlar istər televiziya, istərsə də küçə reklamlarında qanun pozuntusu səbəbindən reklamların dayandırılmasının şahidi oluruq. Maraqlıdır ki, reklam sahibləri qaydaları bilmədən bu bazara qədəm qoyur, daha sonra isə fiasko ilə üzləşirlər.
Məlumdur ki, televiziyalarda reklamlarla bağlı limit var. Belə ki, 1 saat ərzində 12 dəqiqə reklam blokuna icazə verilir. Bu 12 dəqiqəni saat ərzində də bölüşdürmək olar. Veriliş zamanı reklam blokuna ayrılmadan 1 saat ərzində 3 dəqiqə şifahi olaraq reklam etmək də olar.
Televiziyalar reklam götürəndə mütləq hansı verilişdə yayımlanacağı nəzərə alınmalıdır. Hər sponsoru istənilən verilişə salmaq olmaz.
Yerli televiziyalarda qiymətlərin aşağı və yuxarı həddi eynidir. Hər vaxtın öz qiyməti olur. Ən ucuz reklamın saniyəsi 11,66 manatdır, ən bahalısı isə 50 manatdır. Ən reytinqli televiziya kanalının qiymətləri bir az fərqlidir. Orada minimum qiymət saniyə üçün 12,66 manatdır. Ən baha vaxtda isə bu qiymət 73,33 manatdır.
Küçə reklamları ilə bağlı vəziyyəti isə Azərbaycan Dövlət Reklam Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Hüseyn Azəri açıqlayıb. O bildirib ki, ötən il 6 minə yaxın açıq məkanda reklamın yayımı dayandırılıb:
"Bunlar müvafiq qanunvericilik tələblərinə cavab verməyən reklamlar olub. Hazırda da açıq məkanlarda reklam yerləşdirmək istəyən hər bir şəxsə müraciət edirik ki, reklamı yerləşdirilməzdən əvvəl Dövlət Reklam Agentliyinə müraciət edib, icazə alsınlar. Bu, qanunun tələbidir.
Hazırda reallıq ondan ibarətdir ki, bir çox obyektlər reklamı yerləşdirirlər, sonradan bizim müfəttişlər gəlir və həmçin sahibkarı məlumatlandırır ki, burada sizin reklamınızda qanunsuzluq var. Sahibkar ya onu dəyişdirməli olur ya da sökməli və nəticədə sahibkar ikiqat xərcə düşür".
H.Azəri reklam icazəsi almağın çox asan olduğunu qeyd edib:
"Bizdə onlayn icazələr sistemi var. Heç yerə getməyə ehtiyac yoxdur. Kompüter vasitəsilə reklamlarının eskizlərini əraziyə yerləşdirmək mümkündür. Orada avtomatik qiymət hesablanır. Dövlət Reklam Agentliyinin rəsmi saytına daxil olaraq, kalkulyator bölməsinə girib, müvafiq xanaları doldurmaqla açıq məkanda yayımlanacaq reklamın qiymətini hesablamaq olur".
H.Azəri hazırda fasad reklamlarının standartlarının müəyyənləşdirilməsi istiqamətində yeni layihə üzərində iş getdiyini bildirib:
"Dövlət Reklam Agentliyinin təşəbbüsü ilə Bakı Şəhər İcra Hakimiyyəti, Şəhərsalma və Arxitektura Komitəsi, Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması İdarəsindən ibarət birgə komissiya yaradılıb. Bakıdakı binaların təsnifatı aparılıb. İlkin eskiz layihələr hazırlanıb və onu qanuni tərəfləri işlənərək hazırlanıb. Hazırda layihə baxılıb rəy alması üçün Komissiyada yer alan təşkilatlara göndərilib. Müvafiq rəylər alındıqdan sonra təsdiqlənməsi üçün ali qurumlara göndəriləcək.
Layihədə yer alan məqamlara gəlincə, yenilik ondan ibarətdir ki, həmin layihədə binaların fasadlarına vurulacaq reklamlar eyni xətt üzərində olacaq. Tarixi binalar üzərindəki memarlıq incilərinin daha aydın görünməsi üçün onlara vurulacaq reklamların ayrı-ayrı hərflərdən ibarət olması təklif edilir. Əgər bir obyektdə bir neçə sahibkar fəaliyyət göstərirsə, o zaman onlara aid reklamların bir lövhə üzərində yazılması məqsədə uyğun sayılır. Eyni zamanda, bəzi obyektlərin zirzəmilərində fəaliyyət göstərməsini nəzərə alaraq onların müəssisələrinə ayrıca dayaqlı reklam qurğuların vurulması təklif edilir. Şüşə vitrinlərə vurulacaq reklamların ümumi sahənin 50 %-dən çox olmaması layihədə öz əksini tapıb.
Sahibkarlara müraciət edirik ki, reklamlarını dövlət dilində yerləşdirsinlər. Əslində bu qanunun tələbidir. Sahibkar xarici dildə də reklam yerləşdirə bilər, o zaman yazı birinci Azərbaycan dilində yazılmalıdır, sonra xarici dildə. Onun ölçüsü Azərbaycan dilində yazılan hissədən böyük olmamalıdır.
Ancaq xarici dildə reklam yayımlamaq istəyənlər isə müvafiq icra hakimiyyəti orqanından, yəni Əqli Mülkiyyət Agentliyindən icazə almalıdır. Əks təqdirdə, monitorinqlər keçiriləcək və bu reklamların yayımı dayandırılacaq.
Böyük ehtimalla, fasad reklamları ilə bağlı standartlar qüvvəyə minəndən sonra dil məsələsi ilə bağlı da ciddi addımlar atılacaq.
Müəyyən reklamlar var ki, onların təhsil müəssisələrinin yaxınlığında yerləşdirilməsinə icazə verilmir. Bu, Dövlət Reklam Agentliyi tərəfindən tənzimlənir. Ümumiyyətlə, dərəcəsi 5 %-dən yuxarı olan alkoqollu içkilərin, tütün məmulatlarının reklamına icazə verilmir. Açıq məkanlarda hazırda nə alkoqollu içkilərin, nə də tütün məlumatlarının reklamı yoxdur. Əvvəl şəhərdə qəlyanların reklamı var idi ki, onlar da qanunsuz yayılan reklamlar idi. Onlar da artıq sökülüb. Biz sahibkarlara da mütəmadi xəbərdarlıqlar edirik ki, əgər belə hallar yenidən təkrarlanarsa, onlar İnzibati Xətalar Məcəlləsinə görə cərimələnə bilərlər".
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 0% komissiya
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
32 d. əvvəl
"Tehran razılaşmasa, İranda hər şeyi havaya uçurub, nefti ələ keçirməyi düşünürəm"
- 40 d. əvvəl
-
-
42 d. əvvəl
"İran tərəfindən F-15E vurulduqdan sonra itkin düşmüş ABŞ hərbçisi xilas edilib"
-
45 d. əvvəl
"Çərşənbə axşamına qədər Hörmüz boğazı açılmasa, İran “cəhənnəmi yaşayacaq”"
- 1 gün əvvəl
-
1 gün əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
1 gün əvvəl
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
İran ABŞ-ın 48 saatlıq atəşkəs təklifini rədd edib
Ən çox oxunanlar
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
“Vulkan” ASC-nin rəhbərliyi növbədənkənar formalaşdırılacaq
"Azərkəndtikinti” şirkətinə əlavə maya qoyulacaq
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb



















